codoe
Cinsiyyəti : İsmarıc sayı : 3 Şəhər/Ölkə : Azərbaycan, Bakı İşi/hobbisi : Proqlamlaşdırma ilə və proqramlaşdırma dilləri ilə maraqlanıram. Kompüter biliklərinə dərindən yiyələnmək Ovqat : Yaxşı Qeydiyyat tarixi : 2009-10-23
| Subject: YER ÜZƏRINDƏ SƏCDƏ ALLAHA MÜTILIK VƏ İTAƏTKARLIQDIR Fri Nov 27, 2009 12:07 pm | |
| Səcdə -Allah –taala qarşısında kiçiklik, mütilik, itaətkarlıq əlamətidir. Allah əzəməti qarşısında olan bu mütilik və itaətkarlıq yalnız torpaq üzərində edilən səcdə vasitəsilə tamamlanır. Allah əzəməti qarşısında alının torpağa qoyulması, toza bulaşdırması ilə tamamlanır. Bahalı döşəmə, qiymətli xalça üzərinə edilən səcdədə bu cür mütilik və kiçiklik yoxdur. Peyğəmbər (s.ə.s) hədislərinin birində belə buyurur: “(Namazınızda) Özünüzü tozla bulaşdırın və burnunuzu torpağa sürtün” Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Sadiq (ə) belə buyurmuşdur: “ Yer üzərində edilən səcdə daha fəzilətlidir, çünki bu səcdədə Allah əzəməti qarşısında təvazökarlıq və mütilik əlamətidir” İmam Sadiq (ə) yer üzərinə edilən səcdənin mahiyyəti haqqında soruşduqda, o Həzrət buyurmuşdur: “Səcdə -Allah qarşısında mütilikdir. Ona görə də, səcdə yeyinti və geyim əşyaları üçün yararlı olan şeylərə və geyim əşyaları üzərinə edilməməlidir. Çünki, yalnız dünya tələb edənlər (dünya malına uyanlar) yediklərinin və geydiklərinin quludurlar. Səcdə edən şəxs səcdə halında , Allah ibadəti qarşısındadır. Bu səbəbdən də, dünya tələb edən şəxslərin məbudu üzərinə alnını qoymamalıdır” | |
|