Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Güvən Məşqi

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Güvən Məşqi Empty
PostSubject: Güvən Məşqi   Güvən Məşqi Icon_minitimeThu Jul 30, 2009 6:13 pm

İndi gözlərinizi bağlayın. Sevdiyiniz və yanında özünüzü etibarda hiss etdiyiniz, sizə güvən duyğusu verən, 4 adamı və ya 4 canlını düşünün. Seçdiyiniz kəslər bu an həyatda olan kəslər ola biləcəyi kimi, bəziləri yaşamaqda olan, bəziləri də ölmüş qohumlarınız, məsələn, babanız ola bilər. Bu dörd adamdan biri ruhi rəhbəriniz ola bilər.
Sizə güvən duyğusu verən bir ağac, bir heyvan da ola bilər. Bəzi kəslər qartal, aslan və ya yaquar kimi bir heyvanın enerjisini özünü etibarda hiss etmək üçün istifadə edə bilər.
Seçdiyiniz bu dörd ünsürdən birini önünüzə, digərini arxanıza, bir başqasını sağınıza, digərini də solunuza yerləşdirin. Siz mərkəzdə durun və ətrafınızdakı o dörd ünsürün enerjilərinin bir çevrə kimi sizi çevrələdiyini düşünün. Onlardan yayılan enerjinin ətrafınızdakı çevrəni doldurduğunu obrazlayın(düşünün). Bu çevrənin hər vaxt və məkan içində sizinlə birlikdə olacağını hiss edin.
Nəticə

Uca yaxşılığın gücü ilə əməkdaşlıq halında olmağı sınayın. O güclə əməkdaşlıq etmək üçün hərəkətə keçin. Passivizmi tərk edin. Kənardan bir şey gözləməyin. Nə etsək özümüz edəcəyik. O səbəblə, əvvəl özünüzü yeniləməniz, gümrahlaşdırmanız lazımdır. Gümrahlaşmaq üçün nələr edilə bilər?
Özünüzü müşahidə edərək, xoşlanmadığınız, dəyişdirmək istədiyiniz xüsusiyyətlərinizi təsbit edin. Sonra zərərli olan vərdişlərinizi, inanclarınızı tərk etmək üçün səbirli və şüurlu bir səy sərf edin. Yeni və faydalı məlumatlar əldə edib bunları praktikada tətbiq edin. Səbirli olun. Özünüzə zaman verin. Dərhal hər şeyin tam da sizin istədiyiniz kimi olmasını gözləməyin. Nə edirsiniz edin, sevgiylə və qayğısız bir ruh halı içində edib güvənin. Tanrıya güvənin. Dua edin. Hər şeyin ən xeyirlisini diləyin. Özünüzə dəyişmə üçün fürsət verin və yeni bir şəxsiyyət qazanın. Bu şəxsiyyət sizin ruhi şəxsiyyətiniz, qoruyucu şəxsiyyətiniz olsun.
Özünüzlə və ya biriylə münaqişə edəndə özünüzə hirslənməyin. Yanınızda bəziləri varsa, oradan çıxıb sakit bir yerdə oturun. Torpaqlanıb dərin-dərin nəfəs alıb verin və təpənizdəki ağ işığa yönəlin. Onun ilahi sevginin titrəşməsi olduğunu düşünüb bədəninizə yayıldığını xəyal edin. Bədəninizdəki bütün orqanların və bütün hüceyrələrin sevgi enerjisi ilə dolduğunu və çox xoşbəxt olduqlarını düşünün. Fiziki olaraq gülümsəyin. Bir müddət bu vəziyyətdə qalın. Zehni və fiziki olaraq rahat, etibarlı və güclü olmaq üçün bildiklərinizi tətbiq etmyə cəhd göstərin.
Özünü Sevmə Məşqi

Gözlərinizi bağlanın və başınızın təpəsindəki ağ işığa fokuslanın. Bu işığın təpə çakranızdan girərək başınızı, boyunuzu, qollarınızı, gövdənizi və qıçlarınızı doldurmasına icazə verin. Buraxın bütün hüceyrələriniz bu işıqla, uca güclərdən sizə doğru axıb gələn sevgi və şəfqətlə dolsun. İndi təpə çakranızdan, sevginin gül çəhrayısı rəngini doldurun. Gül çəhrayısı işığın ürəyinizi doldurmasına və ürəyinizdən ətrafınıza doğru genişləyərək yayılmasına icazə verin. Əllərinizi çarpaz olaraq çiyinlərinizə qoyun və "Afərin mənə, afərin mənə" deyərək hiss etdiyiniz dincliyin dadını çıxarın.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Güvən Məşqi
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Psixometriya m??qi.

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Parapsixologiya haqqında hər şey-
Jump to: