Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Gizli sənədlər; CONDON HESABATI

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Gizli sənədlər; CONDON HESABATI Empty
PostSubject: Gizli sənədlər; CONDON HESABATI   Gizli sənədlər; CONDON HESABATI Icon_minitimeSat Sep 20, 2008 3:15 pm

[You must be registered and logged in to see this image.]

Hava Hadisələri Milli Araşdırma Komitəsindən Polkovnik Donald Keyhoe və digərləri, Hava qüvvələrinin UFOlərlə əlaqədar gerçəkləri örtbas etdiyini və xalqdan gizlədiyini eşitdirməyə başlayınca, UFO müzakirələrini izləyən insanlar üçün yalnız iki ehtimal qaldı: Blue Book araşdırmaçıları ya çox ağıllı deyildilər və tənbəl idilər, ya da hökumətin gizlədiyi bir şeylər vardı.

Gerçək uzaqda deyildi. Blue Book, "X-sənədlər" sayağı təbiətinə baxmayaraq, əslində xalqla əlaqələr masasından fərqli bir şey deyildi. Proyekt bir çox dəfə bir səlahiyyətli, bir neçə çavuş və bəzi sekretarlar tərəfindən idarə edilməkdə idi. Dayton, Ohiodakı Wright-Peterson Hava aerodromunda olan Blue Book qərargahına uzaq yerlərdən bildirilən hesabatları araşdırmaları üçün bəzən yerli hava aerodromlarından araşdırmaçılar axtarılardı, lakin proyekt qurumu tərəfindən vəzifələndirilmiş böyük bir agent ordusu olmamaqda idi. Bu cür detallı bir əməliyyat etmək üçün nə rəsmi bir cəhd edilmiş, nə də büdcə ayrılmışdı. Əgər Blue Bookun vəzifəsi sona çatdısa, bu, gerçəyi saxlamaq üçün gizli bir gündəm meydana gətirilməsindən deyil, zaman, qaynaq, təşəbbüs və ekspertlik əksikliyindən qaynaqlanırdı.

1952-1957 illəri arasındakı təlaşlı dövr, 1958-dən 1964-ə qədər yerini UFO hadisələrinin nadir olaraq bildirildiyi sakin bir dövrə buraxdı. Bu vəziyyət uzun sürməyəcəkdi. 1965-67 arasındakı 2 illik müddət boyunca olduqca çox sayda UFO müşahidəsi hesabat edilməyə başladı. Seçicilərinə qarşı hər vaxt məsul görünməyə çalışan siyasətçilər, Blue Bookun hadisələr qarşısında qeyri-kafi qaldığını söyləyərək UFO hesabatlarının daha detallı olaraq araşdırılmasını istəyirdilər. Bu mövzuda ən çox təzyiq, 1966-da böyük bir UFO dalğası yaşayan Michiganda çıxan və sonradan ABŞ Başçılığına seçilən Nümayəndələr palatası üzvü Gerald Forddan gəlməkdə idi. Məclis, UFOlar haqqında iş görəcək bir universitetə verilmək üzrə 525.000 dollar kimi əhəmiyyətli bir büdcə ayırdı. Harvard, MIT, Şimali Carolina Universiteti və California Universiteti kimi bir çox böyük təşkilatla təmasa keçildi, lakin heç biri bu proyektə girişməyi qəbul etmədi. Sonunda Colorado Universiteti vəzifəni qəbul etdi və Fizik Dr. Edward U. Condon liderliyində UFO mövzulu yeni bir iş başladıldı.

Universitet tərəfindən hazırlanan və CONDON HESABATI olaraq da xatırlanan hesabat 1968-ci ildə tamamlandı. Hesabatda bəzi açıqlana bilməyən hadisələrdən bəhs edilməsinə baxmayaraq, gəlinən nəticə 1949-dakı Grudge Proyektindən çox da fərqli deyil. Yəni bütün hadisələr yenə örtbasdır edilirdi...

1)UFO hesabatlarının qiymətləndirilməsi nəticəsində bunların ABŞa istiqamətli bir hədə meydana gətirmədiyi görüldü.

2)UFO hesabatları aşağıdakıların bir nəticəsidir:

a)Yüngül bir toplu histeri halı ya da "döyüş siniri"
b)Xalqı aldatmaq üçün biriləri tərəfindən uydurulmuş hesabatlar.
c)Psixopatoloji problemləri olan insanlar
d)Ənənəvi cisimlərin səhv təyin olunması
Condon Hesabatının açıqlanmasının ardından Blue Book Proyekti sona çatdırıldı. Hava qüvvələrinin bu ən uzun sürən UFO proyektinin sona çatdığı Mart 1969-da bildirildi və eyni ilin dekabr ayında Hava qüvvələri Sekretarı Robert C. Seamans Jr. tərəfindən edilən şərhlə rəsmilik qazandı: "Blue Book Proyektinin davam etdirilməsi nə milli təhlükəsizlik baxımından, nə də elmi baxımdan lazımlı deyil".

Blue Book Proyekti davam etdiyi müddət içində proyekt qurumuna cəmi 12.618 UFO hesabatı bildirilmişdir. Bunları 18%-i (701 hadisə) qeydlərə ‘təyin oluna bilminəyən' olaraq keçmişdir. Bu hadisələrin yarıya yaxını, yalnız, ABŞ tarixindəki ən şiddətli UFO dalğasının yaşandığı 1952-ci ildə bildirilən hesabatlardan meydana gəlməkdədir.

ÖRTBASDIR SİYASƏTİ DAVAM EDİR...

Blue Book sona çatdıqdan sonra Hava qüvvələri özünü UFO mövzusundan sıyırmağa çalışdı. Yaxın keçmişdə nümayiş olunan Hava qüvvələri UFO hesabatında "Blue Book Proyekti sona çatdırıldığından bəri, Hava qüvvələrinin UFO araşdırmalarına yenidən başlamasını tələb edəcək hər hansı bir hadisə olmamışdır" deyilməkdədir. Lakin Pentaqon, mövzuyla əlaqədar şübhələr daşıyan, xalq tərəfindən tez-tez sorğulanmaqda və periodik olaraq UFO müzakirələrinin içinə çəkilməkdədir. Blue Book Proyektinin sona çatdırılmasının üzərindən 30 ildən çox bir zaman keçməsinə baxmayaraq, proyektin ortaya atdığı suallara hələ razıedici cavablar gətirilə bilinməmişdir.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Gizli sənədlər; CONDON HESABATI
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Gizli S?n?dl?r (Majestik S?n?di) 1
» Gizli S?n?dl?r (Majestik S?n?di) 2
» "Gizli simvollar" silsil?sind?n. Nasizm simvollar?

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsixologiya platformu :: Yazılar & sənədlər-
Jump to: