Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 AKUPUNKTUR.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

AKUPUNKTUR. Empty
PostSubject: AKUPUNKTUR.   AKUPUNKTUR. Icon_minitimeSat Sep 13, 2008 6:40 pm

Akupunktur, minlərlə illik keçmişə söykənən bir müalicə üsuludur. Yin deyilən mənfi güc, Yanq deyilən müsbət güc, universal dəyişənlik və tarazlıq mövzusundakı ilkçağ fəlsəfə qaydasına söykənən, qaynağını uzaq-Şərq və Çindən alan Akupunktur, Vital Enerji anlayışını hədəf almaqdadır. Ən son çalışmalar, Akupunkturun immun sisteminin gücləndirilməsindəki təsiri üzərinədir. Qısaca Akupunktur; orqanizmin öz pozuqluqlarını düzəldə bilmə gücünü hərəkətə keçirən bir elmdir. Hipokrat, canlıların öz-özlərinə yaxşı olma güclərindən və daxili həkimdən danışmışdır. Ayrıca Paracelsusda həyatın yalnız xarici həkimin səyləri ilə var olmayacağını, xaricdəki həkimin ancaq daxildəki həkimə köməkçi ola biləcəyini dilə gətirmişdir. Misal gətirmək lazım olsa, bir sümük kırığını ələ alaq. Sümük qırılır və xaricdəki həkim onu təşkil edib gipsə sarıyır. Sonra baxırıq ki, qırılan yer inanılmaz şəkildə qaynamış və bitişmişdir. Burada daxili həkim və/və ya daxili güclər, yəni orqanizmdəki bioregyular güclər rejenerasiyanı təmin etmiş və bitişmə reallaşdırmışdır. Bu nümunədə diqqət yetirməmiz lazım olan nöqtə, yalnız qırılan sümüyün təmir edilməsi deyil, təmir edilən yerin ilkin hala gəlməsiylə təmirin dayanmasıdır. Yəni idarədən çıxmaması, bioregyular gücün tam yerində işi bitirməsidir. Buradakı mexanizm, qırılan sümükdən qalxan xəbərdarlığın periferik sinirlər vasitəsilə MSS(Mərkəzi Sinir Sistemi)-nə çatması və MSS-dən çıxan əmrlərlə bioregyular gücün fəaliyyətə keçməsidir. Əgər xəstənin bioregyular gücü bu qədər mükəmməl və müvəffəqiyyətli olmasaydı, orqan nəqli reallaşmazdı. Yara təmiri və ya əməliyyatlarda gördüyümüz nəticələri canlılar özləri bacarmaqdadırlar. Heyvan orqanizminə də tətbiq olunmuş Akupunktur, diaqnoz və müalicədə ağrılı dəri nöqtələrindən faydalanma üsuludur. Akupunkturun diaqnoz ilə əlaqədar istifadəsi, bir və ya bir çox orqanın funksiya və ya leziya pozuqluqları ilə birlikdə ollan və məcburi olaraq kəskin xüsusiyyətləri ilə birlikdə müxtəlif xəstəlik əlamətlərinin meydana gətirdiyi bir bütün mənasına gələn, beləcə bu patoloji nöqtələrin bədəndəki yerini təyin edərək xəstəliyin və ya funksional pozuqluğun mahiyyətinə çatmamızı təmin edən (istər özbaşına, istər barmaq basdıraraq) ağrılı dəri nöqtələrini araşdırmaqdır. Akupunkturun müalicədə istifadəsi, adından da aydın olacağı üzrə (Acus: iynə; Punctura: batırma), istər dərialtı hüceyrə toxumasına səthi olaraq, istər əzələ kütləsi içinə az və ya çox dərin olaraq, dərinin müəyyən nöqtələri üzərinə bir iynə batırılmasıdır. Bu nöqtələrin bəziləri, xəstə orqan üzərində (Yanq deyilən) gücləndirici bir təsir edərkən, digər nöqtələrdə (Yin deyilən) sakitləşdirici bir təsir edərlər. Hədəf, içində "Vital Enerji" gəzən Jingləri (Kanal və kollateraller) bir-birləriylə doğru nöqtələrdə birləşdirməkdir. Həqiqətən də, qırıqdan qalxan xəbərdarlıq kimi, bədəndə nöqtə, ya da nöqtələri xəbərdar etməklə, xəstəliklərin müalicəsini başlada bilirik. Əldəki bir Akupunktur nöqtəsinə basdırmaqla baş ağrısı keçə bilir. Kürəkdəki bir Akupunktur nöqtəsini xəbərdar etməklə, bir ağciyər narahatlığı düzələ bilir. Əl biləyi və ayaq biləyindəki nöqtələri xəbərdar etməklə illərcə yuxusuzluq şikayəti olan bir xəstə, nizamlı yuxusuna qovuşa bilir. Əl, ayaq və daxilindəki nöqtələrin xəbərdar edilməsiylə, konstipasiya (qəbizlik) şikayəti sona çata bilir. Sadəcə başda olan iki Akupunktur nöqtəsinin xəbərdar edilməsiylə depresiya müalicə edilə bilir. Bunun kimi yüzlərlə nümunə verə bilərik.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
AKUPUNKTUR.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Alternativ tibb & İnsan psixologiyası :: Akupunktur-
Jump to: