ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Parapsixologiya haqqında. Thu Jul 30, 2009 5:37 pm | |
| Tarixin hər dövründə, anlayışıyla, məlumatıyla, tətbiqləriylə yaşadığı dövrün inanc və dəyərlərinin, elmi qanunlarının qarşısında getmiş filosoflar, din adamları, elm adamları, şəfaçılar və s. olmuşdur. Öncül fikirlər və tətbiqlər başlanğıcda mənimsənilməsə də və ya çox az bir insan tərəfindən mənimsənsə belə praktikadakı faydaları görüldükcə, başqa insanlar tərəfindən də təcrübə edildikcə geniş bir kütlənin inanc və dəyərləri halına gəlir. Psixik qorunma mövzusu da eynilə belə bir tarixçəyə malikdir. Tarixin ən qədim dövrlərindən bəri kiçik bir qrup tərəfindən həmişə bilinmiş və tətbiq olunmuşdur. Ancaq son illərdə Reiki kimi şəfa texnikalarının yayılmasıyla birlikdə daha çox insan tərəfindən bilinməkdə və tətbiq olunmaqdadır. Bu mövzu ilə əlaqədar heç bir şey bilməmiş ola bilərsiniz. Ancaq mövzu daxilində olan bir çox təbii halı az qala hamımız yaşamaqdayıq. Məsələn, zaman-zaman bu cümlələri istifadə edir və ya eşitmiş ola bilərik. " Məni bezdirən bir yoldaşım var. Nə vaxt onu görsəm heç enerjim qalmır. Onun yanından tükənmiş bir şəkildə ayrılıram" " Yeni bir evə daşındım, bu evdə özümü çox narahat hiss edirəm." " İş yerimdəki yığıncaqlardan tükənmiş bir şəkildə çıxıram." "Filanlar bizdə idi, onlar getdikdən sonra evdə buraxdıqları ağır hava içimizi böhrana saldı." " Bu müştərim yanımdan ayrıldıqdan sonra bir parçasının mənə yapışdığını hiss edirəm." " Məndən nifrət edən bir adam var və düşüncələrini davamlı başımın içində hiss edirəm." "Bir mühitə girdiyimdə oradakı insanların xoşbəxtmi, əsəbimi olduğunu dərhal anlayıram." " Şəhər xaricində yaşayıram və ziyarətə gəldiyimdə şəhərdəki titrəşmələr məni sanki boğur." " İzdihamlı saatlarda avtobusa minmək məni tamamilə bitirir." "Nə vaxt bir xəstəxanaya getsəm bütün enerjimin tükəndiyini hiss edirəm." "Döyüşən insanlara, əsəbi insanlara dözə bilmirəm." Bu və bənzəri hiss etmələr enerji və mühitlərə olan təbii həssaslığımızdan qaynaqlanar. Hər insan bir ölçüdə yerlərin, əşyaların və insanların enerji sahəsinə həssasdır. Kilsəyə, məscidə və ya kitabxanaya girdiyimizdə o məkanların sükunətini hiss edərik. Özümüzü yaxşı hiss etdiyimiz müəyyən evləri sevərkən, pis hiss etdiyimiz evlərdən qaçınarıq. Həssaslığı çox az olan bir insan belə bir yığıncağa və ya bara girdiyində mühitin dostanəmi, gərginmi və s. olduğunu hiss edər. Fərqində olaq, ya da olmayaq, mühitlər hamımızın duyğu və davranışına nəzərə çarpacaq bir şəkildə təsir edər. Sağlamlığımızı, sinir sistemimizi ola bildiyincə qorumaq və gücləndirmək üçün enerjinin təbiəti haqqında məlumatlanmaq lazımdır. Özümüzü, iş yerimizi, evimizi psixik hücumlardan qorumağı və təmizlik etməyi öyrənmək lazımdır. Psixik təmizlik şəfaçılıq kimi bir enerji işidir. Bütün spiritual tətbiqlərdə və bütün enerji işlərində olduğu kimi, psixik qorunmağı öyrənmək üçün də nizamlı və intizamlı bir işi müəyyən bir müddət etmək lazımdır. Keçmişdə bir çox birliyin, mühitin enerjilərini dəyişdirmə və ruhi qoruma sənətini bilən və tətbiq edən mütəxəssisləri vardı. Bunlar, şamanlar, şəfaçılar, cadugərlər, mistik rahiblər və rahibələr və s. idi. İndiki vaxtda da hər hansı bir adam bu "enerji işini" edə bilər. Enerji çalışması etməyi təmin edən texnikalar xüsusi qabiliyyətə və alətə ehtiyac duymaz. Yalnız inanmağı və nizamlı olaraq tətbiqi tələb edir. Psişik qorunma texnikaları bu vəziyyətlər üçün tətbiq oluna bilər. • narahat edici və gözümüzü qorxuducu vəziyyətlərdə özümüzü qoruma • enerjiləri və rəftarlarıyla bizə təsir edən insanlara və güclü şəxsiyyətlərə qarşı özümüzü qoruma • xarici müdaxilələrə qarşı enerji sahəmizi qoruma • evimizi və iş yerimizi təmizləmə • döyüşdən və ya qonaqlardan, ya da xoş olmayan bir vəziyyətdən sonra, mühitdəki təsirləri təmizləmə • bir cismi və ya mühiti sevgi dolu bir titrəşmələrlə yükləmə • daxili hallarımızı xarici təsirlərdən minimum səviyyədə təsirlənəcək bir sakinliyə çatdırma. | |
|