Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Özünüzü Test Edin

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Özünüzü Test Edin Empty
PostSubject: Özünüzü Test Edin   Özünüzü Test Edin Icon_minitimeThu Sep 11, 2008 2:50 pm

Gözlər bağlıykən istənən bir imicin nəzərdə canlandırılması durugörü qabiliyyətinin təməlidir. Əvvəlcə belə bir qabiliyyətinizin, qismən də olsa, sizdə işlək vəziyyətdə olub olmadığınızı nəzarət edin: Gözlərinizi bağlayın... 10 - 15 saniyə gözləyin... Və gözünüzün qarşısından keçən imiclər olub olmadığına diqqət yetirin... İmiclər özbaşına gəlib keçirlərmi? İstədiyiniz hər hansı bir imici zehin ekranınızda canlandıra bilirsinizmi? Yoxsa heç bir şey gözünüzün qarşısından keçmir və hər yer qapqaramı görünür?

Gözləriniz bağlıykən hər tərəf qapqara görünürsə durugörü qabiliyyətinizin tamamilə işləməz vəziyyətdə olduğunu söyləyə bilərik. Bir sıra rənglər, hətta imiclər gəlib keçirsə durugörü qabiliyyətiniz sizə göz qırpır deməkdir. Əgər istədiyiniz imicləri asanlıqla zehin ekranınızda canlandıraraq onu, sanki televiziya ekranından seyr edərmişcəsinə canlı olaraq görə bilirsinizsə durugörü qabiliyyətinizin su üstünə çıxmağa başladığını söyləyə bilərik. (Sadə durugörü)

Gözlərinizi bağladığınızda bir sıra yerlər , insanlar və hadisələr görürsünüzsə bunların hər hansı bir məna daşıyıb daşımadığına nəzarət edin. Məsələn; gözlərinizi bağladığınızda bir yoldaşınızı dərsə hazırlaşarkən gördünüzsə; dərhal ona zəng edərək həqiqətən də o anda dərsə hazırlaşıb-hazırlaşmadığını öyrənin. Detallara diqqət yetirin. O anda dərsə hazırlaşmırsa daha əvvəl hazırlaşmış ola bilər. Əgər belə bir vəziyyət varsa, yoldaşınızı dərsə hazırlaşarkən gördüyünüz detalların gerçək olub olmadığını araşdırın. Dərsə hazırlaşdığı masanın rəngi, masasının üzərindəki əşyalar, otağının şəkli vs...

Bəlkə də bir neçə dəqiqə sonra dərsə hazırlaşmağı planlayır da ola bilər... Bütün bu detallar sizdəki durugörü qabiliyyətinizin vəziyyəti haqqında bir məlumat verər. Təbii ki, tək bir sınaqla qərar verməyin. Bəlkə başqa bir zamanda daha fərqli görünüşlər də ala bilərsiniz. Beləliklə, sadə durugörümü, məkan içində durugörümü; yoxsa zaman içində durugörü qabiliyyətinəmi sahib olduğunuzu anlaya bilərsiniz.

Nəzərdə Canlandırma

İndi biz sıfırdan başlayaraq, sizdə durugörü qabiliyyətinin heç ortaya çıxmadığını fərz edərək, ən fundamental praktik durugörü işləriylə mövzumuza davam edirik... Gözlər bağlıykən istənən bir imicin nəzərdə canlandırılması durugörü qabiliyyətinin təməlidir demişdik... Elə ilk tapşırığımız da buna istiqamətli olacaq... Aşağıdakı məşq, nəzərdə canlandırma bacarığınızı inkişaf etdirmədə sizə köməkçi olacaq.

3 ədəd qara fon kağızı alın. Ağ bir kağızın üzərinə dairə və ortasına bir nöqtə, müsbət işarəsi və təpəsi yuxarıya gələcək tərzdə bir üçbucaq çəkin və bunları kəsərək hər birini ayrı-ayrı qara fon kağızlarınızın tam ortalarına yapışdırın. Şəkillərinizin eni və boyu 10 sm olmalıdır.

Hazırladığınız fon kağızlarınızdan birini alın və qarşısına keçib oturun. 2 dəqiqə davam etməklə gözlərinizi qara fon üzərindəki ağ şəklinizə mərkəzlənin... Sonra gözlərinizi bağlanın... Nələrin olduğunu hiss edin. Gözlərinizi ilk bağladığınız an şəklin hələ gözünüzün qarşısında oduğunu, lakin müəyyən bir müddət sonra yavaş yavaş itməyə başladığını hiss edəcəksiniz. Edəcəyiniz məşqlərlə bunun müddətini uzatmağa çalışın. Özünüzü sıxmadan, tam tərsinə, sərbəst və rahat buraxaraq bu işləri hər gün davam etdirin... Beləcə, hər keçən gün gözdə canlandırma qabiliyyətinizin sürətlə inkişafa başladığına şahid olacaqsınız...
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Özünüzü Test Edin
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Beyin gcnz test edin.
» Aerokineziya (havaya hkm edin).
» Hidrokineziya (suya hkm edin).

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Durugörü-
Jump to: