ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Reiki və İslam Sun Sep 07, 2008 4:52 pm | |
| Reiki bir din, ya da inanc sistemi deyil. Dünyada hər dindən, ya da inancdan insan tərəfindən istifadə edilməkdədir. Ancaq, yenə də, bəzi insanların fikrində "Görəsən reiki etsəm dindən çıxarammı? Bu bir təriqətdirmi? Reiki edən biri buddistmi olar?" kimi suallar meydana çıxmaqdadır. Reikinin elmi yönünün bütün dünyada sıx olaraq araşdırılması və artıq Qərbdə bir çox xəstəxanada reiki tətbiq olunması bu mövzuda çox daha elmi bir dünyagörüşü inkişaf etdirməmizi məcburi edir. Bu məlumatların xaricində görəsən chakra,aura kimi anlayışlar İslam dinində varmı sualı son dərəcə maraqlı bir mövzunu gündəmimizə gətirdi və bu suala cavabları Quran-ı Kərimdə axtardıq. Cavabları... CHAKRALAR Mu'minun (17) And olsun, biz sizin üstünüzdə yeddi yol yaratdıq! Və biz yaradılışdan/yaratılmışlardan qafil də deyilik. İnsan bədənində 7 chakra vardır və bunların görünüşləri girdab kimidir. Yəni, bədənin üzərindən xaricinə doğru dönərək uzanarlar və bu uzanma sanki bir yol kimidir. TƏPƏ CHAKRASI Bəqərə (7) Allah onların ürəkləri, qulaqları üzərinə möhür basmışdır. Onların "alın gözləri" üstündə də bir pərdə vardır. Onlar üçün qorxunc bir əzab nəzərdə tutulmuşdur. Təpə chakrası bağlı olanların inancsız, ya da mənəvi dəyərləri zəif insanlar olduğu chakra mövzusunda çalışanlarca bilinən bir gerçəkdir. Ali imran (13) Üz-üzə gələn bu iki birlikdə sizin üçün bir ibrət vardır: Biri Allah yolunda vuruşurdu; o birisi küfrə batmışdı. (Kafirlər), Allah yolunda vuruşanları, alın gözləriylə özlərinin iki qatı görürdülər. Allah, öz köməyiylə dilədiyini dəstəklər. Bunda, gözləri olanlar üçün gerçək bir ibrət vardır. Təpə chakrası insanın ruhi təcrübələrini və ruhi qəbul etməsinə təsir edər. "(Kafirlər), Allah yolunda vuruşanları, alın gözləriylə özlərinin iki qatı görürdülər. " demək təpə chakrasının calışmasındaki fərqliləşmə ilə adamın qəbulunun dəyişdiyini və qarşısındakını olduğundan çox daha böyük hesab etdiyini göstərməkdədir. ÜÇÜNCÜ GÖZ AÇIQLAMASI Qaf (22) And olsun, sən bundan qəflət içində idin. Amma pərdəni üstündən qaldırdıq. Bu gün gözün itidən itidir. 3. göz chakrasında açıqlama olduğunda, ya da digər təbirlə, pərdə qalxınca adam enerjiləri, elektromaqnetik sahələri və maddənin gerçəyini görməyə başlar və görüş sahəsi çox genişləyər. ÜRƏK CHAKRASI Mutaffifin (14) İşin əsası o deyil! Onların qazanmaqda olduqları, ürəklərinin üstündə pas meydana gətirmişdir. Ürək chakrasındaki blokajlar bir mənada pas kimi görülərlər. Casiyə (20) Bu Quran, insanların ürək gözlərini açacaq işıqlardan meydana gələr. Lazımınca inanan bir cəmiyyət üçün də bir bələdçi və bir rəhmətdir o. Ürək gözünü açacaq olan işıq, ürək chakrasını təmizləyəcək işıqdır. Ürək chakrası təmiz olan insan bütün insanlığa qarşı sevgi dolu, xoşgörüşlü, mərhəmətli və fədakar insandır. Tövbə (14) Onlarla döyüşün ki, sizin əlinizlə Allah onlara əzab etsin, onları rəzil etsin. Onlara qarşı sizə kömək etsin. Və inananlar cəmiyyətinin qəlblərinə şəfa çatdırsın. "Və inananlar cəmiyyətinin qəlblərinə şəfa çatdırsın. "Ürək chakrası şəfa mərkəzidir. AURA Fatir 27. Görmədinmi, Allah, göydən bir su endirdi. Onunla, rəngləri növ növ meyvələr çıxardıq. Dağlardan da yollar var; ağ, qırmızı, dəyişik rənglərdə. Və qapqara yollar də var.
Fatir 28. Eyni şəkildə, insanlardan, heyvanlardan, davarlardan da müxtəlif rənglərdə olanlar var. Qulları içində Allahdan ancaq alimlər ürpərər. Allah Əzizdir, Qafurdur. Bu iki ayətdə dağlardakı dəyişik yollardan, insanların, davarların və heyvanların dəyişik rənglərdə olanlarından danışılmaqdadır. Arxasından da "Qulları içində Allahdan ancaq alimlər ürpərər." deyilməkdədir. Bunu anlamaq üçün demək ki məlumatın olması lazımlıdır. Halbuki nəzərdə tutulan gözümüzlə görülən rənglər olsa hər kəs bunu anlayardı, müdrik olmağa ehtiyac olazdı. Amma alimlər insanın gördüyündən başqa rənglərdə görməkdə və ürpərməkdədirlər. İnsanın ətrafındakı elektromaqnetik sahə olan aurayı da ancaq bu məlumata sahib olan və bu mövzuda çalışan, yəni bu mənada məlumatı olanlar görər və bu da alimlərin yaradılışın möcüzəsini görüb ürpərmələrini təmin edər. Bəqərə (138) Allahın boyasını əsas alın. Allahdan daha gözəl kim boya vura bilər! Biz tək ONA qulluq edərik. Burada boyadan nəzərdə tutulan aura ola bilərmi? ENERJİ ÖLÇÜSÜ Rəhman 17. İki şərqin Rəbbi də Odur, iki qərbin Rəbbi də. Yalnız maddi dünyanı ələ alsaq tək şərq ya da tək qərb vardır. Amma enerji ölçüsünü də ələ alsaq bunların sayı ikiyə çıxar. Eynən, eterik bədəni astral səyahətə çıxan bir insanın fiziki bədəni üçün bir şərq və qərb varkən, eterik (enerji bədəni) içində o anda eterik müstəvidə bir şərq-qərb olmasının kimi. Bu ayətlər ilk etapda marağımızı çəkənlərdir. Zaman içində araşdırmalarımızla yeni ayətlərin də əlavə olunacağına inanırıq. | |
|