ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Qoruma Kürəciyi Meydana gətirmə Thu Jul 30, 2009 6:07 pm | |
| Xüsusilə böyük şəhərlərdə yaşayanlar, hər gün izdihamlara qarışanlar bir çox fərqli enerji tezlikləriylə çirklənər. Atmosferimiz, ekoloji ətrafımız; yalnız qatı, maye və qaz xüsusiyyətindəki zərərvericilərlə çirklənməz. Çirkliliyin digər ölçüsü, enerjetik səviyyədədir. Hər növ mənfi duyğu və düşüncənin enerjisi ortalıqda gəzib-dolaşan psixik çirklədicilərdir. Psixik çirkliliyə qarşı qoruma kürəciyi meydana gətirib öz sahəmizə sahib çıxa bilərik. Qoruma kürəciyi evdən çıxmadan əvvəl və gün içində ağılımıza gəldikcə etmək çox təsirli bir qorunma təmin edər. Bu tətbiqi etməklə itirəcəyimiz heç bir şey olmadığına görə sınamağa dəyər. Sakit və boşalmış bir şəkildə oturun və ya ayaqda durun. Gözlərinizi bağlayın. 4 və ya 5 dəfə yavaş-yavaş nəfəs alıb, yavaş-yavaş da nəfəsinizi verin. Torpaqlandığınızı hiss edin. Bədəninizin bütününü bürüyən bir kürə düşünün. Və ya özünüzü böyük şəffaf bir kürənin içində düşünün. Kürənin rəngini ən çox sevdiyiniz rəngdə düşünə bilərsiniz. Ağ, çəhrayı, mavi kimi açıq tonlarda ola bilər. Kürəniz fiziki bədəninizi bir metr radiusunda əhatə edə bilər. Kürənin xaricdən gələn aşağı titrəşməli enerjiləri keçirmədiyini, müsbət enerjilərin və sizdən yayılan enerjilərin keçişinə icazə verdiyini düşün. Kürənin içini nəfəsinizlə doldurun. Özünüzü xoşbəxt, dinc və müdafiyə altında olaraq düşünün. Bu məşqi nə qədər mütəmadi təkrarlasaq, nə qədər yaxşı fokuslana bilsək kürənizin enerjisi o ölçüdə güclü olar. Müəyyən bir müddət nizamlı məşq edib bir müddət sonra imicləməni buraxsaq kürənin enerjisi və qoruyuculuğu gedərək azalar. Kürənin üstünə müxtəlif simvollar, şüarlar yerləşdirilə bilər. Məsələn; başın üstündə, ayaq altında, sağ və sol tərəfdə "mənə uyğun olmayan enerjilər girə bilməz", "pis titrəşmələrə qapalıdır" kimi yazılar düşünülə bilər. Bu tip qoruma kürələrinə müxtəlif simvollar da yerləşdirilə bilər. Simvollar dini inanclara, mədəni dəyərlərə görə dəyişər. Məsələn; qərblilər; Xaç, dairə içindəki bərabər qollu xaç, beş bucaqlı ulduz, Davudun ulduzu kimi simvolları istifadə edər. Şərqlilər Hindlilərin müqəddəs səs qəbul etdikləri om səsini və öz mədəniyyətlərindəki müxtəlif simvolları istifadə edər. Bizim mədəniyyətimizdə nəzər muncuğu, at nalı istifadə edilə bilər. İsa, Budda kimi dini şəxsiyyətlərin imicləri də istifadə edilə bilər. Boş vaxrlarda, tənəffüsdə, çay və ya qəhvə arası verdiyiniz fasilələrdə niyyət edib qorunma kürəsi düşünün. Səmadan gələn enerjiylə kürənin yükləndiyini xəyal edin. Ürəyinizdən yayılan ağ və ya gül çəhrayısı bir işığın kürəsinin içini doldurduğunu və kürənizdən daşaraq ətrafınıza sevgi titrəşmələri yaydığını düşünün. Bu sevgi titrəşmələrinin ətrafınızdakı insanlara da bulaşdığını və dinclik içində çalışdığınızı düşünün. | |
|