ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Nəfəs Texnikalarıyla Zehin Dəyişdirilə bilir Fri Sep 12, 2008 4:49 pm | |
| Beynin öz içində inkişafa və genişləməyə uyğun olduğu və öz potensiallarını asa biləcəyi tezisinə, nəfəs texnikaları tətbiq edərək zehinlərini idarə edə bilənlərin beyinlərinin test nəticələrindən ciddi bir dəstək gəldi. Amerikalı beyin alim Dr. Richard Davidson, Tibetli rahiblərin beyinləri üzərində etdiyi araşdırmalarda, nəfəs texnikaları və meditasiya ilə beynin dəyişdirilə biləcəyi nəticəsinə gəldi.
Öyrədilmiş zehin, ya da beyin, öyrədilməmiş olandan fiziki olaraq fərqlidir. Görülən odur ki, irəliləyən müddət içərsində zehni təhsilin potensialını anlaya biləcək və bunun ciddiyə alınmasının lazımlılığını anlayaraq bu yöndə işlərimizi artıracağıq.
Beyin araşdırmaları, Buddistlərin əsrlərdir tətbiq etdikləri nəfəs texnikaları və meditasiya praktikasına bağlı konkret dəlillər əldə edirlər. Nəfəs texnikalarıyla meydana gətirilən meditatif fərqindəliyin, beynin işləyişini degiştirebilir və insanların müxtəlif fərqindəlik (awareness) müstəvilərinə çatmasını təmin edici müxtəlif hallar, ənənəvi olaraq fiziki olaraq ölçülə bilmənin və obyektiv qiymətləndirmənin xaricində də, artıq yeni bir dünyada mücərrəd anlayışlarla aydın olan hala gəlməkdədir.
Son bir neçə ildən bəri Wisconsin Universiteti araşdırıcıları Tibetli rahiblərlə birlikdə çalışaraq, bu zehni təcrübəni yüksək tezlikli qamma dalğaları, beyin sinxronizasiyası və koordinasiya kimi elmi dilə çevirməyi bacara bilmişlər. Beyin fəaliyyətinin nəfəs texnikalarıyla meydana gətirilən meditativ fərqindəlik vəziyyətində ən qüvvətli əlaqə göstərdiyi bölgə olaraq, alının sol tərəfinin dərhal arxasında ollan prefrontal korteksi göstərmişlər.
Universitetin 10 milyon dollarlıq yeni W. M. Keck Laboratory of Functional Brain Imaging and Behaviordan bir sinir alim Richard Davidson; “Uzun müddətli araşdırmalarda tapdığımız beyin aktivasiyası daha əvvəl heç görmədiyimiz ölçüdə idi; onların zehni tətbiqi beyin üzərində tennis və qolf praktikasının performansı artırıcı təsirinə bənzəyirdi” demişdir. Və yenə Davidsona görə, beyin öyrədilə bilər və nəfəs müalicələri ilə fiziki dəyişimə uğradıla bilər bir vəziyyətə malikdir.
Əvvəllər elm adamları bunun tərsinə inanardılar. Yəni köhnə məlumata görə, sinir hüceyrələri arasındakı əlaqə həyatın başında müəyyən olunar və yetişkində dəyişməzdir. Bu hipotez son on illərdə dəyişmiş, beyin görüntüləmə və digər texnikaların irəliləməsiylə elm adamları onun yerinə davamlı beyin inkişafı və nevroplastisitə anlayışını qəbul etmişlər.
Ən yeni nəfəs tətbiqlərinin meydana gətirdiyi meditativ çalısmalardaki araşdırmaların nəticələri, nəfəs texnikalarıyla və digər yollarla edilən zehni təhsilin beynin iç işləyiş və dövrələrini (circuitry) dəyişdirərək, nevroplastisitə anlayışını bir addım daha irəli aparmışdır.
Bu tapıntı Davidson ilə dünyanın ən məşhur Buddist tətbiq edicisi Tibetin Dalai Lamasının uzun və inanılmaz ortaq işinin əsəridir. Davidsonun çoşğuların sinirşünaslıq üzərində yenilikci işlər gördüyünü öyrənən Dalai Lama, onu 1992-də Hindistan, Dharamsaladaki evinə dəvət etmişdir.
Yüksək irtifada yaşayan Perulu inkalarla Tibetli lamaların yüz illərə söykənən sıx nəfəs texnikaları ənənələri vardır. Dalai Lama öz rahiblərinin meditativ iş görən zehinlərinin Davidson tərəfindən elmi olaraq araşdırılmasını istəyirdi.
Üç il əvvəl Dalai Lama, Davidsonun laboratoriasında iki gün keçirmişdi. Sonunda Dalai Lama ən müvəffəqiyyətli səkkiz rahibini elektroansefalografiya (EEG) və beyinarayıcı (scanning) üçün Davidsonun laboratoriasına göndərdi. Təcrübədəki Buddist sujelər (“qurbanlar”) Tibet Nyigmapa və Kagyupa ənənəsinə görə 10,000 ilə 50,0000 saat və 15 ilə 40 illik bir zaman dilimində öyrədilmişdilər. Müqayisə üçün daha əvvəl heç təcrübəsi olmayan 10 könüllü şagird bir həftəlik təhsilin ardından testə tabe tutulmuşdu. Rahiblər və şagirdlərə 256 elektrosensor bağlanmış və qısa müddətlərlə nəfəs tətbiqləri edərək çatacaqları səviyyənin təyin olunması istənmişdi.
Nəfəs texnikalarıyla zehinin düşünmə və digər zehni fəaliyyətlərdə nevron qruplarının xəbərləşmələrini göstərən yüngül, lakin fərq edilə bilən elektrofəaliyyət partlamaları yaradar və sensorlar da bunları tutar. Davidsonda, xüsusilə, bu yüksək tezlikli və ən əhəmiyyətli elektrik beyin impulsları olan qamma dalğalarının ölçülməsiylə maraqlanırdı.
Hər iki qrupdan nəfəs texnikaları tətbiqləriylə çatacaqları zehin titrəşmə səviyyəsində, qarşılıqsız sevgi və “olduğu kimi qəbul etmək” anlayışı üzərində meditasiya etmələri istəndi. Buddist təlim, Dalai Lama təliminin mərkəzi sayılan bu vəziyyəti, “canlılara köməyə qeydsiz-şərtsiz hazır olma” deyə təyin olunan bu təlimi əsas götürdülər, çünki bu vəziyyət xüsusi obyektlər üzərində sıxlaşmağa və imiclərə ehtiyac qoymurr, əksinə, çevrilmiş (transformed) bir varoluş vəziyyəti yaradırdı.
Davidson, tətbiqə alınan rahiblərin təhsilli beyinlərin də könüllülərə görə əhəmiyyətli fərqlilik göstərən nəticələr doğurduğunu bildirmişdi. Ən əhəmiyyətlisi elektrodlar rahiblərin beynində şagirdlərinkinə görə sürətli və şiddətli qamma dalğası fəaliyyəti qeyd etmiş və rahiblərdə dalğaların beyində hərəkəti çox daha yaxşı mütəşəkkil və koordinasiya edilmişdir.
Nəfəs texnikaları ilə işə yeni başlayanlar tətbiqlər əsnasında yalnız yüngül bir qamma dalğası fəaliyyəti göstərərkən, rahib və ya dərvişlərin bəziləri daha əvvəl heç bir sağlam adamda görülməmiş dərəcədə qüvvətli qamma dalğaları meydana gətirə bilirlər.
Nəfəs texnikalarını uzun illər tətbiq edən mistiklərdə ən yuksək qamma dalğaları səviyyəsi görüldüyü keçmişdən bəri bilinməkdədir. Bu doza cavabı, yəni məsələn; bir dərmanın yüksək səviyyələrinin aşagı səviyyədəkindən daha təsirli olması, araşdırıcılar tərəfindən səbəb-nəticə əlaqəsini təyin etmək üçün istifadə edilir. Daha əvvəlki işlərdə diqqəti toplama, yaddaş, öyrənmə və şüur kimi zehni fəaliyyətlərin rahiblərdə görülən əsəbi koordinasiyada artma kimi bir vəziyyətlə bənzərliyi göstərilmişdir. Rahiblərdə şiddətli qamma dalğaları, ayrıca beynin fərqli dövrələrində əlaqə quraraq daha yüksək zehni fəaliyyət və daha üst səviyyə bir fərqindəlik də yaradar.
Davidsonun araşdırması onun sol prefrontal korteksin xoşbəxtlik, müsbət düşüncələr və coşğularla əlaqədar beyin bölgəsi olduğunu göstərən əvvəlki işləriylə üst-üstə düşməkdədir. Davidson, rahiblərdə funksional maqnetik rezonans göstərmədən (fMRI) istifadə edərək (EEG ilə ölçüldüyü kimi) beyin fəaliyyətinin, xüsusilə bu bölgədə yüksək olduğunu tapmışdır. Davidson, araşdırmasından nəfəs texnikaları tətbiqləri və beyin işləyişini yalnız qısa müddətli deyil, böyük ehtimalla, qalıcı olaraq dəyişdirə biləcəyi nəticəsinə varmışdır. Bu tapıntı, rahiblərdəki əhəmiyyətli dərəcədə yuksək qamma dalğası fəaliyyətinin, hətta nəfəs texnikaları tətbiqləri etməsələr belə, nəzəri baxımdan çox olduğu gerçəyinə söykənməkdədir.
Massachusetts Universitetindən bir araşdırıcı; Jon Kabot Zinn, bir neçə il əvvəl bənzər nəticələrə çatmışdı. Bir çox Amerikan universitetində araşdırıcılar Zen, Bdudist, Katolik rahiblərin və sufilərin nəfəs texnikaları tətbiqlərini istər müqəddəs mətin oxumaları, istər xüsusi konsentrasiya artırıcı nəfəs üsullarını tətbiq etdiklərini ortaya çıxarmışlar.
Nəfəs texnikalarının meydana gətirdiyi zehini yavaşlatma və sürətləndirməyə nəzarət zehnin öyrədilməsini təmin edir. İnsan beynində meydana gələ biləcək dejeneraktiv dəyişikliklər, məsələn; ağlını itirmək (dəli olmaq) bu metodlarla önlənə bilər. | |
|