HomeHome  RegisterRegister  Log inLog in  

Share
 

 Durugörüyə başlayırıq.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Durugörüyə başlayırıq. Empty
PostSubject: Durugörüyə başlayırıq.   Durugörüyə başlayırıq. Icon_minitimeMon Oct 27, 2008 8:31 pm

Durugörü işlərinin imtina edilməz ünsürlərindən biri, heç şübhəsiz ki, kristal kürələrdir... Çox keçmiş çağlardan günümüz parapsixologiya laboratoriyalarına qədər durugörü işlərində həmişə kristal kürələr birinci sıranı almışlar.

Kristal bir kürəyə sahibsinizsə, onu istifadə etmədiyiniz zamanlar qara bir məxmərə bükərək bağlı bir qutu içində və qaranlıq bir yerdə saxlamanızı təklif edirik. Sizdən başqa heç kimin onunla iş görməsinə icazə verməyin və heç kimi ona toxundurmayın. Bütün bu tədbirlər, yalnız sizin təsirlərinizin onun üstünə keçməsini təmin etmək üçündür...

Kristal kürənin bu cür tədbirlərin səbəbi, durugörü işlərində çox gözəl nəticə almanız üçündür. Ancaq gerçək bir kristal kürənin xərci yüksək olduğu üçün onun yerinə qum diski, qara güzgü, içi su və ya qara mürəkkəb dolu bir kasa, ortasında qara boyayla boyanmış bir dairə olan bir qədər ağ karton, şüşədən ya da plastikdən düzəllmiş kürələr və bənzəri başqa vasitələr də istifadə edilməkdədir. Hətta əllərinin baş barmağının dırnağını istifadə edən durugörü kahinləri də vardır...

Kristal kürədən sonra durugörü işlərində istifadə edə biləcəyiniz ən yaxşı objelerden biri qum diskidir. Siz də öz qum diskinizi evinizdə özünüz edə bilərsiniz.

Qum diski etmək üçün 17x17 sm kvadrat ölçülərində möhkəm ağ bir karton alın və mərkəzindən 12sm diametrində bir dairə çəkin. Dairənin içinə bir az yapışdırıcı sürün və yapışdırıcı qurumadan üzərinə incə dəniz qumu səpin. Quruduqdan sonra qum diskiniz hazır deməkdir. Bəzi araşdırmaçı və təcrübəçilər, qum diskinin heç əksolunma etməməsindən ötəri kristal kürədən belə daha çox üstün tutmaqdadırlar.

Durugörü təcrübələrinizdə hansı obyekti istəsəniz istifadə edin, mütləq hamısını qara bir məxmərin üzərinə qoyaraq işlərə başlayın...

İş Əvvəlinə Hazırlıq
İlk məşqlərinizə qum diskiylə başlaya bilərsiniz. Bunun üçün əvvəl özünüzə bir qum diski edin və onu kimsənin bilməyəcəyi bir yerdə saxlayın...

Durugörü işlərində arzu edilən müvəffəqiyyətə çatmaq üçün, uzun və nizamlı çalışmaq lazımdır. Bu səbri göstərə bilməyəcəksinizsə heç başlamayın... Unutmayın ki, kristal kürənizin, ya da qum diskinizin başında oturar-oturmaz keçmiş, ya da gələcəkdən imiclər görməyə başlaya bilməyəcəksiniz və yenə unutmamalısınız ki, bu addım-addım irəliləyə biləcəyiniz xeyli uzun bir müddətdir. Əvvəl sadə və nə anlama gəldiyi müəyyən olmayan bəzi imiclər görəcəksiniz...

Sadə durugörü, məkan içində durugörü və zaman içində durugörü addım-addım irəliləniləcək bir müddətdir. Bu müddətin hansı mərhələsinə qədər irəliləyə biləcəyinizi əvvəldən təyin edə bilmək mümkün deyil.

Bu uzun müddət üçün özünüzü hazırlayın... Durugörü işlərinə başlamadan əvvəl fiziki, ruhi və mənəvi boşalma tətbiqlərini çox yaxşı etməniz şərtdir.

İşinizdə konsentrasiyanızı artırıcı köməkçi funksiyalardan da faydalana bilərsiniz. Məsələn; yalnız işləriniz əsnasında istifadə edəcəyiniz xüsusi qoxulu bir tütsü konsentrasiyanızı və işinizlə əlaqədar zehni fəaliyyətinizi müəyyən bir nöqtədə tuta bilmənizə köməkçi bir faktor olaraq sizə müsbət təsirlər edə bilər.

Başlamadan əvvəl ilıq bir duş alın.
İşləriniz əsnasında mütləq yeni yuyulmuş, təmiz paltarlar geyinin. Əgər mümkünsə, yalnız bu işiniz əsnasında geydiyiniz xüsusi bir paltar da seçə bilərsiniz.
İşinizi, əgər şərtləriniz uyğundursa, həmişə eyni otaqda və mütləq tək olduqda reallaşdırın.
İşlərinizi gün işığının perpendikulyar girdiyi bir otaqda etməyin. Gecələri işinizi daha rahat edə bilərsiniz. Otağınızın işığını söndürün və yalnız mavi bir işıq, arxanızda olmaq şərtiylə yanılı tutulmalıdır. İşlərdəki müvəffəqiyyətiniz artdıqca işığı artıra bilərsiniz.

İş öncəsi çox yeməkdən qaçın.
İç sükunətinizi mütləq qoruyun. Həyəcanlanmadan, özünüzü heç bir şəkildə məcbur etmədən, qüsursuz işə başlamaq üçün özünüzü zehnən hazırlayın.
Bəli... Artıq hazırsınız...

Praktik Tətbiqlərə Giriş
Obyektinizi, altında qara bir məxmər olmaq şərtiylə masanızın üzərinə qoyun. Rahat oturacağınız bir kürsü, ya da kreslo alın və obyektinizin qarşısına keçib oturun.

Daha əvvəlki dərslərdən yatdığınız yerdən boşalmağa alışmışdınız, ancaq indi oturduğunuz yerdən dərin boşalmağa (trans halına keçid) keçməyi bacarmalısınız. Bunu bir neçə sınaqdan sonra rahatlıqla edə bilərsiniz.

Dərin boşalmağa başlayın. Boşalma halını (yarımtrans; yuxu və oyanıqlıq arasında bir vəziyyəti) təmin etdikdən sonra yavaş-yavaş gözlərinizi açın. Heç hərəkət etməyin... Seçdiyiniz obyekdə (kürə, qum diski və s.) baxmağa başlayın... Yalnız ona baxın... Boşalma halı içində düşüncələrinizdən təmizlənmiş halda baxın ona... Boşalma halına keçə bilmək üçün nəfəs alma məşqlərini etmişdiniz, ancaq indi gözləriniz açıq boşalma halında olduğunuz bu yeni vəziyyətə özünüzü uyğunlaşdırmanız lazımdır.

Diafraqmanızı istifadə edərək ciyərlərinizin hamısıyla burnunuzdan yavaş-yavaş dərin bir nəfəs alın və ağızınızdan nəfəsinizi verin... Bunu ən az 7 dəfə təkrarlayın. Hər nəfəs alış-verişdə bütün diqqətinizi başınızın üstünə yönəldin. Başınıza konsentrə olun və yanaqlarınızı, göz əzələlərinizi, alınınızı tamamilə boşaldın...

Gözlərinizi obyektinizdən ayırmadan, ona baxmağa davam edin. Əgər kristal kürəylə işləyirsinizsə, kürənin xarici səthinə deyil, tam ortasına baxışlarınızı yönəldin...

Normal nəfəs alış tempinizə döndükdən sonra çox rahat və sakit bir şəkildə obyektinizə konsentrə olun. Özünüzü sıxmamağa diqqət edin. Özünüzü sərbəst buraxın.

Bu andan etibarən, durugörü qabiliyyətinizin ortaya çıxmasına uyğun bir mühitin içində olduğunuzu bilin. Bax tam o anda daha əvvəl təyin etdiyiniz bir açar sözcüyü üç dəfə təkrarlayaraq, kürənizin içində, ya da qum diskinizdə meydana gəlməyə başlayacaq imicləri gözləməyə başlayın. Bu açar söz işləriniz irəlilədikcə şüuraltınıza post hipnotik bir təlqin edəcəyi üçün, müəyyən bir müddət sonra bu sözcüyü söyləyər söyləməz, imiclər özbaşına meydana çıxmağa başlayacaq. Bu sözcüyün faydasını işləriniz irəlilədikcə daha çox görəcəksiniz. Bu açar söz: "Durugörüm işə başlayır..." kimi bir cümlə də ola bilər...

Bir müddət sonra baxışlarınızı istiqamətləndirdiyiniz obyektiniz fülulaşarak gözünüzün qarşısından silinib itəcək, sonra yenidən bütün dəqiqliyiylə ortaya çıxacaq. Bu vəziyyət bir neçə dəfə yaşana bilər. Bu sırada alınınızın ətrafında sanki möhkəm bir bant varmışcasına bir duyğuya qapıla bilərsiniz. Ayrıca iki qaşınığın birləşdiyi nöqtə ilə burun kökünüzün alınınızla birləşdiyi hissələrdə qıdıqlanmağa bənzər bir qaşındı hissi də duya bilərsiniz...

Obyektinizin gözünüzün qarşısından itib yenidən meydana çıxması, göz gilələrinin diqqətini müəyyən bir nöqtəyə toplamasına nəzarət edən əzələlərin idarəetməs sistemi səbəbindəndir.

İlk sınaqlarınızda yaşadıqlarınız bunlardan ibarətsə, heç bir imic görə bilmirəm deyə cəsarətsizliyə qapılmayın. Unutmayın ki, Moskva bir gündə tikilməyib...

Əgər səbr göstərsəniz, işləriniz irəlilədikcə digər əlamətlər də ortaya çıxacaq. Məsələn, baxdığınız obyektiniz yavaş-yavaş boz bir sis təbəqəsiylə örtülməyə başlaya bilər.... Qeyd etdiyimiz buludlanma hadisəsi yaxşıca sıxlaşaraq bütün obyektini örtəcək... Sonra bu sis və bulud təbəqəsi dağılmağa və kiçik buludlar halında fırlanmağa başlayacaq. Bu vaxt parlaq işıqlar və qığılcımlar da obyektinizdə görünməyə başlaya bilər.

Bu inkişaflar qarşısında həyəcanlanaraq diqqətinizi dağıtmayın və konsentrasiyanızı pozmayın. Əgər bunu bacara bilər və zehininizi sakit tutmağı davam etdirə bilsəniz, bu vəziyyətdə obyektinizin üzərindəki görünüşlər artacaq. Parlaq rəngli mənzərələrin hissə-hissə görünüşləri; ciddi, ya da şən insan üzləri, ağaclar, evlər kimi çox müxtəlif görünüşlər meydana çıxmağa başlaya bilər. İlk başlarda bu görünüşlərin uzun müddət qala bilmədiklərinə şahid olacaqsınız. Bu görünüşlər, yuxuya giriş və yuxudan oyanış əsnasında görülən yuxu əvvəli imiclərin bənzəridir. İndi bunları siz oyanıq bir zehinlə görməkdəsiniz...

Bu mərhələyə qədər gələ bildinizsə əhəmiyyətli bir məsafə qət etdiniz deməkdir. Sizdə artıq durugörünün, "sadə durugörü" deyilən mərhələsinin işə başladığını söyləyə bilərik. Zehininizi sakit və boşalmış tutaraq obyektinizə konsentrə olmanın ustalığını təcrübələrinizlə şəxsən özünüz, hər keçən gün bir az daha aydın görəcəksiniz. Bu ilk başda sizə olduqca çətin görünürdü... Buna baxmayaraq yenə də zaman-zaman bənzər problemlərlə qarşılaşa bilərsiniz. Bəzən görünüşləriniz bir anlıq həyəcanlanmanızdan ötəri kəsilməyə davam edə bilər. Ya da bir gün əvvəl rahatlıqla bəzi imiclər görərkən, bir gün sonra heç bir şey görməyə bilərsiniz. Bu, o günki biyoritmlərinizdən, fiziki, ya da prixoloji vəziyyətinizdən qaynaqlana bilər. Ancaq təcrübəniz artdıqca bu istənməyən vəziyyətlərlə daha asan mübarizə edə biləcəksiniz...

Burayaqədərki işləriniz əsnasında gördüyünüz imiclərin sizə hər hansı bir məlumat, ya da mesaj verib-vermədiyini təhlil etmənizi sizdən istəmirik. Bu səbəblə, siz də bu mərhələyə qədər edəcəyiniz təcrübi işlərinizdə gördüyünüz imiclərin nə anlama gəldiyi üzərində dayanmayın. İlk başda sizdən istənən sadə durugörü qabiliyyətinizi ortaya çıxartmaqdır. Məkan içində durugörü və zaman içində durugörü mərhələlərinə keçməniz üçün etməniz lazım olan başqa işlər və almanız gərəkən bir sıra tədbirlər vardır.

Qeyd; Sonrakı yazılarda bunları da sizlərə təqdim etməyə çalışacağıq, amma, hələlik, bu qədər. Sual və təkliflərinizi gözləyirik.

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
mc_joker



İsmarıc sayı : 8
Şəhər/Ölkə : Bakı/Azərbaycan
Qeydiyyat tarixi : 2008-12-26

Durugörüyə başlayırıq. Empty
PostSubject: Re: Durugörüyə başlayırıq.   Durugörüyə başlayırıq. Icon_minitimeFri Dec 26, 2008 8:19 pm

bes acar soz nece olmalidir?tutalim mren gorurem sonra ise istedim bu gorduklerim yox olsun hansi sozden istifade ederek dayandira bilerek gorduklerimi (hemin an ucun) ve ya nece?
Back to top Go down
 
Durugörüyə başlayırıq.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Durugörü-
Jump to: