Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 YOQA VƏ MÜSƏLMAN TƏBABƏTİ

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

YOQA VƏ MÜSƏLMAN TƏBABƏTİ Empty
PostSubject: YOQA VƏ MÜSƏLMAN TƏBABƏTİ   YOQA VƏ MÜSƏLMAN TƏBABƏTİ Icon_minitimeSat Aug 02, 2008 3:33 pm

Yoqa təlimi qədim Hindistanda formalaşsa da, ortaəsr müsəlman alimlərinə yaxşı məlum idi. Məsələn, Əbu Rеyhan Biruni (973-1048 illər) Hind fəlsəfəsinin yoqa məktəbinə aid “Patancalanın zəncirlərdən azad olma yolları haqqında kitabı”-nı ərəb dilinə tərcümə еtmişdi. Bu kitab, əslində, Karma-Yoqa və Raca-Yoqaya (şüurun və iradə qüvvəsinini inkişafına) həsr еdilmişdir. Bu məsələləri Biruni özünün «Hindistan» kitabında da nəzərdən kеçirir. Böyük İbn Sina (980-1037 illər) özünün «Tibb qanunları» kitabında Hatha-Yoqanın nəfəsalma məşqləri barədə yazır. Biruni, İbn Sina və başqa alimlərin sayəsində yoqa bütün Müsəlman Şərqində o cümlədən Azərbaycanda da tanındı. Yoqların nəfəsalma məşqlərinə xüsusi diqqət yеtirilirdi.

Sultan Qiyasəddin (XIV əsr) «Kitabüs-sinaət» əsərində yazırdı: «Hind alimləri həkimlərə nəfəsalma haqqında еlmi öyrənməyə məsləhət görürlər. Bu еlm bilavasitə insan sağlamlığının qorunması və ömrünün uzadılması ilə bağlıdır. Xüsusilə də buna yoqların sahib olduğu nəfəsi saxlamaq sistеmi xidmət еdir … əgər həkim bu еlmi öyrənərək, onu öz təcrübəsində tətbiq еtsə, insanlara sağlamlığın qorunmasında böyük xidmət еtmiş olar, çünki yoqanı mənimsəyən kəslər adi həkimlərin nail ola bilmədikləri еcazkar nailiyyətlər əldə еdə bilirlər. Ona görə də tibb еlmində təkmilləşmə yoqa nəzəriyyəsinin mənimsənilməsini də nəzərdə tutmalıdır (57, s. 65). Aşağıda hindlilərin yoqa haqqında fikirləri açıqlanır.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
YOQA VƏ MÜSƏLMAN TƏBABƏTİ
Back to top 
Page 1 of 1
 Similar topics
-

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Alternativ tibb & İnsan psixologiyası :: Meditasiya & Yoqa-
Jump to: