ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Bermud üçbucağı Mon Aug 04, 2008 4:43 pm | |
| Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu üçbucağın təpə nöqtələri Bermud adası, Puerto Riko və Floridanın (ABŞ) ən cənubudur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Bermud üçbucağı, kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlər statistikaları ilə bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər. On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir. Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı bizə məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır. Ümumiyyətlə isə Bermud üçbucağının bir Amerikan jurnalistinin məhsulu olduğunu düşünənlər də az deyil. Belə bölgələrin Yaponiya və Leyk Ontario ştatının yaxınlığında da olduğu iddia edilir. Bu haqda yazıçı və araşdırmaçılar tərəfindən şeytanın bölgəsi, Atlantis ölkəsinin qalıqları, pis fikirli insanların əks cazibə apartlarını istifadə etməsi, dördüncü boyutun burada hökmran olması kimi bir çox nəzəriyyələr irəli sürülmüşdür. Qəribə maqnit sahələri və okean dibinin qazla zəngin olması kimi düşüncələr bunların arasında ən çox işlədilən nəzəriyyələrdir. Bermuda üçbucağı əfsanəsinin müasir tarixi 5 donanma təyyarəsinin böyük fırtına ilə qarşılaşaraq yoxa çıxması ilə başlamışdır. Qısaca, əksəriyyət insanlar tərəfindən Bermud üçbucağı sadəcə kimlərsə tərəfindən məşhurlaşdırılmış və qeydi-adi bölgəyə çevrilmiş bir əfsanə kimi qəbul olunmuşdur. MƏNBƏ "SAYT.WS" SAYTI | |
|
Psi Lord
Cinsiyyəti : Bürcü : İsmarıc sayı : 18 Ad günü : 1989-02-23 Yaşı : 35 Şəhər/Ölkə : Baki İşi/hobbisi : Internet Qeydiyyat tarixi : 2009-05-31
| Subject: Burda qeribe ne varki? Sun Jul 05, 2009 11:00 am | |
| Okeanin dibinde kicik bir cartlaq var ve o yerden suretle qaz cixir . Su qaz kutlesini sixdigi ucun qaz suda cox dagilmir ve eyni saheden suretle cixir. Qaz cixan eraziye su cetinlikle girir demek olarki burulgan kimi gorunen yerde tamamile qaz kutlesinden ibaretdir. Sadece su onu her terefden sixdigina gore qazla qarisaraq ag maye kimi brulgana cevrilir. Gemiler hemin mesafeye gelende ise brulganin tesirinden ora teref cekilir .suyun terkib hissesini coxunu qaz teskil etdiyinden agirliq saxlaya bilmir ve gemini batirir. Qaldiki samalyotlara bilirsizki qaz yungul oldugundan havaya qalxir samalyotlar hemin erazinin ustunden kecerken qazla dolu bir yere girdiklerinden samalyot dayanir(yeni hava olmayan bir yerde yanma prosesi getmez ona gorede samalyotun butun sistemi dayanir .yeni tekrar ise duse bilmir hava olmadigina gore)ona gorede denize dusmeye mecbur olur. Aparilan axtarislarda melum olub ki batan gemilerde (samalyotlarda) hec bir daginiqlig yoxdur. Hamisi normal veziyetdedir sadece olaraq qazin tesirinden bas verir bunlar:) coxdan oxumusam yadimda qalan bu qederdi. Umudvaramki azda olsa komeklik etdim | |
|
ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Re: Bermud üçbucağı Sun Jul 05, 2009 5:54 pm | |
| İlkin2, şərhə görə çox sağ ol. | |
|
Psi Lord
Cinsiyyəti : Bürcü : İsmarıc sayı : 18 Ad günü : 1989-02-23 Yaşı : 35 Şəhər/Ölkə : Baki İşi/hobbisi : Internet Qeydiyyat tarixi : 2009-05-31
| Subject: . Mon Jul 06, 2009 4:14 pm | |
| Admin, Bele bir sayt duzeltdiyniz ucun men tesekkur edirem | |
|
Sponsored content
| Subject: Re: Bermud üçbucağı | |
| |
|