Beləliklə, ilkin olaraq belə bir fikir irəli sürmək olar ki, pilotlar havada nə isə qeyri - adi bir şeylə qarşılaşmışlar. Bu görüşün ilk dəfə baş verməsi təkcə onlar üçün deyil, bəlkə də onların tərxis olunmuş həmkarları üçün də qeyd oluna bilər. Yalnız bununla həmin qəribə çaşqınlığı izah etmək olar. Okean çox qəribə görünüş almışdır, "ağ sular" peyda olmuş, cihazların göstəriciləri dayanmadan dəyişir - bütün bunlar əlbəttə, hər bir insanı qorxutsa da, dəfələrlə ekstremal vəziyyətlərdən çıxış yolu tapan peşəkar pilotlar üçün bu, belə olmamalı idi. Pilotlar bir saat yarım içərisində tam şüurlu olaraq və yerdən verilən məsləhətlərlə qurunu qərbdə axtardıqdan sonra, təxminən bir saat dəyişkən olaraq gah şərqdə, gah da qərbdə axtarışı davam etdirdilər. Amma onu tapmağa müvəffəq olmadılar… Bütün bir Amerika ştatının qeyb olması faktı hətta ən möhkəm iradəli insanın belə ağlını başından ala bilər.
Bir şeyi qeyd etmək lazımdır ki, onlar uçuşun sonunda torpağı görmüşlər, sadəcə olaraq nədənsə ora enmək qərarına gələ bilməmişlər. Adanın vizual görünüşündən Teylor onu Florida - Kis adalarına oxşatmışdır. Hətta ilk öncə şimal - şərqə doğru istiqamətini dəyişmiş, lakin, tezliklə yoldaşlarının təsiri nəticəsində gördüyünə inanmamış və əvvəlki istiqamətə dönmüşdür. Bəs, əsl həqiqətdə onlar harada olmuşlar?!
Ekipaæın Kis adalarını müşahidə etməsi xəbəri yerdə, çaşqınlığa düşmüş pilotların sayıqlaması kimi qəbul olunmuşdur. Pilotlar tam 180 dərəcə səhv edə bilərdilər, hansı ki, bu, onların düşdüyü vəziyytlə heç bir ziddiyyət təşkil etmirdi. Amma operatorlar həmin dəqiqələrdə təyyarələrin haradasa Atlantika üzərində olmasını güman edirdilər. Sadəcə olaraq onların ağlına belə gəlmirdi ki, itmiş təyyarələr artıq kifayət qədər qərbə uçaraq Meksima körfəzinə gedib çatmışlar.
Mayamidəki operator, ola bilsin ki, cənub - qərbdən gələn siqnalları, şimal - şərqdən gələnlərdən seçə bilməmiş. Bu səhv pilotların həyatını həll etdi. Çox güman ki, onlar əbəs yerə qurunu qərbdə axtararaq yanacağı bitirmiş və suda batmışlar.
1987-ci ildə, Meksika körfəzinin dibində 40-cı illərin istehsalı olan bir "Evencer" tapıldı. Qalan 4 təyyarənin də yaxınlıqda olması istisna olunmurdu. Bu məqamda bir sual ortaya çıxır: Necə olub ki, təyyarələr gözə görünmədən 700 km qərbə doğru hərəkət etmişlər.
Təyyarələrin çox sürətli yerdəyişmələri hallarına bir neçə dəfə rast gəlinmişdir. Bu və buna oxşar hadisələr həmişə qəribə duman və hava şəraitində baş vermişdir. Bermud üçbucağında da "ağ duman" nadir hal deyil. Bir dəfə belə dumanla rastlaşan avialayner radarlardan itmiş və təxminən 10 dəqiqə sonra peyda olarkən bütün saatlar 10 dəqiqə geri qalırdı. Həmən uçuşda sərnişinlər heç bir qəribə hal müşahidə etməmişdilər. Buna əsasən "Zaman fokusları" səbəbindən hiss olunmayan sürət artımları istisna hal hesab olunmur. Amma pilot belə bir vəziyyətin yaranmasını hər hansı bir dəyişikliyin yaranması ilə hiss etməlidir. Yaddan çıxarmayaq ki, məhz qəribə dumanı müşahidə etmələri barədə "Evencer"lərin məlumat verdiyi anda onların kompasları sıradan çıxmış və rabitə normal işləməmişdir.
Belə şəraitlərin yaranmasında, Atlantik okeanının Bermud rayonundakı Qolfstrim axınının yaratdığı su burulğanlarının rolu olduğunu fikirləşməyə əsas vardır (Məhz bunlar bəzi hallarda okean üzərində ağ və parıltılı görünüş yaradır). Burulğanlar fırlanaraq Zamanın dəyişməsinə təsir göstərir və buna əsasən cazibə qüvvəsi də dəyişməlidir. Burulğanın mərkəzində cazibə yüksək, kənarında isə zəif olur. "Evencvr"lər də belə bir zaman zonasına daxil olaraq böyük bir sürətlə Meksika körfəzinə yetişmələrini və oradakı adaları düzgün olaraq tanımalarını fikirləşməyə əsas vardır.
"Çox yüksək sürətlə" ifadəsini bir az dəqiqləşdirmək lazımdır. Belə ki, uçuşdan saat yarım sonra təyyarələr qəribə dumanla rastlaşmış, elə oradaca başqa cihazlarla birgə saat da sıradan çıxmışdır. Saat 16.45-də təyyarələr yaranmış vəziyyətdən çıxaraq orientasiyanı bərpa etmişlər (Eşidilən məruzələrdən məlum olur ki, artıq kompasa etibar edirlər). Yerdəki saatlara görə artıq uçuşdan 2.5 saat keçirdi və hələ də 3 saatlıq yanacaq ehtiyatı olmalı idi. Saat 18.00-da rabitə ilə belə bir fraza eşidildi: "… hər an bata bilərik…". Deməli, bu dəqiqələrdə təyyarələrin yanacağı bitmək üzrə olmuşdur. Amma əslində saat 19.40-a kimi yanacaq kifayət etməli idi. Belə anlaşılır ki, mühərriklər 2 saat çox yanacaq istifadə etmişlər.
Sirrin çatışmayan nöqtəsi elə buradadır! Yerdə 1 saat keçərkən, ağ dumanlı şəraitdə 3 saat keçmişdir! Bu müddət ərzində təyyarələrin sürəti adi olmuş, amma kənar müşahidəçi üçün bu, 3 dəfə çox görsənmişdir. Çox güman ki, bu 3 saat daxilində təyyarələr Floridanı ötüb keçmiş və Meksika körfəzinə daxil olmuşlar.
Əlbəttə, Teylor, üzərindən dəfələrlə uçduğu adaları tanıya bilmişdi. Amma… Onların "möcüzəli" peyda olunmasına inanmamış və aviabazanın təkidinə əsasən qərbə dönmüşdür. Bir saat sonra buna inanaraq geri dönsə də dispetçerlərin keçilməz məsləhəti və "Siz artıq Floridaya çatırsınız" - deyə təkidləri onu fikrindən döndərmişdir. Son nətcədə, leytenantın özünə inamsızlığı təyyarə zəncirini məhvə apardı. O, dəfələrlə gah şimal - şərqə, gah şərqə, gah da qərbə doğru istiqamət aldı. Yanacaq qıtlığı son qərarın verilməsini tələb edirdi. Teylorun oynadığı oyunda… ölüm qalib gəldi. Bombardmançılar növbəti dəfə materikə çataçatda son dönüşü edib ondan uzaqlaşdılar…
Təxminən saat 19.00-da leytenantın təyyarəsi artıq sulara qərq olmuşdu. Rabitəçilər digər ekipaæların danışıqlarını qırıq - qırıq qeydə alırdılar. Kimsə dalğaların gurultusu içərisində Teyloru çağırırdı… Amma, cavab gəlmirdi… Sonra onların da səsi itdi…
Quruda, onların xilas olacağı ümidi hələ də qorunurdu. Daha bir saat keçdi. Aerobaza hesabına əsasən yanacaq hələ indi bitməli idi. Hamı möcüzə gözləyirdi… Nəhayət saat 8 oldu. artıq gözləmək mənasız idi. Enmə xəttinin parlaq işıqları hələ bir müddət də yanılı qaldı…
Nəhayət saat 9-dan bir neçə dəqiqə keçmiş kimsə sakitcə işıq dəstəyini ayırdı… Təyyarəçilər, əlbəttə, o an hələ də sağ idilər. Çox güman ki, təyyarələr suya batdıqdan sonra onlar xilasetmə gödəkçələri ilə suyun üzərində qalmaqda idilər. Amma gecə qasırğası öz işini görmüşdü. Təcrübə göstərir ki, pilotlar soyuq dalğalara təxminən gecə yarısına qədər dözə bilərdilər…
Gecə yarısı, bu yerdən 2500 km aralı, Maunt - Vernonda (Nyu York ştatı) elə bil, birdən dəymiş zərbədən eyni anda Coan Pauers və onun 18 aylıq qızı yuxudan ayıldılar. Coan, sanki gördüyü qorxunc yuxunun səbəbini anlamış kimi bu vaxtadək etmədiyi bir şeyi etmək qərarına gəldi - aviabazaya, ərinə zəng vurmaq! Telefon bağlantısına və nömrənin təyin olunmasına 2 saat vaxt sərf olundu. Dəstəyi götürən növbətçi zabit, dili topuq vura-vura: "Narahat olmayın, kapitan Pauers indi uçuşda olduğu üçün çağıra bilmərik…". Coan, həqiqəti yalnız səhər radioxəbərlərdən eşidə bildi.
1991-ci ildə Florida yaxınlığında, bazadan cəmi bir neçə kilometr aralıda təyyarələrin tapılma xəbəri yayıldı. Axtarış gəmisi olan "Dip si", yükündə qızıl olan batmış Ispan gəmisinin axtarışı ilə məşğul ikən 250 m dərinlikdə 4 "Evencer" təyyarəsi tapılmış və bir qədər aralıda isə 5-ci, 28 nömrəli təyyarə (Teylorun nömrəsi) aşkar edilmişdir. Elə həmən gün bütün arxiv sənədləri qaldırıldı. Məlum oldu ki, o günə qədər Atlantikada "Evencer" tipli 139 təyyarə batsa da, 5 ədəd təyyarədən ibarət qrup yalnız bir dəfə - 5 dekabrda itmişdir. Çəkilən fotoşəkillər, təyyarələrin aviadaşıyıcıdan deyil, havadan suya çırpılara batdığını sübut edirdi. Kabinələrdə meyit tapılmadı. Iki təyyarənin üzərində onların Fort - loderleyl bazasına məxsusluğunu bildirən "FT" nişanı var idi. Gəmi heyəti böyük bir sirrin üstünü açdığını fikirləşsə də … Bir ay tədqiqatdan sonra təyyarələrin nömrə nişanları - FT - 241, FT - 87 və 120, 28 nömrələri aşkarlandı. Amma söhbəti gedən itmiş təyyarələrin nömrələri isə FT - 3, FT - 28 (Teylor), FT - 36, FT - 81, FT - 117 idi. Yalnız bir nömrə uyğun gəlsə də onun ilk hərfləri yox idi. Tapılmış təyyarələrin heç bir yerdə qeydiyyatı yoxdur. Yeni bir sirr meydana çıxdı. Uğursuzluqdan sonra "Dip si" gəmisinin kapitanı, Meksika körfəzində tapılmış təyyarəyə yenidən baxış keçirməkdən boyun qaçırdı.
Bu sirri açıqlayan olmadı. Bəlkə də bu, elə sirr olaraq qalmalıdır. Allah hər şeyi daha yaxşı bilir.