Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Manyetizmin fiziki qanunları.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Manyetizmin fiziki qanunları. Empty
PostSubject: Manyetizmin fiziki qanunları.   Manyetizmin fiziki qanunları. Icon_minitimeFri Aug 29, 2008 2:48 pm

İnsan manyetizmi istilik, işıq, elektrik kimi enerjilərə çox bənzər. Xüsusilə də maqnitə... Elektrik qanunları ilə, manyetizm qanunları arasında, demək olar ki, eynilik vardır, insan bədəninin maqnitə bənzər xüsusiyyətləri əhatə etdiyi bilinməkdədir. Məsələn insan bədəni maqnitdəki kimi (+) və (-) qütbləşmələr göstərər. İndi bədənimizdəki bu qütbləşmələri görək. Bunlar bilinmədən sağlam bir maqnetik iş edilə bilməz.

İnsan bədəninin hansı bölgələri müsbət hansı bölgələri mənfi qütbləşmələr içindədir?

Bədəninizin sağ tərəfi müsbət, sol tərəfi mənfidir. Alın, boyun, sinə mədə və qarın müsbət; bunların tam arxası yəni başınızın arxası, peysəriniz, kürəyiniz, beliniz və çanaq-quyruq sümüyü olan bölgəniz mənfidir.
Başınızın təpə qismi ilə qıçlarınızın arası neytraldır.
Solaxaylarda isə bu qütbləşmələr tam tərsidir. Hər iki əlini istifadə edənlərdə isə qütbləşmələr sabit deyil.
Maqnetik enerjilər fərqli qütbləşmə xüsusiyyətləriylə, orqanizm içində tarazlığa gətirici bir güc olaraq çalışarlar

[You must be registered and logged in to see this image.]

- İnsan Bədəninin Maqnetik Qütbləşmələri -


Eyni adlı qütblər bir-birlərini itələyər... Əks adlı qütblər bir-birlərini çəkərlər...
Elektrik və maqnitdə olan bu vəziyyət insan bədənindəki maqnetik enerjilərdə də eynidir. Həssaslığı inkişaf etmiş bir adamın alnına (+) sağ əlinizi (+) qoysanız dərhal bir itələmə hissi duyacaq. Buna qarşılıq peysərinə (-) yenə sağ əlinizi (+) qoyduğunuzda çəkilmə hissiylə qarşılaşar.

Bu metodla, orqanik fəaliyyətdə sürətlənmə, ya da yavaşlamanın meydana gətirilməsi, yəni oyatmaq, ya da sakitləşdirmək mümkün ola bilməkdədir. Bax bu manyetizmin təməl iş qaydalarının təməlidir. Yəni eyni adlı (+ +), (- -) qütblər oyadıcı; əks adlılar (+ -) sakitləşdirici bir təsir edərlər.
Sakitləşdirmə Təsiri (+ -)
Ağrıların aradan qaldırılmasında istifadə edilər. Ağrısı və iztirabı olan bir xəstənin ayaq ucuna keçilər. Baxışlar sinə və mədə boşluğu üzərinə istiqamətləndirilərkən; sağ əl xəstənin sol qıçına, sol əl də xəstənin sağ qıçına gələcək şəkildə əllər qıçlar üzərinə yavaşca toxundurular.
Siz də bunu təcrübə edə bilərsiniz. Bunu edərkən bütün maqnetik enerjinizin gözləriniz və əllərinizdən xəstəyə getməsini istəyin. Buna konsentrə olun. İstəməkdən başqa etməniz lazım olan heç bir şey yoxdur. Bu şəkildə edilən manyetizmin çox böyük bir sakitləşdirici təsiri vardır.

10 ilə 30 dəqiqə arasında dəyişən bir zaman müddətində, xəstənin istiliyi hiss ediləcək dərəcədə düşər, iztirablı hal keçib gedər. Ağrılar dayanar... Xəstə dərin bir rahatlığa qərq olar...

Əgər ağrı bədənin yalnız müəyyən bir bölgəsindədirsə, xəstənin yanına keçilər. Ağrıyan bölgənin hansı qütbləşmədə olduğuna baxılar. Ona görə so,l ya da sağ əl ağrıyan bölgəyə qoyular. Baş ağrısı üçün sol əlin xəstənin alınına, sağ əlin isə peysərinə qoyulması çox sakitləşdirici və ağrını qısa müddətdə keçirici bir təsiri vardır.

Oyatma Təsiri (+ +) (- -).
Canlılıq qazandırar, hərəkət gətirər, keylik və yorğunluq hissini ortadan qaldırar, təzyiqi yüksəldər, zehini fəaliyyəti artırar, orqanizmin özünü yeniləməsinə imkan təmin edər.

Bunların ola bilməsi üçün eyni adlı qütblərin bir araya gətirilməsi lazımdır. Məsələn sağ əlinizi qarşınızdakının sinəsinə ya da mədəsinə, sol əlinizi də kürəyinə qoyaraq bu təsiri təmin edə bilərsiniz...

Simpatizasiyanın (rəğbət bəsləmək) təmin edilməsi və əlaqənin qurulması
Manyetizm tətbiqinə başlamadan əvvəl qarşınızdakı adamla simpatizasiynın təmin edilməsində işin müvəffəqiyyəti baxımından böyük əhəmiyyət vardır.

Bu simpatiya sizin maqnetik təsirlərinizlə, qarşınızdakı insanın maqnetik sahəsi arasında bir ahəng qurmaq deməkdir. Daha elmi bir şərh ilə, sizin maqnetik enerjinizin atom titrəşimsəl səviyyəsiylə, qarşınızda adamın maqnetik enerjisinin atom titrəşimsəl səviyyəsəi arasında bir rezonans təmin etməkdir. Söz mövzusu simpatiya halının qurula bilməsi üçün sizin müsbət duyğu və düşüncələrlə işə yönəlməniz birinci şərtdir.

Xüsusilə aralarında sevgi və simpatiya bağı olan kəslərin, bir-birlərinə çox daha asan maqnetik təsirlər göndərə-bilməsinin əsl səbəbi budur.
Manyetizm tətbiqinə başlamadan əvvəl enerjilər arasında rezonansın qurula bilməsi və ilk maqnetik enerjinin köçürülə bilməsi üçün əl tutma deyilən bir üsul vardır.

Bu üsul iki fərqli şəkildə tətbiq oluna bilər:
Bunlardan birincisi aşağıdakı şəkildə görüldüyü kimi, sizin baş barmağınızla, qarşınızdakı adamın baş barmaqlarının təmas etdirilmə üsuludur.


[You must be registered and logged in to see this image.]
- Baş Barmaqların təması ilə rezonansın təmin edilməsi -


İkincisi isə bütün barmaqların təması ilə rezonansın təmin edilməsidir. Pasiyentin ovuc içi yerə, sizinki havaya baxacaq şəkildə, birinci barmaq boğumlarını üst üstə qoyun. Bu vəziyyətdə sizin ovucunuz havaya doğrudur və süjenin birinci barmaq buğumları, sizin barmaq buğamlarınığın üzərindədir. Baş barmağınızı da pasiyentin ortancıl barmağının üzərinə qoyun. Bu əl tutma üsullarından özünüzə ən uyğununu seçərək qarşınızdakı adamla ilk maqnetik rezonansı təmin edə bilərsiniz.

[You must be registered and logged in to see this image.]
- Bütün barmaqların təması ilə rezonansın təmin edilməsi -


Qarşınızdakı adamın tam qarşısına oturun. Onu verəcəyiniz təlqinlərlə boşaldın. Yaxşıca boşalsın. Əvvəlcə iki qaşının arasına baxmasını istəyin. Siz də onun iki qaşının arasına baxın. Ya da sinə bölgəsinə konsentrə də ola bilərsiniz. Qıçları sizin qıçlarınızın arasında olmalı ancaq qıçlarınız bir-birinə dəyməməlidir. Yalnız əllər təmas halında olmalıdır. 8-9 dəqiqə boyunca tətbiq edəcəyiniz bu əməliyyatınız, qarşınızdakı adama ilk maqnetik enerjini köçürmə imkanı da təmin edəcək. Daha sonra qarşınızdakı adamın xüsusi bir bölgəsində bir ağrı varsa, o bölgə üzərində maqnetik pas tətbiqlərinə girişməniz lazımdır.

Əl tutma üsulları, yalnız ilk simpatiyanın qurulmasında deyil, eyni zamanda qarşınızdakı adama ümumi maqnetik enerji köçürməsində və onu maqnetik sahənizə alaraq rahatlama əməliyyatlarında da istifadə edilər. Maqnetik Hipnoz işlərində istifadə edilən bir üsuldur. Ancaq bu cür işlər edə bilmək üçün maqnetik enerjinizi artırmaq və onu müəyyən bir yerə yığabilmə bacarığınızı çox yaxşı inkişaf etdirmiş olmanız lazımdır.

Əl tutma üsuluyla maqnetik enerjilərinizi qarşınızdakı adama köçürməyə başladığınızda, ən çox 1-2 dəqiqə içində qarşınızdakı sizdən əlləriniz vasitəsiylə yayılan maqnetik enerjiləri bir istilik duyğusuyla hiss edər. Qıcıqlanmalar və səyrimələr də görülə bilər. Başında və bütün bədənində ağırlıq hiss edər. Daha irəli mərhələlərində tamamilə hipnotik bir yuxuya dala bilər. Amma siz ilk başlarda bunu etməyin.

Əgər qarşınızdakı adam işiniz əsnasında maqnetik hipnoza girər və yatarsa, dərhal maqnetik enerji axımını kəsin və ayağa qalxaraq üfüqi paslayar etməyə başlayın... Beləliklə ona yüklədiyiniz maqnetik enerjiləri dağıdın... Dərhal oyanacaq...
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Manyetizmin fiziki qanunları.
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Fiziki b?d?n t?rk edil? bil?r.

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Manyetizm-
Jump to: