ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Zaman sürüşməsi. Thu Sep 11, 2008 4:19 pm | |
| Fransız araşdırmaçı və yazar Jacques Bergierə görə, zamanda səfər, fizikayla ruhçuluğun birləşdiyi bir elm xəttində açıqlana bilər. Və bu günə qədər də elm., zamanın oyunları haqqında kifayət qədər ipucunu bizə vermişdir. Üzərində dayanmamız lazım olan ən əhəmiyyətli mövzu, "Zaman qutucuqları"dır. Bu qutucuqlarda zaman parçacıqları son dərəcə sürətli çevrilmə içindədirlər və o zaman müşahidəçiyə görə çox daha ağır irəliləyər. Bu nəticə, normal zamanda dərhal yox olan parçacıqların, "qutucuqlar"dakından daha fərqli olduğunu sübut edir. Qısacası, zamanda səfər üçün çox böyük bir enerji lazımdır və bu enerjinin xüsusiyyəti və qaynağı hələ müəyyən deyil. Amma, elmin gələcəyi ümid vəd etməkdədir. Bergierin şərhi maraqlıdır, "zaman qutucuqları"ndan Hawking də danışmaqdadır, amma "qutucuqlar"ın necə və niyə meydana gəldikləri bilinmir. Bilinən tək bir şey var, iki İngilis müəllimin başına gələn hadisənin tək olmadığı. Bənzəri bir çox hadisə daha yaşanmışdır. Versailles Bağçalarında yaşanan hadisə, axan zamanın içində qalmış şəkil kimi görünür, amma üç ölçülü, gerçək bir şəkildir bu, hətta içinə girə bilirsiniz. Kompüterinizdə silinməmiş proqramcıqların birdən qarşınıza çıxması kimi... Moberley və Jourdain (irəlidə bu xatirələri "Zaman sürüşməsi-bir saraya gəzintinin başlanğıcı" adı altında sizlərlə paylaşacağıq), xatirələrində hadisənin başladığı anda havanın qəribə olduğunu, son dərəcə ağırlaşdığını və hətta ozona bənzər qəribə bir qoxunun var olduğunu yazırlar. Bütün bunlar bilinməyən və ya hələ xüsusiyyətini fərq edə bilmədiyimiz bir enerjinin xəbərçisi ola bilərmi? Belə bir mühiti, hər an yaşamak mümkündür. Yaxşı, bəs necə? Bax bunu bilmirik. Yəqin ki, çox sıx, unudulmaz və qalıcı hadisələrin yaşandığı yerlər, Zaman Sürüşmələri üçün uyğun yerlər ola bilirlər... | |
|