Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Gizli Sənədlər (Majestik Sənədi) 1

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Gizli Sənədlər (Majestik Sənədi) 1 Empty
PostSubject: Gizli Sənədlər (Majestik Sənədi) 1   Gizli Sənədlər (Majestik Sənədi) 1 Icon_minitimeSat Sep 20, 2008 1:51 pm

[You must be registered and logged in to see this image.]

MAJESTIC 12 SƏNƏDİ - 1
Səhifə 1/1
Bu sənəddə yer alan məlumatlar ÇOX GİZLİ olaraq təsnif edilmişdir və yalnız məlumat qaynağı tərəfindən yayımlana bilər. Yalnız MJ12, Aquarius Proyekti haqqındakı məlumatlara çatma haqqına malikdir. Onun xaricində Ordu da daxil olmaq üzrə heç bir hökumət qurumunun bu brifingdə yer alan məlumatlardan istifadə ermək və yararlanmaq haqqı olmamaqdadır. Aquarius Proyekti haqqındakı məlumatların yalnız iki surəti və proyektin tətbiq olunduğu yer yalnız MJ12 tərəfindən bilinməkdədir. Bu sənəd brifingdən sonra yox ediləcək.

Səhifə 1/9 (TS/ORCON) (PAROL: rəqs)Aquarius Proyekti, ABŞın təyin oluna bilməyən uçan cisimlər (UFO) və təyin oluna bilən dünya-xarici vasitələr (IAC) haqqında davam etdirdiyi istintaqın başından etibarən toplanan 16 cildlik sənədləşdirilmiş məlumatı ehtiva etməkdədir. Proyekt qurumu 1953-cü ildə, prezident Eisenhowerin əmriylə, Milli Təhlükəsizlik Şurası (NSC) və Majestic 12 (MJ12)ın yoxlaması altında qurulmuşdur. 1966-cı ildə proyektin adı Gleemdən Aquariusa çevirilmişdir. Proyektin maliyyəsi CIAin gizli fondlarından təmin edilmişdir. Proyekt ilk başda GİZLİ olaraq təsnif edilmiş, dekabrın 1969-da Blue Book Proyektinə son verilməsinin ardından da bu ankı gizlilik sinifinə alınmışdır. Aquarius Proyektinin məqsədi UFO/IAC müşahidələri və yadplanetli həyat formalarıyla təmas haqqında bütün elmi, texnoloji, tibbi məlumatı və kəşfiyyat məlumatlarını yığmaq idi. Toplanan bu məlumatlar ABŞ Kosmos Proqramını inkişaf etdirmək məqsədiylə istifadə edilmişdir.

Aşağıda təqdim edilən brifinq, ABŞ Hökumətinin hava hadisələri, ələ keçərilən kosmos vasitələri və dünya-xarici həyat formalarıyla təmas mövzulu araşdırmasına bağlı rəsmi bir qeyddir.

MAJESTIC 12 SƏNƏDİ - 2
Səhifə 2/9

İyun 1947-də Vaşinqton əyalətindəki Cascade dağları üzərində uçan vətəndaş bir pilot havada daha sonra UFO olaraq adlandırılacaq olan 9 uçan disk müşahidə etdi. Dövrün Hava qüvvələri Texniki Kəşfiyyat Mərkəzi Komandiri dərhal mövzuyla əlaqədar bir istintaq başladılmasını əmr etdi və ABŞın UFO araşdırmaları rəsmi olaraq başladı. 1947-ci ildə dünya-xarici qaynaqlı bir uçan vasitə New Mexiko səhrasına düşdü. Obyekt Ordu tərəfindən tapıldı və dağıntıda dörd yadplanetli bədəni ələ keçərildi. Bu yadplanetlilərin insanlara bənzəməyən varlıqlar olduğu təsbit edildi.

1949-cu ilin sonlarına doğru, bir başqa yadplanetli vasitəsi daha ABŞa düşdü və Ordu tərəfindən ələ keçərildi. Vasitənin yadplanetli heyətindən biri qəzadan xilas olmuşdu. Xilas olan yadplanetli kişi idi və özünə dünya-xarici bioloji varlıq mənasına gələn MAMA adını verməkdə idi. Yadplanetli, New Mexikodakı əsgəri kəşfiyyat personalı tərəfindən vasvasılıqla sorğulandı və istifadə etdiyi dil şəkilli qrafiklər yoluyla tərcümə edildi. Edilən sorğulama nəticəsində yadplanetlinin Dünyadan təxminən 40 işıq ili uzaqlıqdakı Zeta Reticuli ulduz sistemindəki bir planetdən gəldiyi öyrənildi. 1952-ci ilə qədər həyatda qalan MAMA, 18 İyun 1952də açıqlana bilməyən bir xəstəlik səbəbiylə öldü. MAMA, yaşadığı müddət boyunca kosmos texnologiyası, Kainatın başlanğıcı və dünya-xarici mövzular haqqında çox qiymətli məlumatlar verdi.

MAJESTIC 12 SƏNƏDİ - 3
Səhifə 3/9

Kosmos vasitələrinin ələ keçərilməsi, ABŞın, yadplanetlilərin ölkə təhlükəsizliyinə bilavasitə bir hədə meydana gətirib gətirmədiklərini təyin etmək məqsədiylə sıx bir araşdırma başlatmasına səbəb oldu. 1947-ci ildə Hava qüvvələri UFO hadisələrini araşdırmaq üçün bir proqram icra etməyə başladı. Proqram üç fərqli kod adı altında icra edilməkdə idi: Grudge, Sign və ən son olaraq Blue Book. Hava qüvvələri proqramının məqsədi UFOlarla əlaqədar bütün müşahidələr və hadisələr haqqında məlumat yığmaq və araşdırmaq və hadisələrin ABŞın təhlükəsizliyiylə əlaqədar bir problem yaradıb yaratmadığına qərar vermək idi… Aquarius Proyekti altında toplanan hesabatlar, gerçək kosmos vasitəsi müşahidələri və yadplanetli varlıqlarla gerçək təmas hadisələri olaraq qəbul edilməkdə idi. Hadisələrin çoxu etibarlı əsgəri vəzifəlilər və sivil müdafiə personalı tərəfindən aktlaşdırıldı.

MAJESTIC 12 SƏNƏDİ - 4
Səhifə 4/9

ABŞ, 1958-ci ildə Utah səhrasında üçüncü bir kosmos vasitəsi ələ keçirdi. Vasitə uçuş baxımından mükəmməl vəziyyətdə idi. Vasitənin yadplanetlilər tərəfindən bilinməyən bir səbəbdən ötəri tərk edildiyi açıqca görülməkdə idi, çünki vasitənin nə içində nə də ətrafında heç bir dünya-xarici həyat formasına rast gəlinməmişdi. ABŞlı elm adamları vasitənin bir texnologiya möcüzəsi olduğunu düşünməkdə idilər. Vasitə, çox etibarlı bir yerdə mühafizə edildi və burada qaldığı illər müddətində ən yaxşı kosmos alimlər tərəfindən araşdırıldı. ABŞ ələ keçərilən bu yadplanetli vasitəsi sayəsində çox geniş əhatəli texnoloji məlumatlar əldə etdi.

MAJESTIC 12 SƏNƏDİ - 5
Səhifə 5/9

Blue Book Proyekti dövründə, Hava qüvvələri və CIAnın tələbi üzərinə bir-birindən müstəqil bir çox elmi araşdırma icra edildi. Lakin 1966-cı ildə MJ12, Hava qüvvələrinin UFO araşdırmalarını rəsmi olaraq sona çatdırmasına qərar verdi. Bunun iki səbəbi vardı.

Birincisi, ABŞ yadplanetlilərlə ünsiyyət qurmuş və yadplanetlilərin dünyadakı araşdırmalarının təcavüzkarcasına, ya da düşməncəsinə olmadığı qənaətinə varmışdı. Ayrıca, yadplanetlilərin varlığının ABŞın təhlükəsizliyinə qarşı bilavasitə bir hədə meydana gətirmədiyinə qərar verilmişdi.

Araşdırmaların sona çatdırılmasının ikinci səbəbi isə, xalqın UFOların gerçək olduğuna inanmağa başlaması idi. NSC bu hissin ölkə daxilində bir çaxnaşma yaratmasından narahat olurdu. Söz mövzusu dövrdə ABŞ çox həssas proyektlər icra etməkdə idi və xalqın bu proyektlərdən xəbərdar olmasının ABŞ Kosmos Proqramının gələcəyini təhlükəyə ata biləcəyi düşünülürdü. MJ12, xalqın marağını söndürmək üçün UFO hadisələri haqqında müstəqil bir elmi işin edilməsini qərarlaşdırdı. İş nəticəsində UFOların milli təhlükəsizliyi hədələdiyi yolunda kafi dəlil olmadığına qərar verildi. Bu nəticə Hökumət üçün kafi idi; Hava qüvvələri UFO araşdırmalarını xalqa rəsmi olaraq dayandırdığını bildirdi, amma pərdə arxası araşdırmalar bütün sürətiylə davam etməkdə idi..
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Gizli Sənədlər (Majestik Sənədi) 1
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Gizli S?n?dl?r (Majestik S?n?di) 2
» Gizli s?n?dl?r; CONDON HESABATI
» "Gizli simvollar" silsil?sind?n. Nasizm simvollar?

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsixologiya platformu :: Yazılar & sənədlər-
Jump to: