ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Teleportasiya. Thu Aug 28, 2008 3:43 pm | |
| Teleportasiyanın mənası, uzağa daşımaq deməkdir. İslam ədəbiyyatında "Bast-ı Zaman" olaraq ifadə edilən hadisədir. Ancaq bu, metapsixik ədəbiyyatda "Teleportasiya" olaraq ifadə edilir. Buna görə Teleportasiya, ruhsal enerjiylə maddəyə hakimiyyət təmin edə bilmiş kəslərin, bədənlərini və əşyanı parçacıqlarına ayıraraq (atomizə edərək), arzu etdikləri yerə transfer edib təkrar meydana gətirmələrinə Teleportasiya deyilir. Başqa bir görüşə görə də Teleportasiya, zaman və məkan baxımından üçüncü ölçünün xaricinə çıxaraq, başqa bir ölçüdə səfər etmək, ya da əşyanı oradan nəql etmək deməkdir. Şüalanma texnikasını aşan bir xüsusiyyət daşıması səbəbiylə Teleportasiya, hər əsrdə görülə bilmiş və kəramətin dəlillərindən biri olma vəziyyətini heç itirməmişdir. (Metapsixik Terminlər Lüğəti)
Bu vəziyyətdə Allahın özünə məhdud olaraq qeybi bildirdiyi insanlar, yəni peyğəmbərlər, vəlilər və hətta kahinlər, kahinlər də bu xüsusiyyəti qazanaraq, gələcəyə dönük bəzi xəbərlərə çatıb onlar haqqında əvvəldən məlumat verə bilər və kəhanət edə bilər. Bu da mütləq qeybin xaricində olan qeyblə əlaqədardır. Hətta bunlar, hər kəsin bilmədiyi mövzular olsa belə, qeyb olma xüsusiyyəti qalmamış, qeyb aləmindən şahidlik aləminə keçmiş mövzular olduğu da yenə İslam alimləri tərəfindən qeyd edilən xüsuslardır.
Necə ki, bir çox vəli, bu xüsusiyyəti qazanmış insanlar olaraq, bir anda bir neçə yerdə görünmüş və özlərini bir neçə yerdə edilən yığıncaqlarda, elm və zikr məclislərində, hətta cəphədə döyüş əsnasında səngərlərdə və əsgərlərin arasında göstərmişlər, oralara şüalanıb mənəvi rahatlıq vermişlər. Yenə Şeyx Hamid-i Vəli, yəni Somunçu Ata üçün eyni şey izah edilməkdədir ki, Bursada Ulu Məscid tikildikdən sonra, özündən həm xütbə oxuyub Cümə namazını qıldırması, həm də məscidin açılışını etməsi istənmiş və o da qəbul etmişdir. Xütbədə Fatihə surəsinin yeddi növ təfsirini edər və cüməni də qıldırıb çıxar, sirrə qədəm basar. Ancaq, xalq onun Cümə çıxışı əlini öpmək istər və hər kəs də bu arzusuna qovuşar. Çöldə bir-birləri ilə danışan camaatın hamısı əlini öpdüyünü söyləyər və bir qarışıqlıq başlar. Yəni insanların bir qrupu məscidin bir qapısından və digər bir qrupu da o biri qapısından çıxmışdır. Hər kəs necə şeyxin əlini öpmüş ola bilər?..
Ulu Məscidin üç qapısı var və məscid olduqca böyük olduğu üçün də bir-birindən uzaqdır. bir-birindən çıxıb o birisinə getmək üçün xeyli zaman lazımdır. Bu səbəblə şeyxin bir qapıda əlini öpmək istəyənlərə əlini öpdürüb digər qapıda gözləyənlərə getməsi söz mövzusu deyil.
Bu vəziyyətdə əvvəl bastı-zaman, yəni zamanı ortadan qaldırmaq, sonra da teyyi-məkanı ortadan qaldırmaq lazım idi. Bu da Allahın icazəsi və inayəti ilə reallaşmışdı. O üç qapıda da eyni anda olmuş və teleportasiyanı, yəni bastı-zaman hadisəsini istifadə etmişdir. Yəni, kəraməti ilə zamanı genişlədib, özünü üç qapıya birdən şüalatmışdır.
Bunun kimi bir çox hadisə izah edilməkdədir. Xüsusilə Çanaqqala döyüşü əsnasında bu cür hadisələrin yaşandığı bilinməkdədir. Bunlardan bir qisimini də əcnəbi tarixçilər yazmaqdadır və "Bizlər, Çanaqqalada yalnız Türklərlə deyil, göydən enən yaşıl cübbəli və ağ sarıqlı kəslərlə də döyüşdük..." deməkdədirlər. Hətta nə qədər etibarlı olduğunu bilmədiyimiz başqa bir şərhə görə də bu cür səyyahlar, yəni zaman səyyahları vardır və bunlar da Xıdır(ə. s.) kimi kəslərdir. Bunlar da hər vaxt istədikləri yerdə ola bilərlər. Möcüzə olmasıyla bahəm, Peyğəmbərimizin Meracını da bu yöndən izah etmənin daha asan olduğu da söylənə bilər.Möcüzə,Allahın güc və qüvvəti ilə olduğu üçün bizlər, ona yalnız iman edərik və "Allah etdi, o da oldu" deyərik. | |
|