Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 İmajinasiya və Durugörü

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

İmajinasiya və Durugörü Empty
PostSubject: İmajinasiya və Durugörü   İmajinasiya və Durugörü Icon_minitimeThu Sep 11, 2008 3:15 pm

Durugörü qabiliyyətinin təməli imajinasiyaya söykənər. Yaxşı, bəs o halda imajinasiya nədir? Əvvəl bunu bir az açaq, daha sonra da irəli durugörü texnikalarına keçək... İmajinasiya, ruhi enerjinin ən təyin edici xüsusiyyətlərindən və qabiliyyətlərindən biridir. Bəzi araşdırmaçılar imajinasiyanı ruhda şəkilləndirmə olaraq tərif etmişlər. Düşüncənin bir enerji olduğu hal-hazırda artıq dəqiq bir şəkildə bilinməkdədir.

Hər bir düşüncə qəlibi, özünə xas bir enerji daşıyar. Beləliklə, hər bir düşüncə bir enerji topunun çıxarılmasına səbəb olar. Düşüncələrimizlə biz fərqində olmadan bir çox imiclər, yəni şəkillər, görünüşlər yaradarıq. Mövzunun bu yönü üzərində araşdırma edən bir çox parapsikoloq, bu məsələni "düşüncə şəkilləri" başlığı altında araşdırmışlar.

Yığcamlaşdırmış olsaq, mənbəyi ruhi enerjiyə söykənən bütün düşüncələrimiz müxtəlif görünüşlərin meydana gətirilməsinə səbəb olar. Ancaq nə var ki, bu görünüşlərin tezlikləri çox yüksək titrəşməli olduqlarından normal gözlə görünə bilməzlər.

Ancaq durugörü qabiliyyətinə sahib kəslər tərəfindən görülə bilən bu görünüşlərə imic, bu görünüşün ortaya çıxmasına səbəb olan mexanizmə də imajinasiya deyilməkdədir. Bu imic və imajinasiyayla əlaqədar edilə biləcək ən sadə tərifdir.

Düşüncələrimizin necə şəkillənə bildiyinə ən yaxşı nümunələrdən biri spatyomda meydana gələn hadisələrdir. Kənar Aləmin, yəni spatyomun ən təyin edici xüsusiyyətlərindən biri, hamımızın bildiyi kimi, düşüncələrin o anda şəkillənməsidir. Bunun səbəbi spatyomu meydana gətirən astral maddənin, fiziki maddəyə nisbətlə çox daha suptil, yəni yüksək titrəşməli maddələrdən qurulmuş olmasıdır. Mövzumuz xarici olduğu üçün biz spatyomu buraxaq və dünyaya dönək...

Bütün həyatımız boyunca çox müxtəlif imiclər yayınladıq və xaricdən də çox müxtəlif imiclər aldıq. Məsələn; qarşınızdakı bir adam almanı düşünərkən, əslində onu imajinə etməkdədir. Yəni onun şəklini zehinində canlandırmaqdadır. Siz bunu iki fərqli şəkildə qəbul edə bilərsiniz. Ya hissi olaraq alma sözü zehininizdə meydana çıxar, ya da alma sözü deyil, almanın görünüşü zehininizdə canlanar.

Birincisinə telepatiya, ikincisinə isə durugörü adı verilər. Görüldüyü kimi telepatiya ilə durugörü arasında həm böyük bir paralellik, həm də böyük bir fərq vardır. Bu tərifdən ortaya çıxan əhəmiyyətli bir nəticə vardır. O da əslində bütün Hisslər Xarici Qəbul etmələrimizin təməlində imajinasiya gerçəyinin omasıdır. Sadələşdirərək yekunlaşdıraq... Hər hansı bir imic çox fərqli şəkillərdə qəbul edilə bilər... Məsələn:

Beş duyğu orqanlarımızla qəbul etdiyimizdə biz ona görmə ya da eşitmə deyirik... Yenə eyni imic hiss olaraq hesab edildiyində telepatiya, gözlərimiz bağlı, ya da bir obyektə konsentrə olaraq normal gözümüzün xaricində ortaya çıxan görünüşlərlə qəbul etdiyimizdə durugörü, fiziki qulaqlarımızın xaricində bəzi səslər eşidərək qəbul edirsək durueşidi, bir rəqqas, ya da çəngəl çubuğun hərəkətləriylə qəbul edirsək radyestezi, əllərimizi hər hansı bir obyektə toxunduraraq o obyektin başından keçənləri hiss edə bilirsək psixometri və yenə hər hansı bir imic fiziki obyektlər üzərində fiziki təsirlər meydana gətirirsə biz ona telekineziya deyirik...

Görüldüyü kimi, istər fiziki beş duyğumuzla, istərsə də beş duyğunuğun kənarındakı qabiliyyətlərimizlə olsun, nəticədə bütün qəbul etmələrimizin təməlində imajinasiyanın olduğunu söyləyə bilərik... Bu izah edilənlərin yalnız nəzəri məlumatlardan ibarət deyil, edilən təcrübi işlərlə də ortaya qoyulmuşdur. İlk dəfə 1960-cı illərdə reallaşdırılan və daha sonrakı illər, dünyanın dörd bir tərəfində parapsixologiya laboratoriyasında təkrarlanan təcrübələrdə; imajinativ olaraq şəkilləndirilən bir düşüncənin fotoşəkil halına keçirilə bildiyi isbat edilmişdir... Bu təcrübələr eyni zamanda ruhi enerjinin maddələr üzərindəki təsirini göstərməsi baxımından da əhəmiyyətlidir.

"Ruh və Kainat" adlı kitabında Dr. Bedri Ruhselman İmajinasiyayla əlaqədar məlumatları bir araya gətirərkən, iradənin, yəni konsentrasiyanın imajinasiya üzərindəki əhəmiyyətini bu cümləylə yekunlaşdırmışdır: "İmajinasiya iradə ilə başlar və iradə ilə bitər... İradə isə, hər hansı bir canlı varlığın bir şeyi istəməsidir."

İmajinasiyayla əlaqədar bura qədər etməyə çalışdığımız təriflərdən də aydın olacağı kimi, həyatımızın hər anı imajinativ fəaliyyət içində keçər... Yatarkən belə yuxularımızla yenə imajinativ fəaliyyətimiz davam edər... Bütün varoluşumuz müddətində müxtəlif imiclər yayımlayar və müxtəlif imicləri götürərik. Yayımlanan İmiclər: Öz şüurumuz ya da şüuraltımızdan yayılan imiclərdir.

Alınan İmiclər: Xaricdən bizə gələn imiclərdir. Bunların ancaq çox kiçik bir qisiminin fərqində ola bilməkdəyik. Ancaq böyük bir çoxunun heç fərqinə varmarıq belə... Fərqinə vara bildiklərimiz əksəriyyətlə beş duyğumuza təsadüf edənlərdən ibarətdir. Fərqində ola bilmədiklərimizin çoxu şüuraltımız tərəfindən qəbul edilməkdədir. Və yenə bunların böyük bir hissəsi şüuraltımıza böyük təsirlərdə olurlar. Hətta özümüzün zənn etdiyimiz bir çox düşüncələrimizin meydana gəlməsində belə böyük bir təsir göstərərlər.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
İmajinasiya və Durugörü
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Durugry? ba?lay?r?q.
» G?zici durugr.
» ?n sad? t?rifiyl? Durugr

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Durugörü-
Jump to: