HomeHome  RegisterRegister  Log inLog in  

 

 Hər Ruh Halı Özünə Xas bir Enerji Yayar

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Hər Ruh Halı Özünə Xas bir Enerji Yayar Empty
PostSubject: Hər Ruh Halı Özünə Xas bir Enerji Yayar   Hər Ruh Halı Özünə Xas bir Enerji Yayar Icon_minitimeThu Jul 30, 2009 6:03 pm

Hər birimiz gün ərzində romantik olaraq haldan hala keçərik. Heç birimizdə duyğu və düşüncə yayımlarını idarə altında tuta bilmə bacarığı inkişaf etməmişdir. Duyğu və düşüncələrini çox xüsusi insanlar, məsələn uzun illər nizamlı yoqa təhsili almış kəslər və s. idarə altında tuta bilər. Belə bir ruhi təhsil almamışıqsa, təbii hesab etdiyimiz hər təsirə avtomatik olaraq reaksiya verərik.
Xaricimizdən gələn müxtəlif xəbərvericilərə qarşı bir filtr sistemi, yəni qorunma sistemi inkişaf etdirmədiksək avtomatik reaksiyalarla yaşayar gedərik. İdarə bizdə deyil. Xarici təsirlərə görə haldan hala keçər, çox zaman boşu-boşuna enerji xərcləyib halsız düşərik. Enerji axımları davamlı olmağa başlar və yenilənə bilməzsə nələr ola bilər?
-Enerji sahəsində zəifləmə, aurada zədələnmə
-Halsızlıq, yorğunluq, əldən düşmə və tez-tez xəstələnmə
-Əsəbilik, tez coşma, hirslənmə, təcavüzkar meyllər
-Məmnuniyyətsizlik, həyat sevincində matlaşma, depresif əlamətlər.
Bütün bunlar insanın gərək fiziki, gərəksə zehni və psixoloji istiqamətdən həyat keyfiyyətinə mənfi təsir edər.
Hirsli və təcavüzkar insanlardan ox kimi atılan enerjilər təsir etdiyi aura vasitəsilə digər insanın da hirslənməsinə və ya təcavüzkarlaşmasına səbəb olar. Bu vəziyyət qrup dinamiklərində çox rahat müşahidə edilər. Qrupdakı bir adamın yaşadığı gərginlik qısa müddət sonra qrupun digər üzvlərində də bənzər ruh hallarına yol açar.
Tam tərsinə, qurucu, sevgi dolu birinin varlığı və ya danışmağa başlaması, çox xoşbəxt birinin gülümsəyərək ortalıqda gəzməsi qrupun halətinə müsbət istiqamətdə təsir edər. Bu səbəblə içində olduğumuz hallara diqqət yetirmək həm öz sağlamlığımız, həm də ətrafımızdakı insanların sağlamlığı üçün bir məsuliyyətdir.

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Hər Ruh Halı Özünə Xas bir Enerji Yayar
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Parapsixologiya haqqında hər şey-
Jump to: