ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Zaman bərabərliyi Sat Sep 13, 2008 4:26 pm | |
| 'Keçmiş, indi və gələcək arasındakı ayrı-seçkilik yalnız bir yanılsamadan ibarətdir, nə qədər qalıcı olsa da' Albert Einştein Yeddi yaşımdaykən mənim üçün pis bir yuxu gördüm, oyandığımda bunun bir yuxu olduğuna sevinmişdim. Aradan bir-iki həftə keçdikdən sonra yuxumda gördüyüm hər şey reallaşdı. Bu xatırladığım ilk birə-bir eynisi reallaşan yuxu idi. Sonrakı illərdə də bu yuxulardan gördüm, hətta bəzən oyanıqkən gələcək ilə əlaqədar vizionlar görürdüm. Əslində gələcəkdə olacaq pis hadisələri əvvəldən hiss etmək, kimsəyə söyləyə bilməmək özəllliklə yeniyetmə çağlarımda məni çox üzməkdə idi. Bəlkə də bilinməyənə maraq duymama da bunlar səbəb oldu…. Burada bunlardan daha çox bəhs etməyəcəyəm, amma zamanla əlaqədar daha başqa bir şey fərq etməyə başladım. Daha doğrusu, Zaman nədir? Xəbərdaredici Yuxu və Vizionlar da; bu gün belə bir yuxu görsəm, yuxumdakı hadisə gələcəkdə realizə olacaq, sabah belə bir yuxu gördüyümü xatırlayacağam, yuxu keçmişdə qaldı amma yuxumdakı olacaq hadisə hələ gələcəkdədir... Yuxu, ya da vizion realizə olduğunda isə bunların hamısı keçmişdə qalacaq. Başınız qarışdımı? Təkrar Xəbərdaredici Yuxu, ya da Vizion anına dönsək, yuxuda fiziki bədənim indiki zamandadır, amma şüurum gələcək zamanda olacaq hadisələri yaşayır Yuxularda ruh, bir növ, fərqli şüur halı sınayır və bu fərqli şüur halında Zaman yox, an var. Burada bir müşahidəmi də ifadə etmədə fayda var, xüsusilə Xəbərdaredici vizionlarda yalnız 2-3 saniyəlik müddətdə zaman ölçüsündə saatlar, ya da günlərlə davam edəcək bir hadisəni görə bilirəm. Yaxşı, bəs bütün yuxularım, ya da vizionlarım Xəbərdaredici olmamasına baxmayaraq, Xəbərdaredici olanları əvvəldən necə anlaya bildiyimi maraqlandınızsa, bu hiss çətinlik duyğusuna bənzəyən bir şəkildə özünü büruzə verir. 2-3 gün evdə bağlı qaldığınızda hiss etdiyiniz çətinliyə bənzəyən və sizi zamanın yanılsamasından başqa bir prizmaya baxmağa dözə biləcəyiniz qədər vadar edən və ümumiyyətlə, geri addım atdığınız o andır... Mənim təcrübələrimin bənzərlərini yaşayan bir yoldaşım, mənim Zamanbərabərliyi dediyim yerə tunel deyir. Bir Xəbərdaredici yuxu, ya da vizion gördüyüm an, şüurumun bütün zamanların eynivaxtlı olduğunu anladığı andır (Bunu fərqində olmadan edərkən, anlamasam da…) Bəs Zaman Maşını..? Bütün zamanlar əgər eyni anda mövcuddursa və bunu qəbul etmirsək, Zaman Maşınına gərək varmı? Belə bir vasitə bir yerdən bir yerə getmək üçün istifadə ediləcəksə, zamanlar, onsuz da, bu anda mövcuddur, başqa bir yerdə deyil, bur andadır... Burada olan bir şey üçün başqa bir yerə getməyə gərək varmı? Bəlkə Zamanın bərabərliyi üçün fərqli tezliyə bir şəkildə keçilir, bu tezliyə keçmək üçün isə bir maşın istifadə edilə bilər, yəni bədəni bir yerə göndərmək yerinə şüuru Zamanın bərabərliyinə göndərmək lazımdır. Əslində mən bunu test etmək üçün könüllü olmaq istəmərəm. Zamanın bərabərliyi, səssiz şahid olduğumuz, hadisələrə nə o an, nə də olacağı zaman müdaxilə edə bilmədiyimiz bir yerdir. Heç olmasa, mən müdaxilə edə bilmədiyimi bilirəm. Bəlkə də fərqli zamanları qəbul etmək şüurun ümidsizlik daşımamaq üçün bir sığortası, ya da tam əksi, gələcəkdə olacaq pis hadisəyə daha əvvəl alışmaq üçün erkən xəbərdarlıq sığortasıdır. Hansının doğru olduğunu mən də bilmirəm. Zamanda gəzən şüurdursa, ya da zaman yalnız bir yanılsamadırsa, şüur bu gəzintiyə necə başlayır, ya da niyə bəzilərimizin şüuru bu gəzintilərə heç çıxmır. Mənim və bəzilərimizin səbəbini idarə edə bilməz şəkildə getdiyimiz Zamanın bərabərliyi bir yerdirmi..? Hermetik düşüncəyə görə isə , keçmiş də, gələcək də bu an mövcud deyil. Bu an isə elə tez keçər ki heç bir davamlılığı yoxdur. " İndi" deməmizdən belə əvvəl o an keçmişdir. İndiki zamanı əsla tuta bilmərik, o halda onun var olduğunu söyləməmiz nə şəkildə mümkündür? ‘İndiki zaman və keçmiş zaman Bəlkə birlikdədir gələcək zamanda Və gələcək zamanı əhatə edər keçmiş həyat" Deyir T. S. ELIOT. Vikekananda isə, ‘Mütləqdə nə vaxt, nə uzam vardır, nə də səbəb. Nə zehin, nə də düşüncə olmadığına görə orada zaman dizaynı iştirak etməz. Görünən heç bir dəyişmə olmadığına görə orada uzam dizaynı var ola bilməz. Hərəkət və səbəb deyə andıqlarınız, yalnız birin olduğu bir yerdə var ola bilməz.
Vidandaçı Sankaraya görə, ‘Yuxuda fərqində olduğumuz şeylər oyanıq şüurumuz tərəfindən rədd edilər. Digər tərəfdən, oyanıq haldaykən fərqində olduğumuz yerlər və bənzəri şeylər rədd edilməz.' | |
|