Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Quranda elmi həqiqətlər

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Quranda elmi həqiqətlər Empty
PostSubject: Quranda elmi həqiqətlər   Quranda elmi həqiqətlər Icon_minitimeSat Jul 04, 2009 8:09 pm

Qurandakı elmi möcüzələr İlahi vəhy nurundan sızan bir damcıdır. Elə başa düşülməsin ki, Quranın əsas məqsədi bu cür elmi möcüzələri açıqlamaqdan ibarətdir. Xeyr! Hamıya məlumdur ki, Qurani-Kərimin ilk məramı hidayətdir. Onun əsl məqsədi səadət və xoşbəxtliyin ən uca zirvəsinə yetişmək üçün insanların həyat gedişatını istiqamətləndirməkdir. Buna görə də Qurani-Kərimdə digər məsələlər kimi elmi məsələlərlə də rastalışırıqsa, bu, Quranın İlahi elm çeşməsindən qaynaqlandığını sübut edir. Furqan surəsinin 6-cı ayəsində buyurulur: «(Ya Muhəmməd!) De: Onu (Quranı) göylərin və yerin sirrini bilən (Allah) nazil etmişdir.»


Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Zahiri əsrarəngiz və gözəl olan Quranın batini dərinliyi də nəhayətsiz və dibsizdir.Onun ulduzları və ulduzlarının ulduzları vardır. Onun intihasız qəribəlikləri saya gəlməz və yaraşıqlı zinətləri köhnəlməz. Hidayət çıraqları və hikmət nurları ondadır." ("Üsuli-kafi", "fəzli-Quran" bölümü.)Quranın elmi möcüzələri həddindən artıqdır. Bəzi alimlər Qurani-Kərimdə dörd yüzə qədər elmi möcüzənin olduğunu qeyd etmişlər. Lakin bu yalnız elmin kəşf etdikləridir. Təbii ki, İlahi qüdrətin məhsulu olan Quranda hələ nə qədər kəşf olunmamış möcüzələr vardır. Bir sözlə, demək olar ki, Quran başqa sahələrdə olduğu kimi, elmi möcüzələrlə dolu xəzinədir. Bəşər elmi inkişaf etdikcə, həmin möcüzələrin üstünü örtmüş pərdələr açılacaq, həm elm, həm də insanlar ondan bəhrələnəcəklər. İndi isə onların bir nümunəsinə diqqət yetirək:


Yerin tavanı


Qurani-Kərimin "Ənbiya" surəsinin 32-ci ayəsində buyurulur: «Göyü (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub-saxlanılan bir tavan etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdət və qüdrətimizi sübut edən dəlillərdən) üz döndərirlər.»Ayədəki incəliklər:



1. "Səma" Quranda müxtəlif mənalarda işlənmişdir. Bu ayədə isə yer kürəsinin ətraf fəzası (yer kürəsinin əhatə etmiş qalın hava qatlaрı, elmi dildə desək, atmosfer qatları) mənasındadır.




2. Yer kürəsinin tavanı vardır. Başqa sözlə, səma (atmosfer qatları) yerin tavanı hesab olunur. Burada yerin ətrafındakı hava qatlarına nə üçün "tavan" deyilməsini araşdıracağıq.




3. Yerin tavanı qorunur, yəni korlanıb sıradan çıxmır. Məlumdur ki, atmosferlə hər gün milyonlarla cism toqquşur. (Hər gün yer səthinə doğru minlyonlarla meteoridlər axır. Atmosfer isə yeri onların dağıdıcı təsirindən qoruyur.) Lakin bu toqquşmalar nəticəsində atmosferə heç bir zərər dəymir və atmosfer yad cisimlərin yerə təsirinin qarşısını alır. (Qurani-Kərimdə buyurulur ki, yerin ətrafındakı hava qatları qoruyucudur. Lakin insanın fəaliyyətləri onları poza bilər. Qeyd etmək lazımdır ki, atmosferin stratosfer qatındakı ozon təbəqəsi qeyri-normal insan fəaliyyətlərinin təsiri nəticəsində naziкləşir. Bu da yerin canlılar aləminə böyük ziyan vurur. Əgər insanlar bəzi zərər verici qazlardan istifadə etməsə, ozon təbəqəsi öz təbii qalınlığını yenidən əldə edəcək.)




4. Bəzi insanlar yaradılışa və Allahın qüdrətilə onun vücuda gəlməsinin hikmətinə diqqət yetirmir, hətta ondan üz döndərirlər. Yəni bəziləri yerin tavanının ərsəyə gəlməsinin hikmətini və mövcudların həyatında onun rolunu bilsələr də, onu bu şəkildə var edən hikmətli xaliqi inkar edirlər.



Ayədəki möcüzənin şərhi:


Hər bir evin tavanı bir neçə faydaya malikdir:



1. Evin tavanı başqa şeylərin evə daxil olmasının qarşısını alır. Məsələn, əgər bir daş evin üstünə düşərsə, onun damı daşın içəri düşməsinə mane olur. (Yağış, qar, günəş şüalarının qarşısını alır.)




2. Evin tavanı içəridə olan temperaturu qoruyur və evin içindəki enerji və istiliyin bayıra çıxmasına mane olur və nəticədə tavan evin içərisindəki hərarətin sabitliyinə səbəb olur.


3. Səs dalğalarının çoxunun evdən bayıra çıxmasına mane olur.




4. Qeyd olunanlar evin damına aiddir. İndi isə görək, asiman, daha dəqiq desək, yerin ətrafındakı hava qatlarının (atmosfer) evin damına nə oxşarlığı vardır? Yeri hər tərəfdən qalın hava qatları əhatə edir. Hava qatları yerin səthindən yuxarıya doğru 100 kilometrlərlə uzanır. Bu hava qatları bir çox qazların qarışığından təşkil olunmuşdur. Bunlardan azot, oksigen, arqon, karbon, su buxarı və başqalarını göstərmək olar. (Bizi əhatə edən hava əsasən, iki qazın qarışığından 78/03% azot (nitrogen) və 20/99% oksigendən ibarətdir.)Bəli, həmin hava qatları böyük həcmli qalıнлığa malik olmaqla yanaşı, yer kürəsini qoruyan möhkəm bir tavana bənzəyir. Hər gün milyonlarla göy cisimləri (meteoridlər) yer səthinə doğru gəlir. Onlar yer sakinləri üçün böyük fəlakətlər yarada bilər. Lakin qalın hava qatları (atmosfer) yeri onların dağıdıcı təsirlərindən qoruyur. Bu da insanlar üçün təhlükəsiz həyat sürməyə imkan yaradır.





Asiman möhkəm tavandır




Burada səmanın möhkəm bir sədd olması haqqında təbii elmlərlə məşğul olan bir neçə alimin nəzərləri ilə tanış olaq:




Biofizik Frank Alen belə yazır:




"Yerin səthində qazlar çox qalın qatlardan ibarətdir. Bu da hər gün atmosferə hər saniyədə 50 km sürətlə daxil olan milyonlarla göy cisimlərinin, eyni zamanda onların yer kürəsi üçün yarada bildiyi böyük fəlakətlərin qarşısını alır.



Atmosferin faydalarından biri də bundan ibarətdir ki, yerin səthindəki temperaturun dərəcəsini həyat tərzinə uyğun qoruyub-saxlayır. Həmçinin atmosfer yaşayış üçün ən zəruri olan su və suyun buxarını okeanlardan quruya köçürdür. Əgər belə olmasaydı, bütün qitələr yaşayış üçün heç də sərfəli olmayan quraqlığa çevrilərdi.


Hər gün milyonlarla göy cisimləri (meteoridlər) yer səthinə çatmamış alışıb-yanır və ya buxara çevrilir. Lakin bəzi göy cisimlərinin həcmi və ağırlığı həddindən artıq çox oldugu üçün az hallarda onlardan ayrılmış parçalar hava qatlarından keçib yerə çata bilir. O cümlədən, 1908-ci ildə "sibir" adı ilə məşhur olmuş səma cismi yerin səthinə düşərək 40 km məsafəni əhatə etmiş və böyük fəlakətə səbəb olmuşdur. Həmçinin Amerikada Arizonaya da başqa bir səma cismi düşmüşdür. Onun diametri 1 km və hündürlüyü 200 metrə çatırdı. Meteorid yerə düşərkən böyük bir yarıq yaratmışdır. Səma cisminin partlayışı ilə çoxlu kiçik parçalar ətrafa dağılmış və yerin səthini örtmüşdür." ("Təfsiri-nümunə", c. 13, s. 401.)



Kersi Morisen yazır:




"Hər gün milyonlarla göy cisimləri yer səthinə doğru axır və yerə çatmamış səmada, hava qatlarında partlayaraq alışıb yanır. Lakin hava qatları hazırkı vəziyyətdən daha çox seyrək olsaydı, göy cisimləri yerin səthini dəlik-dəlik edərdi.Göy cisimlərinin sürəti hər saniyədə 6 mildən 40 milə qədər çatır. Buna görə də onlar hər nə ilə toqquşsa, partlayışa və alova səbəb olar. Əgər göy cisimlərinin sürəti, məsələn, güllədən açılan atəş sürəti qədər az olsaydı, onların hamısı yerin səthinə düşər və böyük fəlakət yaradardı. O cümlədən, əgər insanın özü göy cisimlərindən ayrılmış hətta kiçik bir parça ilə üzləşsə, onun doxsan dəfə güllə atəşindən çox sürətlə hərəkət edən hərarəti insanı parça-parça edər.Səmada olan hava qatları qalın olduğu üçün günəşdən yerin səthinə çatan şüaları tənzimləyərək bitkilərin inkişafını təmin edir, zərərli şüaları fəzada məhv edir və faydalı vitaminlər yaradır." ("Təfsiri-nümunə", s. 13, s. 401.)Həmçinin yeri əhatə edən hava qatları bəzi səs dalğalarının çıxışına da mane olur. SW qısa dalğaları, AM dalğalan, FM və başqa səs dalğaları yerin hava qatını ötüb keçə bilmirlər.





Səmadakı xüsusi gözəllik




Quranda bəzi ayələrdə yer kürəsinin ətraf səmasında mövcud olan gözəllik barəsində söz açılmışdır. "Fussilət" surəsinin 12-ci ayəsində buyurulur: «Biz aşağı göyü (dünya səması) qəndillərlə (ulduzlar) bəzədik və onu hifz etdik.»Doğrudan da, yerin səması zinətlənmiş və bəzəkli formada xəlq olunmuşdur. Bu da başımızın üstündəki səmaya xüsusi gözəllik bağışlayır.Yerin ətraf fəzası gündüzlərin gözəlliyinə səbəb olur və onun mavi göyü bütün gözləri heyran qoyur. Gecələr yerin ətrafındakı mülayim nur və parlaq ulduzlar bütün ağılları valeh edir. Bu yalnız yerin səmasında mövcuddur. (Səmanın mənalarından biri olan yerin ətraf fəzasını İmam Sadiqin (ə) hədisində də müşahidə edirik. O həzrət (ə) göyün rəngi haqda Müfəzzələ buyurur: "Ey Müfəzzəl, göyün rəngi barəsində dərindən düşün ki, Allah-təala onu beş mavi rəngdə yaratmışdır. Bu rəng insan gözü üçün ən uyğun rəngdir. Hətta mavi səmaya baxmaq gözün görmə qabiliyyətini gücləndirir.") Əgər yerin ətraf səmasını ötüb daha da yüksəkliklərə getsək, görərik ki, orada gecə-gündüz məfhumu yoxdur, günəş saçsa da, orada hər yer, hər tərəf tam qaranlıqdır. Daha orada nə mavi səma, nə də gecənin mülayim nuru müşahidə olunur.



Yuri Qaqarin deyirdi: "Doğrudan da, təəccüblüdür! Günəş nur saçsa da, səma qaranlıq içində batmışdır."




Son söz




Yerin ətraf fəzasını "qoruyucu tavan" məfhumundan gözəl və bitkin bir sözlə bəyan etmək mümkündürmü?Bəli, Qurani-Kərim bu fəzanı "asiman" adlandırdı. Yerin ətrafındakı hava qatları hifzedici bir tavan kimi həm özü bütün göy cisimlərinin hücumları qarşısında dağılmır, həm də yer kürəsini və onun sakinlərini saysız-hesabsız təhlükələrdən qoruyub-saxlayır. Bu da Аlim və hikmətli Хaliqin varlığını sübut edən böyük bir dəlildir. O, insanların yaşayışı üçün hər bir şərait yaratmışdır. Əgər insan düzgün fikirləşsə!
[You must be registered and logged in to see this link.]
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Quranda elmi həqiqətlər
Back to top 
Page 1 of 1
 Similar topics
-

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Din :: Təfəkkür otağı-
Jump to: