ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Astral səyahətə hər kəs çıxa bilərmi. Sun Oct 19, 2008 2:36 pm | |
| Bəli... Xüsusi metodlarla bu qabiliyyətimizdən faydalana bilməmiz mümkündür. Ancaq bezmədən, usanmadan, böyük bir səbrlə üstündə çalışılması gərəkdir. İlk sınaqlarında bu təcrübəni yaşaya bilənlər olmuşsa da, ümumiyyətlə uzun müddət üstündə çalışılması lazımdır. Bu işdə müvəffəqiyyət əldə edib edə bilməməniz tamamilə sizə bağlıdır. Xüsusilə təcrübə öncəsi yerinə yetirməniz lazım olan şərtləri tam mənasıyla yerinə yetirə bilsəniz, müvəffəqiyyətsizliyə uğrama şansınız olduqca azalacaq. Xüsusi üsullarla reallaşdırıla bilməkdə olan Astral Səyahət, heç bir iş görmədən bəzən özbaşına da yaşana bilər. Dünya üzərində bir çox insanın başından belə bir təcrübə keçmişdir. Özbaşına meydana gələn hadisələrdə, ümumiyyətlə, bu ayrılma yuxu əsnasında reallaşar. Yatmaqda olduğu bir sırada özünü bədəninin xaricində, hətta bədənini yuxarıdan seyr etməkdə olduqlarını görən insanların sayı bir xeyli çoxdur. Bu cür bir hadisə ilə qarşılaşan bəzi insanlar, bu mövzuda kafi məlumata sahib deyilsə, özündə prixoloji balanssızlıqların başladığı narahatlığına qapılaraq, bu hadisədən heç kimə danışmama yolunu seçməkdədirlər. Halbuki bu, hər hansı bir narahatlıq əlaməti deyil, parapsixoloji bir qabiliyyətimizin özbaşına ortaya çıxmasıyla meydana gələn bir təcrübədir. | |
|