codoe
Cinsiyyəti : İsmarıc sayı : 3 Şəhər/Ölkə : Azərbaycan, Bakı İşi/hobbisi : Proqlamlaşdırma ilə və proqramlaşdırma dilləri ilə maraqlanıram. Kompüter biliklərinə dərindən yiyələnmək Ovqat : Yaxşı Qeydiyyat tarixi : 2009-10-23
| Subject: Həzrəti Rəsulun bir ərəbin suallarına cavabları Thu Nov 26, 2009 3:27 pm | |
| Həzrət Rəsuli-Əşrəfin (s.ə.s) bir ərəbin suallarına cavabları Bismilləhir Rahmənir Rahim Rəvayətdir ki, bir gün Həzrət-Rəsul (s.ə.s) məsçitdə oturmuşdu. Təsadüfən bir ərəb içəri daxil oldu. Həzrət (s.ə.s) salamlaşıb buyurdu: -Haradan gəlirsən? Ərəb ərz etdi:- Uzaq yoldan gəlirəm və sizdən neçə sualım var. Həzrət buyurdu: Soruş ta cavab eşidəsən. Ərəb dedi: 1. İstəyirəm xalqın alimi olam. Həzrət buyurdu: - Allahdan qorx 2. İstəyirəm Allah dərgahında yaxınradan olam Həzrət buyurdu:- Gecə-gündüz Quran oxu 3. İstəyirəm həmişə ürəyim işıqlı olsun Həzrət buyurdu:- Ölümü yaddan çıxartma 4. İstəyirəm haqqın rəhməti olam Həzrət buyurdu:-Allahın xalqına yaxşılıq et 5. İstəyirəm düşməndən mənə zərər gəlməsin Həzrət buyurdu:- Həmişə Allaha təvəkkül et 6. İstəyirəm xalqın gözündə xar olmayam Həzrət buyurdu:- Pəhriz et, yəni özünü təmiz saxla 7. İstəyirəm ömrüm uzun olsun Həzrət buyurdu:-Qohum-əqrəbanı yada sal 8. İstəyirəm ruzum bol olsun Həzrət buyurdu:-Həmişə dəstəmaz al 9. İstəyirəm cəhənnəm odunda yannmayam Həzrət buyurdu:- Gözünü və dilini bağla (yəni, naməhrəmə baxma və qeybət etmə) 10. İstəyirəm biləm günahları necə yuyam Həzrət buyurdu:- Allaha yalvarmaqla ,tövbə etməklə, sadəlikə 11. İstəyirəm xalqın ağırlarından olam Həzrət buyurdu:-Heç kəsdən bir şey istəmə 12. İstəyirəm həya pərdəm yırtılmasın Həzrət buyurdu:- Özgəsinin həya pərdəsini yırtma (yəni, xalqın sirrini açma) 13. İstəyirəm qəbrim dar olmasın Həzrət buyurdu:-“Təbarək” sürəsini həmişə oxu 14. İstəyirəm malım çox olsun Həzrət buyurdu:-Hər gecə “Vaqiə” sürəsini oxu 15. İstəyirəm qiyamətin sabahında amanda qalam Həzrət buyurdu:- Şam ilə xiftə namazları arasında Allahın zikri ilə məşğul ol 16. İstəyirəm Allah – taalanı namazda hazır tapam Həzrət buyurdu:- Dəstəmaz alanda çox diqqətli ol 17. İstəyirəm Allahın yaxınlarından olam Həzrət buyurdu:- İşlərində düzlüyü və dəqiqliyi sənət et 18. İstəyirəm mənim nameyi-əmalımda günah olmasın və həmişə xeyir tapam Həzrət buyurdu:- Valideyinlərinə hörmə və yaxşılıq et 19. İstəyirəm Mənim üçün qəbr əzabı olmasın Həzrət buyurdu:- Libasını, paltarını pak saxla | |
|