ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Alternativ Tibb Sat Sep 13, 2008 6:07 pm | |
| Alternativ tibb və ya tamamlayıcı tibb, daha çox ənənəvi, təbii bitkiləri istifadə edərək (çay və ya bitki qarışıqlarıyla) əldə edilən dərmanlarla müalicə etmə üsuludur. Müasir tibb elminin xəstəlik səbəbləri və müalicəsi mövzusunda konkret məlumatları olmadığı, xəstə üçün hələ mövcud obyektiv və sübut edilmiş bir müalicə üsulu olmadığında xəstə istəyiylə başlanıla bilən və ya müasir tibb müalicələrini dəstəkləyici olaraq xəstənin rahatlaması, immunitet sisteminin güclənməsi, psixologiyasının düzəlməsi məqsədiylə tətbiq oluna bilən müalicə üsuludur. Tibb, əsrlər əvvəl, bu gün "alternativ tibb" olaraq tanınan şəkildə edilirdi. Həkimlər, öz üsullarıyla xəstəlikləri muayinə edir və işə yaraya biləcəyini ümid etdiyi və ya öyrəndiyi bitkilər, sular və digər maddələrlə xəstəsini müalicə edirdi. İnsanlığın məlumatı artdıqca və yeni diaqnoz vasitələri (mikroskop, radyografi,manyetik rezonans, tomografi, elektron mikroskopusu, biopsi, qan nəcis sidik təhlilləri vs) tapıldıqca, xəstəliklər və bu xəstəliklərin müalicəsində istifadə edilən üsullar daha əhatəli olaraq inkişaf etdirildi. Xəstəyə hər hansı bir bitki yarpağı vermək yerinə, fayda verən faktor maddəni damızdırıb dərman halına gətirildi. Faktor maddələrin insan toxumalarında necə yaxşılaşma yaratdığını öyrənib, faktor maddədən fərqli, daha az yan təsiri olan dərmanlar sintez etdi. Farmakologiya (dərman elmi), təbiətdə hal-hazırda tapılan maddələrin içindəki faktor maddələri damızdıraraq və ya onları sintez edərək əldə edilən maddələrlə dərmanlar düzəldər, lakin alternativ tibbdə bu maddələri ehtiva edən bitkilər xam olaraq istifadə edildiyindən maddə sintezi edilməz. Bir bitki yarpağının içində faktor maddəyə əlavədən daha bir çox maddə olar. Bu "digər maddələr" in farmakoloji və farmasotik təsirləri araşdırılmadığı üçün müasir tibb çay qarışıqları və bənzəri təbii qarışıqlar istifadə etməz. Bu baxımdan bir çox həkim alternativ tibb üsulunu "bir təcrübə edin" deyərək təklif edə bilər. Daha etik yanaşmalı həkimlər isə alternativ tibb tətbiqlərini və tətbiq edicilərini etibarlı hesab etmədiyi üçün əsla təklif etməz. Müasir Tibb, davamlı inkişaf edən və yeni şeylər əlavə olunan bir sahədir. Ancaq hələ bəzi xəstəliklərin mahiyyəti və müalicəsi haqqında qəti dəlillər yoxdur. Qəti dəlillərin olmadığı vəziyyətdə Müasir Tibb, xəstəyə fayda təmin etməyəcəksə zərər verməmə adına çüdaxiləsiz qala bilər. Çünki müasir tibbdə etibarlılığı tamamilə isbat edilməmiş, mahiyyəti naməlum, farmakoloji xüsusiyyətləri işıqlanmamış, nəzəri təcrübələrlə etibarlılığı isbat edilməmiş üsullar istifadə edilməz, bu üsulları istifadə edənlər şarlatanlıq cinayətini işləmiş olarlar. İnsan bədəninin sağlam olması üçün özünə lazım olan bütün qidan maddələrini alması lazımdır. Buna balanslı bəslənmə deyilir. İnsan vücüduna lazım olan maddələrin hamısı təbiətdə var. Tərəvəz, meyvə, ət, balıq, müxtəlif otlar, bulaq suları. İnsan bunların hamısında bir fayda olduğunu bilərək istehlak etməlidir. Bir çox bitki tərkibləri insana yaraya biləcək maddələrlə doludur, zatən dərmanlayar da bunlardan və ya bunların laborativ mühitdə sintez edilməsindən əldə edilər. Bu qidaların həddindən artığa qaçmadan balanslı şəkildə istehlak edilməsi insan sağlamlığına müsbət təsir edər. Məzmunu insan sağlamlığını müsbət təsir etməyəcək, narkotik və ya zəhər xüsusiyyəti olan maddələrin istifadəsi isə müzakirəlidir. Masaj, müxtəlif maddələrin buxarları, isti su müalicələri, spa kimi tətbiqlər bədəni rahatlaşdırar, istirahət etdirər, duzlaşmış sahələri hərəkətləndirər. Nizamlı idman etmək də insan sağlamlığına müsbət təsir edər. Alternativ tibb olaraq təyin olunan üsullar, insanların prixoloji hallarını və immunitet sistemlərini qüvvətləndirərək xəstəliklərlə mübarizə edilməsini təmin edər. İmmunitet sistemi, bilinən bütün xəstəlikləri, şiş və xərçəngləri məğlub edə biləcək mükəmməl bir sistemdir və hər kəsin vucudunda vardır. Stres, yorğunluq, pis bəslənmə (malnutrisiya), radiasiya, radyoterapiya, kimyaterapiya, bəzi viral infeksiyalar (örn. AIDS), diabet kimi vəziyyətlərdə immunitet sistemi zəifləyər. Müasir tibb də insanın immunitet sistemini gücləndirərək xəstəliklərlə mübarizədə rol oynaya biləcək üsulları rədd etməz. Ancaq bu üsulların, müasir tibbi bir kənara itələyərək "tək müalicə" və ya "son çarə" kimi təqdim edilməsi etik deyil. Daha əhəmiyyətlisi, xəstəni aldadaraq və ya cahil cəsarətiylə insanlar üzərindən pul və etibar qazanma məqsədi güdən bəzi pis niyyətli kəslərin, yəni şarlatanların, çox təəssüf ki, alternativ tibb maskası taxmasıdır. Alternativ tibb tətbiq edicilərinin təhsili də əhəmiyyətli bir qorxu səbəbidir. Xəstəliklərin səbəbi (etiyologiya) haqqında məlumatı olmayan fərdlərin faktora istiqamətli müalicə etmələri qeyri-mümkündür. Bu səbəblə, başda Rusiya olmaq üzrə bir çox ölkədə alternativ tibb təhsili tibb fakültələrində bir tibb sahəsi olaraq verilməkdə, istifadə edilən müalicə üsulları və maddələrinin etibarlılığı araşdırılmaqdadır. Bu sayədə, alternativ tibb də daha əhatəli və etibarlı hala gəlməkdədir. | |
|