Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Manyetizm.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Manyetizm. Empty
PostSubject: Manyetizm.   Manyetizm. Icon_minitimeFri Aug 29, 2008 1:59 pm

Manyetizm insanlığın bildiyi ən ilkin məlumatlardan biridir... İnisiyatik mənbəli "Ezoterik Sirlər" arasında həmişə varlığını davam etdirmişdir... Hər cür korlanmağa və yox edilmə kampaniyalarına baxmayaraq heç bir zaman unudulmadı... Çox böyük çətinliklərlə də olsa günümüzə qədər gələ bildi... Günümüz modem elminin araşdırma sahəsinə qədər gəlib çıxdı... Özü də 1950-ci illərdən bəri...

Bir zamanlar rahiblərin əllərindəki bu sirr, müasir araşdırmaçılara keçdi... Hal-hazırda biyoenerji, ya da biyomanyetizm olaraq adlandırılan bütün işlərin təməl qaydaları bundan minlərlə il əvvəl tətbiq olunan texnikalara söykənir. Təməl heç bir zaman dəyişməmişdir. Ancaq müasir Parapsixologiya və New Age axınları bu texnikaları çağımız insanına uyğunlaşdıraraq daha asan başa düşülən və daha asan tətbiq edilə bilər bir hala gətirmişdir.

Xüsusilə bir zamanlar Sosialist Blok Ölkələrində manyetizmə çox böyük bir əhəmiyyət verilmişdi. Daha sonraları Sosialist Blokun dağılmasıyla birlikdə, buralarda manyetizma işlərini davam etdirən bəzi araşdırıcılar, "Biyoenerji" adı altında etdikləri təcrübələri ətraf ölkələrə də daşımağa başladılar.

Orta çağda "içinə şeytan girdi" deyə yandırılan manyetizorlar artıq müasir dünyada universitetlərin idarələri altındadır...

Bir zamanlar inisiyatik mənbəli dinlərin bütün ayinlərində istifadə edilən üsulların başında manyetizma gəlirdi... Maqnetik və təlqinsəl güclərə sahib rahiblər, bütün dini mərasimlərdə bunları istifadə edərdilər... Başda Misir olmaq üzrə, İnisiyatik mənbəli "sirlər dinləri"ndə manyetizmin əhəmiyyətli bir tətbiq sahəsi vardı. İslam Təsəvvüfündə, Sufizmdə və bütün Qərbi məktəblərdə də bunların saysız nümunələri vardır... Ancaq heç bir zaman İslami Nüfuzu əllərində tutanlar, bu cür "Batini" işləri təsvib etməmişlər, hətta xor görmüşlər.

Yurdumuzda, çox təəssüf ki, xariclənmə yalnız dini nüfuzlardan deyil, mühafizəkar elm ətrafından da gəlmişdir... Hal-hazırda hələ manyetizmə şübhə ilə baxma vərdişindən xilas ola bilməyən psixiatrlar əksəriyyətdədir... Halbuki müasir dünyanın elmi standartı, manyetizmi xüsusilə biyoenerji adı altında illərdir araşdırmağa davam etməkdədir... Və təəssüf ki, biz onları qibtə ilə izləməkdən irəli gedə bilmirik...

Nəysə, "Gerçəyi necəsə bir gün hər kəs görəcək" deyək... Problemləri buraxaq... Biz yolumuza davam edək...
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Manyetizm.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Manyetizm-
Jump to: