Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 İnanc və Xəyal - dini-Mistik Həyat Və Telekineziya

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

İnanc və Xəyal - dini-Mistik Həyat Və Telekineziya Empty
PostSubject: İnanc və Xəyal - dini-Mistik Həyat Və Telekineziya   İnanc və Xəyal - dini-Mistik Həyat Və Telekineziya Icon_minitimeTue Aug 04, 2009 3:56 pm

İnanc ilə gündəlik, sıravi həyatda alışqın olmadığımız bir çox şeyin reallaşa biləcəyi inancı əslində olduqca qədim zamanlara qədər getməkdədir. Qədim dünyada adamın inanc və xəyal dünyası ilə fiziki həqiqət dünyasının, varlığın -bir-birləriylə orqanik əlaqə içində olan- müxtəlif layları olduğu qəbul edilməkdə idi, halbuki bu anlayış Avropadakı fəlsəfi və elmi dəyişmələr nəticəsində əvvəl ruh dünyasının yadırğanılması, daha sonra da zehin ilə maddə arasına dərin bir uçurum qoyulmasıyla az qala itməyə üz tutdu. Ancaq fərqli dinlərin peyğəmbərləri, vəli və əzizləri inancın möhtəşəm gücü haqqında sözlər, deyişlər təqdim etmişlər və inananlar və ya heç olmasa dindar kəslər də bunun həqiqətindən əsla şübhə etməmişlər. Məsələn; İsa peyğəmbər dənizdəki qasırğanı istəkləriylə dayandıra bilməmələrini həvarilərin qeyri-kafi inancına bağlamış və onları danlamışdı. İslam təsəvvüfündə Muhyiddin Ərəbi xəyalın yaradıcı gücü olduğunu açıq-aşkar bir şəkildə ifadə etmişdir. Ərəbi insan-kamil ilə əlaqədar izahlarında onun bütün ruhani enerjisini sıxlaşdıraraq (ki buna himmət adını verməkdədir) hər hansı bir obyektə təsir edə biləcəyini, hətta mövcud olmayan bir obyekti belə varlığa büründürə biləcəyini ifadə edər. Ərəbinin varlıq fikirində Varlıq aləmi beş laydan meydana gəlməkdədir. Hisslər Aləmi, Misal Aləmi (xəyalin uyğun olduğu aləm budur), Ruhlar Aləmi, Mutəal Ağıllar Aləmi, Şəxs Aləmi. Hər insan öz xəyal aləmində bir şeyi var edə bilər, ancaq İnsani-Kamil və ya Arif xəyalında var olan şeyi himməti, yəni ruhani gücüylə zehninin xaricinə əks etdirə bilər. Ancaq arifin gerçəkdə mövcud olmayan bir şeyi varlığa büründürməsi ilə Tanrının bir şeyə mövcudiyyət verməsi arasındakı dərin fərq arifin varlıq verdiyi şeyin onun himməti müddətində mövcudiyyətini qoruması və sonra itməsidir. Ayrıca arif himmət qüvvətinin özünün qüvvəti deyil, yalnız Tanrının qüvvəti və onun Kaviyy adının təcəllisi olduğunu bilər və bu bacarığı onu öz istəyiylə himmət gücünü istifadə etməkdən çəkindirər.
Tibet Buddizmində lamaların təhsillərində də bənzəri şəkildə xəyaldakı bir varlığa hiss dünyasında həqiqət qazandırılmağa çalışılar. Tibetin o dövrdə xaricilərin girməsinin qadağan olduğu Lhasaya girən ilk Qərbli olan və lamalar arasında bir müddət qalaraq həyat tərzlərini müşahidə edən Alexandra David-Neel də əsərində şagirdlərin inzivaya bağlanıb Yidamını (qoruyucu yarımtanrı) gündə bir pay yedikləri yemək və yuxu xaricində xəyal etməyə davam etməsi və müəyyən mistik deyişlərin təkrarlamasıyla fiziki dünyada varlıq qazandırması və hətta onun ayaqlarına təmas etməsi istənər. Yaradılan və tulpa deyilən bu varlıqların əgər onları meydana gətirən adamın müəyyən bir zehni və ruhi işıqlanma dərəcəsinə çatmamış olması vəziyyətində təhlükəli olacağı xəbərdarlığını edən Neelin özü də müəyyən ayin və konsentrasiyaları tətbiq edərək bir Tulpa reallaşdırdığını söyləyər.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
İnanc və Xəyal - dini-Mistik Həyat Və Telekineziya
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Telekineziya texnikas? 1.
» Telekineziya texnikas? 2.

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsixologiya platformu :: Yazılar & sənədlər-
Jump to: