Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Tam hipnoz mətni.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Tam hipnoz mətni. Empty
PostSubject: Tam hipnoz mətni.   Tam hipnoz mətni. Icon_minitimeFri Jul 31, 2009 1:43 pm

Bir yoldaşınıza bu mətni diqqətlə oxumağa başlayın... Oxuduğunuz yoldaşınız, yarı uzanmış, beli yüngülcə dik bir şəkildə sizi dinlərkən və söylədiklərinizi edərkən, özünü olduqca dərin bir transa salacaq...

Gözlərinizi bağlayın...Vücudunuzu nəfəs almağa buraxın...
Diqqətinizi bədəninizin təbii tənəffüs ritmi üzərində cəmləyin...
Yalnız nəfəs alıb verməniz üzərində konsentrə olun, bütün digər düşüncələri uzaqlaşdırın... Hər nəfəs alışda daha çox və daha çox boşaldığınızı hiss edin... Nəfəs alın... Verin...
Hər nəfəs alışda bədəninizin rahat, sakit və boşalmış olduğunu, gərginlikdən uzaq olduğunuzu xəyal edin... Zəif şəkildə nəfəs alın... Gərginlikdən uzaq nəfəs alın...
Bir dəqiqə və ya daha çox müddətlə belə nəfəs alıb verməyə davam edin...
(Qısa bir müddət durun.)

İndi, əzələlərinizi boşaltmağa başlayın... Sağ ayaq əzələlərinizin boşalmasına icazə verin... Hər nəfəs alışda ayağınızın sərbəst, rahat və zəif olduğunu hiss edirsiniz... Nəfəs alın... Verin... Alın... Verin... Zəifliyin sağ baldırınıza yayılmasına icazə verin... Sağ baldırınız istilənir, ağırlaşır və boşalır... Nəfəs alın... Verin... İstilik sağ ayağınıza yayılır... Sağ qıçınız tamamilə boşalmış vəziyyətdədir... Rəhavət və istilik hissini sağ qıçınızda yığın... Zəif şəkildə nəfəs alın... Gərginlikdən uzaq nəfəs alın... İndi sol ayağınızı boşaldın... Rahatlıq verən boşalmanın sol ayağınıza yerləşdiyini hiss edin... Nəfəs alın... Verin... Alın... Verin... Boşalmanın sol baldırınıza yayılmasına icazə verin... Bax belə... Əla... Nəfəs alın... Verin.... Boşalmanın sol ayağınıza yayılmasına icazə verin. Sol qıçınız tamamilə boşalmış, istilənmiş və ağırlaşmış vəziyyətdədir... Boşalma hissini qıçlarınızda yığın... Qıçlarınızın sərbəst və boşalmış olduğunu hiss edirsiniz... Bir müddət qıçlarınızdakı boşalma hissinin zövqünü dadın...
(Qısa bir müddət durun.)

İndi, buraxın zəiflik ombalarınıza və pelvik bölgənizə yayılsın. Bu orqanlarınız rahatlayır... Zəif şəkildə nəfəs alın... Gərginlikdən uzaq nəfəs alın... Ombalarınız tamamilə bir rahatlıq vəziyyətinə girir... Nəfəs alın... Verin... Alın... Verin... Qıçlarınız, ombalarınız və pelvik sahəniz üzərindəki boşalmağa diqqətinizi verin...
(Qısa bir müddət durun.)

Belinizin və qarnınızın daha çox və daha çox boşaldığını hiss edə bilirsiniz... Hər nəfəs alışda beliniz və qarnınız ağırlaşır və daha çox boşalır... Nəfəs alın... Verin.. Alın... Verin... Zəif şəkildə nəfəs alın... Gərginlikdən uzaq nəfəs alın... İndi daha dərin bir boşalma hissi kürəyinizə yayılır... Kürəyinizdəki hər əzələ boşalır, yumşalır, sərbəstləşir və çox rahatlayır... Hər nəfəs alış boşalmağı bir az daha artırır... Diqqətinizi qıçlarınız və bədəninizin üst qismi üzərindəki dərin rahatlama hissi üzərində yığın...
(Qısa bir müddət durun.)

Boşalmağa bağlı olan rahatlığın sağ əlinizə yayılmasına icazə verin... Sağ əliniz çox zəif və yumşaq vəziyyətdədir... Nəfəs alın... Verin... Alın... Verin... Sağ əlinizdən sağ qolunuza doğru istilik yayılır... İndi qolunuz bir kukla qolu kimi boşalmış vəziyyətdədir. Sağ qolunuzdakı sərbəstlik, istilik və zəiflik hissləri üzərində diqqətinizi cəmləyin... Nəfəs alın.. Verin... Alın... Verin... İndi sol qolunuzun daha çox və daha çox boşalmasına icazə verin... Əliniz yumşaq və zəif vəziyyətdədir... İsti hislər barmaqlarınıza və əlinizə yayılır.. Nəfəs alın... Verin... Alın... Verin.... İstilik və ağırlıq sol əlinizdən sol qolunuza yayılır... Sol qolunuzun boşaldığını hiss edin... Ayaqlarınız, qıçlarınız, pelvisiniz, qarnınız və qollarınızdakı sərbəstliyə və boşalmağa diqqətinizi verin... O qədər boşalmış vəziyyətdəsiniz ki... Hər nəfəs alışınızda, bədəniniz daha dərin bir boşalma vəziyyətinə girir... Bax belə nəfəs alın... Verin... Alın... Verin... Bədəninizə yayılan rahatlığın zövqünü dadın...
(Qısa bir müddət durun.)

İndi, boynunuzu və çiyinlərinizi boşaldın. Hər nəfəs alışınızda, masaj edən sehrli və mahir əllərin boyun və çiyninizdəki gərginliyi uzaqlaşdırdığını xəyal edin... O qədər boşalmış və rahatlamış vəziyyətdəsiniz ki... Özünüzü çiyinlərinizdən böyük yüklər qaldırılmış kimi hiss edirsiniz... Çiyinləriniz isti, sərbəst və boşalmış vəziyyətdədir... Boynunuza və çiyinlərinizə ustaca edilən masaja diqqət yetirin... Boşalmış şəkildə nəfəs alın... Gərginlikdən uzaq halda nəfəs alın... Nəfəs alın... Verin... İndi ağzınızı açın və ağız əzələlərinizi boşaldın... Bax belə... Ağzınızın ətrafındakı əzələlər, yaxşıca boşalmış vəziyyətdədir... Çənəniz boşalmış vəziyyətdə və dişləriniz bir-birinə toxunmur... Nəfəs alın... Verin... Alın... Verin... Boşalma bütün üzünüzə yayılır... Sanki gözlərin yuvalarında üzürlərmiş kimi hiss edirsiniz... Hər yeni nəfəs alışda, daha çox boşalmış vəziyyətdədirlər... Göz qapaqlarınız ağırlaşmış və boşalmış vəziyyətdədir... Gərginlik üzünüzdən uzaqlaşır... Nəfəs alın... Verin... Alın... Verin... Gicgahlarınız və alnınız o qədər boşalmış vəziyyətdədir ki... Boşalma hissi, başınızdan ayaq barmaqlarınıza qədər, bədəninizin hər zərrəsinə dolur... Boşalmanın bütün bədəninizi gəzdiyini hiss edin... Sanki boşalma qan dövranınızdan axır... Zəif şəkildə nəfəs alın... Gərginlikdən uzaq nəfəs alın... Bütün bədəninizin son dərəcə rahatladığını hiss edirsiniz. Bütün bədəninizdəki istilik, ağırlıq və boşalmanın zövqünü dadın...
(Qısa bir müddət durun.)

Çox yaxşı, indi özünüzü on pilləli bir nərdivanın ən təpəsində təsəvvür edin... Nərdivan gözəl, xoş bir yerə enir... Tamamilə rahatlaya biləcəyiniz bir yerə... Bəlkə də daha əvvəl orada oldunuz... Bura təhlükəsiz, çox gözəl bir yerdir... Pillələri endikcə bu çox gözəl yerə bir az daha yaxınlaşırsınız... Onuncu pilləni enirsiniz... O qədər zəif vəziyyətdəsiniz ki... Nəfəs alın... Verin... Alın... Verin... İndi doqquzuncu pilləni enirsiniz... Hər pilləyə endikcə daha çox boşalırsınız... Nəfəs alın... Verin... Alın... Verin... Yeddinci və altıncı pillələri enirsiniz... Bu çox gözəl yeri getdikcə daha açıq olaraq görməyə başlayırsınız... Beşinci pilləni enirsiniz... Nəfəs alın... Verin... Alın... Verin... Getdikcə daha çox və daha çox rahatlayırsınız... Dördüncü pilləni yavaşca enin... Üçüncü pilləni... İndi ikinci pilləni... İndi birinci pilləni... İndi çox gözəl bir yerdəsiniz... İçinizi dinclik və xoşbəxtlik doldurdu. ..Sizin xüsusi yerinizdə dinclik və xoşbəxtlik mövcuddur... Ətrafınıza baxın... Nə gördüyünüzün fərqində olun... Nə hiss etdiyinizin fərqində olun... Hislərinizin fərqində olun... Səsləri dinləyin... Hislərinizə yol verərək xoşbəxtliyi dadın... Özünüzü dinclik və səadət içərisində hiss edin... Özünüzü mükəmməl, dinc və təhlükəsizlikdə hiss edin... Dərin dərin nəfəs alın... Nəfəsinizi yavaşca buraxın... Dərin-dərin nəfəs alın... Yavaşça buraxın... Spesifik yerinizin rahatlığına və komfortuna diqqət yetirin...
(Mövzunu xülasə etmək üçün bir müddət ara verin.)

İndi sizə zövqverici və xoşbəxtlik bəxş edən bir mühitdə ikən, bu hisləri arzu etdiyiniz hər hansı bir zamanda geri çağıra biləcəyinizi söyləyin... (On saniyə ara verin.) Faydalı, müqtədir və söhbət dolu bir hislə öz-özünüzə təlqin edin... Yenə zehninizdə eyni hislərlə bu düşüncələri mümkün olduğu qədər təkrarlayın...
(On saniyə ara verin.)

İndi yavaş bir şəkildə nərdivanlardan enəcəksiniz... Çox yavaş bir şəkildə yeriyin... Hər pilləni keçdikcə zehninizdə xəyal etdiyiniz arzu və istəklərinizə çatacaqsınız... Ən son pilləyə çatdığınız zaman özünüzü enerji dolu və çox gümrah bir şəkildə boşalmış olduğunuzu hiss edəcəksiniz... Dinlənmiş bir şəkildə olduğunuzu hiss edəcəksiniz... Bədəninizin və zehninizin daha güclü olduğunu hiss edəcəksiniz... İndi yavaş-yavaş pillələri dırmaşmağa başlayın... İndi birinci pilləyə çıxın... Artıq geri dönürsünüz... İndi ikinci pilləyə çıxın... Növbə üçüncü pillədədir... Özünüzü daha gümrah və boşalmış hiss edirsiniz... Dördüncü və beşinci pillələri çıxın... Nəfəs alın... Verin... Alın... Verin... Zehninizdəki istəklərdən imtina etməyə başlayın... İndi altıncı pilləyə çıxın... Nəfəs alın... verin... Alın...Verin... İndi yeddinci pilləyə doğru hərəkət edin... İndi səkkizinci pilləyə çıxın... Düşüncələrinizi və baxışlarınızı otağının içinə cəmləyin... Artıq səfərinizin sonuna çatırsınız... Bir neçə addım sonra tam bir canlılıq və gümrahlıq içində olacaqsınız... Nəhayət onuncu pilləyə çatdınız... Nəfəs alın... Verin... Alın...Verin.... Artıq onuncu pillədəsiniz və gözlərinizi aça bilərsiniz...
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Tam hipnoz mətni.
Back to top 
Page 1 of 1
 Similar topics
-
» "Hipnoz Forum"dan Salamlar

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Alternativ tibb & İnsan psixologiyası :: Şüur & Şüuraltı-
Jump to: