ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Durueşidi. Sun Sep 14, 2008 4:24 pm | |
| Durueşidi, heç bir maddi vasitə olmadan, bilinən heç bir cihaz istifadə edilmədən bədənsiz varlıqlardan, uzaq maddi mühitlərdən gələn səs və danışmaları eşitməkdir.
Durueşidi, medyumluğunun tətbiqi çox qədimlərə söykənər. Durueşidici bir kimsə səsi, səs orqanıyla deyil, zehiniylə eşidər. Səs, beynin içində ortaya çıxar, bu səsi medyumdan başqası eşidə bilməz. Xarici aləmdən gələn təsirlər, söz, yazı, vizion halında necə şərh olunursa, durueşidi də səs tərzində şərh olunmaqdadır. Təsirləri səs halına çevirən medyumun öz maddi orqanı, beyni və səyyaləvi bədənidir.
Durueşidinin ilk işlərində, keçmiş təcrübəçilər, olduqca böyük denizminaresiya qabığını (coquille) bir növ meqafon kimi istifadə edərdilər. Beləcə, çöldən gələn səs konsentrə edilir, qüvvətləndirilirdi. Durugörüdə necə ilk işlərdə əsl xəbərçi vizionları amadan əvvəl özbaşına gələn, şablon tərzində ortaya çıxan imiclər varsa, durueşidi medyumluğunda da eyni tərzdə qarışıq, naməlum, məqsədsiz, mənasız səs qəlibləri vardır. Əvvəl pıçıltı tərzində olan səslər get-gedə qüvvətlənərək normal səs tonu qədər qüvvətli hala gələr.
Təbii lunatiklikdə, ekstaz (vəcd) halında, mistik müamilədə, bəzi ruhi böhran hallarında, özbaşına olaraq ortaya çıxan durueşidi hadisələri vardır. Telepatiyadan fərqlidir. Telepatiyada alınan təsir, hissi ifadələr halında ortaya çıxar, durueşidi isə belə bir vəziyyət yoxdur, beynin içində bilinən səs kimi səs eşidilər və tərəddüdə yer qalmaz. Sanki beyin içinə yerləşdirilmiş bir telefon alıcısı varmış kimidir. | |
|