ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Qalxanlar haqqında. Thu Jul 30, 2009 6:09 pm | |
| Qalxanlar, daha çox, bizi çətin vəziyyətlərə salan insanlarla görüşəcəyiksə və ya belə bir insanla bir müddət birlikdə olmaq məcburiyyətindəyiksə edilər. Məsələn psixoloji böhranları olan bir yaxınınızla maraqlanmaq məcburiyyətindəsinizsə sol pleksus çakrası üzərinə qoruyucu qalxan olaraq yuxarıda saydığımız simvollardan birini yerləşdirə bilərsiniz. Özünüzün yaratdığı bir qalxanı, məsələn; bir güzgü simvolunu yerləşdirə bilərsiniz. Qalxanlarınızın sizə doğru gələn enerjini geri əks etdirdiyini obrazlaya(düşünə) bilərsiniz. Üz ifadəsindən pis düşündüyünü zənn etdiyiniz biri ilə eyni məkanda işləyirsinizsə, enerjisindən çox xoşlanmadığınız insanlarla bir yerdəsinizsə alın çakrası və gözlərinin önünə qalxan yerləşdirə bilərsiniz. Və ya bütün çakralarınızın üstünə qalxan qoya bilərsiniz. Hansı qorumağı edirsiniz edin, daim özünüzün və bütün insanların xeyrinə olacaq şəkildə niyyət edin. Sizə gəlməməsini istədiyiniz enerjilərin başqa insanlara getməsini əsla diləməyin. Səmada əriyib getdiyini düşünün. Qoruma şarınızın və ya qalxanlarınızın Tanrının sevgisiylə dolduğunu düşünün. Hər kimə inanırsınızsa onun uca enerjisinin sizinlə birlikdə olduğunu, sizi qoruduğunu hiss edin. Sevgi enerjisini düşünün. Sevgi ilə edilən hər hərəkət aktiv hərəkətdir. Qalxanınıza güc qatar. | |
|