Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Abel Basti: Üçüncü reyxin sirləri

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Abel Basti:  Üçüncü reyxin sirləri Empty
PostSubject: Abel Basti: Üçüncü reyxin sirləri   Abel Basti:  Üçüncü reyxin sirləri Icon_minitimeFri Jul 31, 2009 3:06 pm

Abel Basti-Cənubi Amerika yazıçısı, sənədşünas. 1958-ci ildə Argentinada anadan olub. 20 yaşından etibarən mətnşünaslıq və sənədşünaslıqla (dokumentalistika) məşğul olur. İlk dəfə məhz Basti faşist Almaniyasının lideri Adolf Hitlerin İkinci dünya müharibəsindən çox illər sonra vəfat etdiyini sübut edib. Onun tədqiqata cəlb etdiyi sənədlər və xüsusi xidmət orqanlarının arxivlərindən topladığı fotolar bunu deməyə əsas verir. Basti faktlara əsaslanan, onları cəmiyyətə ilk dəfə təqdim edən onlarca kitabın müəllifi olsa da, məhz 2004-cü ildə yazdığı "Nasistlər Bariloçda" (Bariloç-Argentinada şəhər. Almaniyanın Bavariya şəhərinə çox bənzədiyi üçün almanlar indi də burada kompakt şəklində yaşayırlar-Lit.az) adlı əsəri ona dünya şöhrəti gətirir. Həmin vaxt yazıçı əsərin ikinci hissəsini də dərc edəcəyinə söz vermişdi.
2008-ci il may ayının 1-də Abel Bastinin "Hitler Argentinada" adlı əsəri işıq üzü görüb. Əsər bir növ "Nasistlər Bariloçda"nın davamıdır. Burada müəllif FTB-nin (Federal tədqiqatlar bürosu) arxivindən tapdığı materiallar, çoxsaylı sənəd və şahid ifadələri əsasında Hitlerin deyildiyi kimi intihar etmədiyini, Cənubi Amerikaya qaçırılaraq 1964-cü ilədək burada yaşadığını isbatlayır. Kitabın nəşrindən az zaman keçməsinə baxmayaraq Basti "Colombia" jurnalına müsahibə verməyə vaxt tapıb.

-Senyor Basti, kitabınızda iddia edirsiniz ki, guya Adolf Hitler 1945-ci il aprel ayının 30-da təyyarə ilə Berlindən qaçıb. Həmin vaxt bütün aerodromların məhv edildiyini və Berlin səmasının müttəfiqlərin nəzarətində olduğunu nəzərə alsaq, dedikləriniz nə dərəcədə həqiqətə uyğundur?

-Burda təəccüblü nə var ki? Budur sənədlər, siz də tanış olun. Bu FTB-nin indiyədək sirr kimi saxladığı məlumatdır, oxuyun: Hitler 30 aprel 1945-ci ildə saat 16:30-da Ju-52 tipli şəxsi təyyarəsinin yanında olub. Onu burada 4 nəfər görüb, onlar ifadə veriblər. Amma indiyədək deyilirdi ki, guya saat 15:30-da o, özünü öldürüb. Aprel ayının son həftəsi bir -birinin ardınca Hitlerə yaxın adamlar Unter-den-Linden prospektinə yığışıblar. Onların hamısı bura avianəqliyyat vasitəsilə gəliblər. Məsələn, reyxin nazirlərindən biri Şpeer ayın 20-si "fürerbunkeri" tərk edərək təyyarə ilə bu prospektə gəlib, vəziyyəti yoxlayıb və 3 gündən sonra "Fizeler-Ştorx" aeroplanı ilə rahatca geri qayıdıb. Müttəfiqlər ona mane olmayıb ki? Xeyr. Demək bu işdə nəsə var. Aprel ayının 25-də "Bunker"də fürerin qaçırılması ilə bağlı gizli toplantı keçirilib. Həmin toplantıda Hitlerin təyyarəsini idarə etmək taranlarda müttəfiqlərə qənim kəsilmiş Hanna Rayç adlı qadın-pilota tapşırılıb. Halbuki, fürerin Hans Baur adlı as pilotu varmış. Fürerin Üçüncu reyxin paytaxtından qaçırılması əməliyyatı "Seral" adlanıb.

- Hitlerin qaçırılmasında konkret olaraq kimlər iştirak edib?

- Aprel 27-də Berlinə "Ştorx" tipli (on nəfərlik yeri olan təyyarə) beş təyyarə daxil olub. Ayın 28-i isə Bosser adlı pilot Hitlerin təyyarəsini, Ju-52-ni Berlinə gətirib. Bu faktlar indi də müttəfiq ölkələrin arxivlərində qorunur. İcazəsi olan istənilən şəxs onları nəzərdən keçirə bilər. Aprel ayının 29-u gecə saatlarında general Hallandın əmri ilə reyxin sonuncu hava qüvvələri- Me-262 tipli 92 ədəd reaktiv qırıcısı havaya qalxır və onlar Hanna Rayçın təyyarəsini müşaiyət etməyə başlayır. Bu eksperimental "qaçışdan" yalnız 4 təyyarə qurtula bilir. Hitlerin olduğu və digər 3 təyyarə özünü İspaniyaya yetirir. Bu faktı tarixçilər dəfələrlə təsdiqləsə də heç kəs onlara qulaq asmaq istəmir. İspaniya arxivlərində apardığım uzun sürən tədqiqatlar göstərdi ki, Hitler Eva Braun, Müller və Bormanla birlikdə həmin ilin avqustunda sualtı gəmiylə Argentinaya gedib.

-Yaxşı, bəs Hitlerin Moskvada FTB-nin arxivində qorunan alt çənəsi necə olsun? Həm sovet tədqiqatçıları, həm də digər müstəqil ekspertlərin yekdil qərarı belədir ki, çənə sümüyü Hitlerindir. Onda belə çıxır ki, Hitler alt çənəsi olmadan qaçıb?

-Sizi yaxşı başa düşürəm, axı mütəxəssis deyilsiniz. Siz də adi tamaşaçısınız. Odur ki, yalnız ən ümumi şeylərdən xəbərdarsınız. Təsəvvür edin, 70 il bundan qabaq Hitlerin diş həkimi onun alt çənə sümüyünü rentgendən keçirib. Və rentgen çəkilişi tədqiqatçıların əlinə düşüb. O çəkilişi mən də görmüşəm. Orda ancaq dişlər görünür. Sizcə, belə keyfiyyətsiz, az qala 1 əsr bundan əvvəl çəkilmiş və sümüyün formasının bilinmədiyi şəklə əsaslanmaq olarmı? Axı bu qeyri-professional yanaşmadır. DNK testi olmadan bunu belə əminliklə söyləmək ancaq qeyri-peşəkarların ağlına gələr. Rusiya tərəfinə dəfələrlə müraciət edib "gəlin, o sümüyü DNK testindən keçirək" demişəm. Hər dəfə imtina ediblər. Sonuncu dəfə "Hitlerin DNK testi üçün heç nəyi qalmayıb, nə saçı, nə dişi. Bəs sümüyün DNK nümunəsini nəylə müqayisə edəcəksiniz?" deyib xahişimi rədd etdilər. Belə olan təqdirdə onlara Hitlerin 1960-cı ildə rəhmətə getmiş və Berqfridhof qəbiristanlığında basdırılmış Paula adlı bacısının sümüklərindən nümunə götürmək üçün aldığım icazə sənədini yolladım. Cavab yenə də müsbət olmadı. Məncə, məsələ aydındır. Onlar illər boyu formalaşmış "həqiqəti" "yalana" çevirmək istəmir. Tarixdə belə şeylər çox olur, amma gec-tez həqiqət qəbul olunur. İndiyədək insanları aldadırdılar ki, guya Cənubi Amerikanı italyanlar, konkret desək Vespuççi kəşf edib, sən demə, oranı çinli birisi kəşf edibmiş. Və yaxud deyirdilər ki, ilk çap kitabı almanlarda olub, bu da yalanmış, yenə də çinlilər bunu ediblərmiş. Bir neçə ay bundan əvvələcən 9 planet vardı. Çox gülməlidi, sən demə, onların sayı 10 imiş. İlk spirt emalı da, demə nə ərəblərə, nə çinlilərə məxsusmuş. İlk dəfə spirti buşmenlər hazırlayıbmış. Gör biz nə qədər şeylərdən xəbərsizik.

-Qayıdaq "Argentinaya qaçış" məsələsinə.

- Dediyim kimi, avqust ayının ortalarında Hitler sualtı qayıqla Argentinaya gəlib. Kaleta-de-los-Loros buxtasında onları Hayns Şeffer qarşılayıb. Həmin Hayns Şeffer hələ 1945-ci ilin yanvar ayından başlayaraq reyxin qızıllarını Argentinanın Rio-Neqro əyalətində kirayələdiyi malikanəyə daşıyırmış. O, buralara yaxşı bələd imiş. İspaniya arxivində tapdığım sənədlərdə deyilir ki, Hitleri, Evanı, Müller və Bormanı Argentinaya aparan gəmilər orada suya batırılıb. Argentinanın Daxili İşlər nazirliyinin arxivində isə bu barədə heç nə olmadığından qayıqların batırılmasına inanmamışdım. 2003-cü ildə Rio-Neqronun mərkəzi arxivində Hayns Şefferin məktublarını tapdım. Və mənə sadaladığım bir çox məsələlər agah oldu. Həm də əmin oldum ki, Hitleri gətirən və bundan sonra batırılan sualtı qayıqlardan birində reyxin çox vacib sənədləri də unudulub. Gəmiləri həmin buxtada axtarmaq üçün bir neçə dəfə Argentina hökumətinə müraciət etdim. Cavab gəlmədi. Nəhayət özüm pul toplayıb ekspedisiya təşkil etdim. Nəticə nə olsa yaxşıdı? Sualtı qayıqların üçü də buxtanın 30 metr dərinliyindədir. Mənə inanmırdılar. Görürsünüzmü? Bir neçə gündən sonra mənim hesabıma o sualtı qayıqları quruya çıxaracaqlar. Bax əsl mənzərə onda açılacaq.

-Sizin əlinizdə Hitlerin intihar etməsini inkar edən sənədlər var. Və bu sənədlər ABŞ FTB-sinə məxsusdur. Bax götürək elə bu sənədi- "10 aprel 1945-ci il. ABŞ-ın Argentinadakı cəsusu-Eykhorn soyadlı varlı alman kolonistlərinin bağbanı işləyən agenti xəbər verir: artıq bir neçə həftədir ki, ailə Hitlerin Argentinaya gəlişinə hazırlaşır. Hayns Şeffer adlı qohumları onlara daha tez-tez gəlməyə başlayıb. Ciddi hazırlıq gedir."

- Bu sənəd tədqiqatlar bürosunun arxivində 65-53615 nömrəsi ilə şifrələnib. Mütəxəssilərə bu sənəd tanışdır. Lakin mən dəqiq bilirəm ki, bu işlə bağlı məxfi sənədlər çoxdur. Məsələn, bu yaxınlarda mən maraqlı bir sənəd tapdım. Bu İosif Stalinin ABŞ-ın dövlət katibi Birnslə telefon söhbətinin stenoqrafik yazısı idi. Telefon danışığında Birns ona deyir: "Cənab Stalin, heyif ki, Hitler əlimizdən çıxdı. İndi onu Buenosda ələ keçirmək çox çətindi/b>

-Senyor Basti, sizə elə gəlmirmi ki, bəzən şahidlərin ifadələrinə çox aludə olursunuz? Kitabınızda Argentinada Hitlerə hər səhər meyvə aparan, onunla söhbət edən, tədbirlərdə yanaşı oturan bir sıra adamlarla müsahibə dərc etmisiniz. Axı Hitlerin Berlində ölümünə şahid olan adamlar da az deyil.

- Heç kəs Hitlerin "bunker"dəki meyitini gözü ilə görməyib. Elə bir sənəd yoxdur, olmayıb, olmayacaq. Bütün bunlar uydurmadır. Gah deyirlər gicgahına atəş açıb, ölməyib,zəhər içib, gah da deyirlər, xeyr, əvvəl zəhər içib sonra özünü güllələyib. Bu iki şeyi belə rahatlıqla ard-arda düzmək gülüncdü. Adamı bir saniyənin içində məhv edən zəhəri içdikdən sonra ağır tapançanı götürüb necə atəş açmaq olar? Və yaxud əksinə.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Abel Basti: Üçüncü reyxin sirləri
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Relax :: Qalmaqal-
Jump to: