Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 51-ci zona

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

51-ci zona Empty
PostSubject: 51-ci zona   51-ci zona Icon_minitimeMon Aug 04, 2008 2:59 pm

ABŞ hökumətinin hər vəchlə gizlətdiyi bu zonada nələr baş verir?
"51-ci zona" - ABŞ-ın dünyanın heç bir xəritəsində qeydə alınmayan məxfi hərbi bazası belə adlanır.
Bir çox ufoloq və alimlərin fikrincə, burada naməlum uçan obyektlərin qalıqları və yadplanetlilərin bədənləri saxlanılır. Bundan başqa sözügedən bazada yadplanetlilərin texnologiyalarından istifadə edilməklə supermüasir uçuş aparatlarının və silahların tədqiqi və sınağı aparılır...

Son vaxtlaradək Nevada ştatındakı səhralıqda yeləşən bu hərbi baza ABŞ hökumətinin ən böyük sirri olub.
51-ci zonaya (AREA-51) aparan yolda həmişə sakitlikdir. 100 kilometrdən çox məsafə ərzində insan heç bir şəhərə, yaşayış məntəqəsinə, hər hansı bir işarəyə rast gəlmir. Yalnız bazanın yaxınlığına çatanda çağırılmamış qonaqları bu əraziyə daxil olmaqdan çəkindirən nəhəng xəbərdarlıq lövhələrini (qadağan olunmuş zona) müşahidə etmək olar.
51-ci zonaya gözdən-könüldən uzaq daxil olmaq praktiki cəhətdən mümkün deyil. Çünki zonanın ətrafında gizli kameralar, yaxınlaşan istiliyi təyin edən cihazlar, hərəkət detektorları quraşdırılıb. Gecələr ərazini heç bir tanınma nişanı olmayan qara rəngli vertolyotlar qoruyur.
Ufoloqlara məlum olub ki, məxfi bazanın əsas binası 14 yeraltı mərtəbədən ibarətdir. Lakin yerin altındakı bu mərtəbələrdə hansı işlərin görülməsini yalnız ehtimal etmək olar. Tədqiqatçıların fikrincə, ABŞ Hərbi Hava Qüvvələrinin poliqonları ilə yanaşı burada Naməlum Uçan Obyektlərin texnologiyalarından istifadə olunmaqla yeni tip uçuş aparatlarının hazırlanması üzrə tam məxfi yeraltı bazalar yerləşir. Bu sözlər nə qədər fantastik görünsə də, 51-ci zonada Yer texnikasının əlçatmaz olduğu qəribə uçan obyektlərin manevr etməsini müşahidə edən çoxlu sayda şahidlər var...
51-ci zona 1955-ci ildə yaradılıb. "Lokxid" aviakonserni bu yeri özünün əfsanəvi U-2 təyyarəsinin sınaqdan keçirilməsi üçün seçibmiş. Sözügedən zona bu cür işlər üçün əlverişliydi-1500 metr hündürlüyündə cansız landşaft, yüksək dağlarla ətraf aləmdən təcrid olunan qurumuş gölün 5 kilometr uzunluğunda tamamilə hamar yatağı.
Sözügedən rayonda nüvə sınaqlarının aparılması adıyla 51-ci zonada mülki təyyarələrin uçuşu qadağan edilib. 51-ci zonada yerli əhalinin tamamilə mövcud olmaması üzündən sirlərin saxlanması üçün bura ideal ərazidir.
1977-ci ilin əvvəlində burada ilk dəfə olaraq "Stels" texnologiyası əsasında hazırlanmış gözəgörünməz hücum təyyarəsi-F-117A havaya qalxıb. Sözügedən təyyarə barədə rəsmi açıqlama isə 10 ildən sonra verilib.
"Stels" proqramının iştirakçılarının bəziləri sonradan təsdiqləyiblər ki, B-2 və F-117A təyyarələrinin hazırlanmasında istifadə olunan texnologiya qəzaya uğramış Naməlum Uçan Obyektlərin köməyi ilə əldə olunub.
Belə ki, kompüter üzrə mütəxəssis Cim Talyani birbaşa bəyan etmişdi ki, o və həmkarları istifadə olunan bəzi materialların Yer mənşəli olmadığı barədə məlumatlıymışlar.
Bu gün sirli 51-ci zona haqqında olan şahid ifadələri həmin hərbi bazada aparılan tamamilə məxfi işlər barədə ümumi mənzərə yaratmağa imkan verir.
Məsələn, 1977-ci ildə aparılan "Red flaq" təlimləri zamanı taktiki eskadrilyanın zabiti, polkovnik Stivens "düşmən" aerodromuna hücum etməyə cəhd göstərərkən, icazəsiz olaraq qadağan olunmuş 51-ci zonanın şimal hissəsinə uçur. Qəfil o, diametri təqribən 20 metr olan qəribə uçan disk görür. Bu zaman Stivensə təcili olaraq uçuşu dayandırmaq və Nellis aerodromuna enmək barədə əmr verilir.
Stivens yerə endikdən sonra onu bunkerə aparırlar. İki sutka ərzində pilot ağlagəlməz sorğulara məruz qalır.
Stivensdən gördüyü disk barədə heç bir yerə məlumat verməcəyəcəyinə dair iltizam aldıqdan sonra onu azadlığa buraxırlar. Polkovniki dərhal başqa hərbi hissəyə köçürürlər. Stivens gördüklərini yalnız bir neçə il sonra açıqlamağa risk edir.
Bir müddət əvvəl, 51-ci zonada çalışmış amerikalı fizik Bob Lazar sözügedən hərbi bazanın sirləri haqqında söhbət açıb: "1988-ci ilin dekabrından 1989-cu ilin aprel ayınadək 51-ci zonada işləmişəm. Mən tarixdə ən məxfi layihə üzərində çalışırdım. İşlədiyim yer 51-ci zonada-dağın içərisində yerləşən laboratoriya idi. 60 dərəcə aşağıda yerləşən laboratoriyaya daxil olmaq üçün 9 anqar qapısını keçmək lazım gəlirdi. Qapılar qum rəngində olduğundan dağın torpağından heç fərqlənmirdi. Laboratoriyada işə başlamazdan öncə məni çox da böyük olmayan tikiliyə göndərdilər. Orada mavi rəngli qovluqlarda təqribən 120 sənəd vardı. Həmin sənədləri əsasən yadplanetlilərə və onlara məxsus texnologiyalara dair ienformasiyalar təşkil edirdi. Sənədl
ərlə yanaşı burada həlak olmuş yadplanetlilərin şəkilləri və onların meyitlərinin yarılması barədə tibbi arayışlar vardı".
B.Lazar 51-ci zonada Naməlum Uçan Obyektlərin mühərriklərinin qurulmasının fiziki prinsipləri məsələləriylə məşğul olub. Məsələ burasındadır ki, uçan boşqabların güc qurğusu ağırlıq sahəsini dəyişən müxtəlif qravitasiya dalğaları yaradır. Qravitasiya sahəsinin dəyişməsi yalnız cəlbetmə və itələmə qüvvələrinin dəyişməsi demək deyil. Yalnız məkanın ölçüsünün dəyişməsi baş verir. Naməlum Uçan Obyektlərin ani yoxa çıxmaq, praktiki mümkün olmayan döngələrdə hərəkəti dəyişmək, forma və rəngin dəyişməsi kimi fenomenləri NUO ətrafında məkanın xarakteristikasının dəyişməsi ilə baş qaldırıb.
B.Lazar belə nəticəyə gəlib ki, NUO-lar enerji mənbəyi kimi Mendeleyevin dövrü elementlər cədvəlindəki 115-ci elementdən istifadə edirlər. Lakin həmin elementin uçan boşqabı necə hərəkətə gətirməsi mexanizmi alimlər üçün axıradək aydın deyil. Çox ağır olan 115-ci element Yerdə təmiz şəkildə yoxdur. Elm hələlik bu elementi əldə edə bilmir.
Üçişarəli elementlər sürətləndiricilər vasitəsilə süni yolla yaradılır. Lakin onlar sabit deyillər və saniyənin mindəbiri qədər ömrü var. Lakin alimlərin hesablamaları göstərib ki, "Transuran sabitlik adası" adlanan bir şey mövcud olmalıdı ki, onu da 114 və 115-ci elementlərə aid etmək olar.
Bu o deməkdir ki, onlar dağılmadan uzun müddət fəaliyyət göstərə bilərlər.
B.Lazarın iştirak etdiyi layihələr 1979-cu ildə başlamış proqram çərçivəsində aparılıb. Məlum olub ki, həmin ildə bazanın admnistrasiyası ilə yadplanetlilər arasında münaqişə baş qaldırıb. Razılaşmaya əsasən, yadplanetlilər bazanın müəyyən hissəsində özlərinin texnologiyaları barədə məlumat verməklə alimlərlə birgə tədqiqatlar aparırmışlar. Lakin bir dəfə yadplanetlilərin xəbərdarlıqlarına baxmayaraq, bazanın mühafizəsi tədqiqatlar aparılan yeri daha sıx dairəyə almağa başlayır. Yadplanetlilər bütün mühafizə heyətini öldürürlər. Onlara köməyə gələnlərin də aqibəti faciəli olur. Ümumilikdə 44 nəfər mühafizə işçisi həyatla vidalaşır.
Yadplanetlilər təlim keçdikləri alimi də öldürərək bazanı tərk edirlər. Havaya qalxmazdan öncə onlar bəyan edirlər ki, qayıdacaqlar. Hətta qayıdış tarixini də açıqlayırlar-1625xx. Sonuncu iki rəqəm məlum deyil. B.Lazarın həmin iki rəqəmin nə məna verə bilməsi barədə heç bir ideyası yoxdur.
51-ci zonada yadplanetlilərin avadanlıq və texnologiyaları qalıb. İndiyədək həmin texnologiyaları müstəqil şəkildə öyrənən alimlər onları dərk edib Yer şəraitində yaratmağa cəhd göstərirlər. Bəzi nəticələr əldə etmək mümkün olub. Bu nailiyyətlər əsasən hərbi sahədə elmi-texniki inqilab etməyə imkan verib.
B.Lazar bütün bildiklərini ekranlaşdırıb. Bu işdə ona jurnalist D.Kneyppu və teleprodüsser Ş.Morton kömək ediblər. B.Lazar barədə sənədli film ekranlara çıxdıqdan sonra 51-ci zona barədə bu gənc fizikin ifadələrini təsdiqləyən onlarla şahid ortaya çıxır.
Bəs, B.Lazarı çoxmilyoluq televiziya auditoriyası qarşısına çıxmağa nə vadar etmişdi? "İlk növbədə həyatım üçün qorxurdum. Açıqlamalarımdan sonra məni öldürməkdən çəkinəcəklər "-deyə o vurğulayır.
B.Lazarın televiziyadakı çıxışından sonra ABŞ höküməti bəyan edir ki, onlarda bu fizik barədə heç bir məlumat yoxdur.
Həqiqətən də jurnalistləri riqqətə gətirən məsələ bu idi ki, B.Lazarın nə vaxtsa mövcud olması barədə heç bir sənəd tapılmayıb. Adamlar onu xatırlayırdılar. Lakin rəsmi instansiyalar birmənalı şəkildə bunları söyləyirdilər: "B.Lazar anadan olmayıb, təhsil almayıb, işləməyib, evlənməyib".
B.Lazar o zaman "zühur" edir ki, Los-Alamosda fizikin iş telefonunun mövcud olduğu köhnə telefon məlumat kitabçası aşkarlanır. Habelə möcüzə nəticəsində daha bir ciddi sənəd-B.Lazarın ödədiyi vergilər barədə arayış da üzə çıxır.
Uzun müddət Mərkəzi Kəşfiyyat İdarəsində yüksək postda işləyən Devid Rouzun ölümündən qabaq verdiyi açıqlamalar B.Lazarın qəribə tarixçəsini başa düşməyə imkan verir.
D.Rouz deyirdi: "40-cı illərin sonunda yadplanetlilərin Yerə enməsi və onlarla əlaqələrin qurulması faktını gizlətməyin heç bir mənası yoxdur. Ehtimal edirəm ki, 50-ci illərin başlanğıcından indiyədək ABŞ hökuməti ictimaiyyətin yaplanetlilər probleminə reaksiyasını yoxlayır. Hökumət hesab edir ki, yadplanetlilər barədə informasiyalar mərhələlərlə ictimaiyyətə çatdırılarsa, adamlar bunu sakitliklə qarşılayarlar. Mənə məlumdur ki, ABŞ hökumətinin yadplanetlilərlə təqribən aşağıdakı məzmunda razılaşması var: biz sizin mövcudluğunuzu sirr kimi saxlayırıq. Siz isə Yerə müdaxilə etməməyi öhdəliyinizə götürürsünüz. Bundan başqa sizə ABŞ-ın müəyyən rayonunda tam hərəkət sərbəstliyi verilir".

D.Rouzun sözlərinə görə, 1955-ci ilin martında "Macestik-12" proqramının koordinasiya və planlaşdırma qrupu yaradılıb. Qrupun vəzifəsi yadplanetlilər problemi ilə əlaqədar bütün məxfi aksiyaları əlaqələndirməkdir: "Qrupa Nelson Rokfeller rəhbərlik edib. Bu qrupun yaradılmasının əsas səbəbi yadplanetlilərin Yerə müdaxilə etməmək barədə razılaşmanı pozmaları olub. Yadplanetlilər tərəfindən oğurlanaraq tədqiqatlar nəticəsində şikəst edilmiş adamlar və heyvanlar ABŞ-ın bütün ərazilərində tapılıb. 1955-ci ilin noyabrında NSC-5412/2 saylı əmrlə ABŞ-da Qordon Din və Henri Kissincerin başçılığı altında dövlətin nüfuzlu şəxslərinin də qatıldığı ekspert qrupu yaradılıb. Qrupun əsas vəzifəsi yadplanetlilərin Yerdəki iştirakı və fəaliyyətinin əs
l miqyasını öyrənmək olub. Tədqiqatların nəticəsi göstərib ki, yadplanetlilər dəhşətli eksperimentlər aparmaq üçün insanlardan və heyvanlardan istifadə edirlər.
Yadplanetlilər bu hərəkətlərini onların yaşaması üçün vacib olduğunu bildiriblər. Onlar bəyan ediblər ki, yadplanetlilərin genetik strukturu dağılıb və özləri kimilərini yarada bilmirlər. Yadplanetlilər vurğulayıblar ki, əgər onlar özlərinin genetik strukturunu yaxşılaşdıra bilməsələr, nəsilləri tükənəcək. Biz yadplanetlilərin izahatlarını son dərəcədə şübhə ilə qarşıladıq.
Çünki bizim hərbi gücümüz yadplanetlilərə qarşı acizdir. Ona görə də "Macestik-12" komitəsi yadplanetlilərlə mehriban diplomatik əlaqələri davam etdirmək barədə qərar qəbul etdi. O vaxta qədər ki, yadplanetlilərin qarşısını ala biləcək texnologiyanı hazırlaya bilək..."
51-ci zona barədə informasiyalar mətbuatda yer alandan sonra sensasiya həvəskarları Allahın yaddan çıxardığı həmin əraziyə yollanırlar. Lakin bu rayona düşmək mümkün deyildi. Hər tərəfdə qərar tutan patrullar, xəbərdarlıq nişanələri 51-ci zonada qeyri adi hadisələrin baş verməsinə işarəydi.
Məxfi bazada həyata keçirilən sınaqları gizlətmək getdikcə çətinləşirdi. Çünki yaxınlıqdakı dağlardan 51-ci zonanı müşahidə etmək olurdu. Çıxış yolu bir idi-həmin dağları özəlləşdirmək.
ABŞ Hərbi Hava Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi polkovnik Kennon bu addımı belə izah edib:
"ABŞ Hərbi Hava Qüvvələrinin yeni texnologiyalar işləməsi üçün həmin ərazilərə böyük ehtiyacı var... Sensasiya həvəskarlarının zonaya axını ona gətirib çıxarırdı ki, sınaq uçuşları çox zaman dayandırılırdı. Ərazinin genişləndirilməsi milli təhlükəsizliyimizə gələcək təhlükənin qarşısını almağa imkan verəcək".
Beləliklə, ABŞ Konqresi hərbçilərin məntiqinə əsaslanaraq, bazanın genişləndirilməsi barədə qərar qəbul edir.
10 aprel 1995-ci ildən məxfi xidmətləri narahat edən həmin dağlar 51-ci zonaya qatılır.
Əslində Kennonun bəyanatı sirli hərbi bazanın mövcudluğu barədə ilk etiraf idi.
Hər bir sirrin deyirlər 25-30 il ömrü olur. Bu müddət başa çatdıqdan sonra sirrin ictimai əhəmiyyəti ölür. Lakin 51-ci zona istisna təşkil edir. 29 sentyabr 1995-ci ildə ABŞ prezidenti Bill Klinton 51-ci zonanın xüsusi statusu barədə sərəncam imzalayır: "51-ci zona ABŞ üçün həyati əhəmiyyət kəsb edir. Bu baza barədə məlumatlar ictimaiyyətə çatmamalıdır..." Bax, belə...
MƏNBƏ "BİZİM ƏSR" QƏZETİ
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
51-ci zona
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Paranormal hadisələr-
Jump to: