Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Hipnoz nədir?!

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Hipnoz nədir?! Empty
PostSubject: Hipnoz nədir?!   Hipnoz nədir?! Icon_minitimeThu Aug 28, 2008 6:58 pm

Hər şeydən əvvəl Hipnozun yuxu olmadığını bilməkdə fayda görürəm. Hər nə qədər "hipnosis" Yunancada yuxu mənasına gəlsə də (hətta Yunan mifologiyasında yuxu tanrısının adı olsa da) edilən elektrofizioloji araşdırmalar hipnoz anı ilə yuxu halının tamamilə fərqli vəziyyətlər olduğunu göstərmişdir. Yuxuda görülən yavaş beyin dalğalarının yerinə hipnoz əsnasında adamın beyin fəaliyyətlərinin oyanıqlığa bərabər olduğu görülmüşdür. Hipnoz sözü ilk dəfə İngilis həkim Braid tərəfindən istifadə edilmişdir.

Hipnozun keçmişi çox öncələrə söykənməklə birlikdə, elmi məhfillərə girməsi F. A. Mesmer tərəfindən təmin edilmişdir. XVII əsrin son dörddə birində bəzi nevrotik xəstələrin müalicəsində hipnozu istifadə edən Mesmer həm çox məşhur olmuş həm də bir çox rəqib qazanmış, özü şarlatanlıqla günahlandırılmışdır. Çünki hər dövrdə olduğu kimi, o dövrdə də insanlar fövqəl-təbii güclərə və bu güclərə sahib olan insanlara çox inanmışlar və onlardan mədət ummuşlar. Bundan çox yaxşı istifadə edən Mesmer hipnoz seanslarına sanki mistik bir hava qataraq fəaliyyətini artırmışdır.

Günümüz Azərbaycanında hipnoz sui-istimala açıq bir sahə olaraq hələ də bakirliyini qorumaqdadır. Bunun səbəbini irəliləyən sətirlərdə daha yaxşı anlayacaqsınız.

Hipnozu bu an ən çox tətbiq edənlər səhnə illüzyonistləri və kahinlərdir. Bunun yanında Psixiatrlar və Diş həkimləri də hipnozu praktiklərinə götürməyə başlamışlar. Ancaq yenə də bəzi pis niyyətli kəslər hipnozu sanki başlı-başına bir müalicə edici metodmuş kimi lansə etməkdə və bu yolla xəstələri istifadə etməkdə və onlara zərər verməkdədirlər. Əslində hipnoz psixiatrik xəstəliklərin psixoterapiyasına köməkçi bir metod olaraq istifadə edilə bilər. Hipnoz altında ikən verilməsi lazım olan təlqinlər və digər psikoterapotik yollar izlənilməzsə yalnız hipnoz edilmiş olması xəstəliyi müalicə etməz. Bunu bu örnəklə daha yaxşı açıqlaya bilərik: Bir cərrahın və bir qəssabın əlinə neştər verdiyinizi fərz edin. Cərrah etdiyi müdaxilədə necə də anatomik mərtəbələri təkrar birləşdirməyə uyğun kəsər. Halbuki qəssab sonrasını düşünmədən neştəri çəkər və bərpası çətin yaralar buraxar. İnsanın ruhi quruluşunu bilməyən, xəstəliyin səbəbləri mövzusu üzərində ixtisası olmayan birinin ruhi xəstəlikləri müalicə etməyə səy göstərməsi qəssabın əməliyyat etməsinə bənzər ki, adamın ruh sağlamlığı üzərində sağalmaz yaralar buraxa bilər.

Hipnoz gündəlik stres və çətinliklər, siqaret vərdişindən xilas olmaq, köklük və yemə pozuqluqları, yuxu pozuqluqları, konsentrasiya problemləri, fobilər(qorxular), cinsi problemlər, psixosomatik narahatlıqlar, dissosiyativ pozuqluqlar və digər psixiatrik narahatlıqların müalicəsində köməkçi vasitə olaraq istifadə edilə bilər.

Ancaq hipnozun tək istifadə yeri psixiatrik xəstəliklər deyil. Diş həkimləri anesteziyada istifadə edə bilərlər. Hətta ümumi cərrahiyədə belə, anestezik agent istifadə etmədən yalnız hipnozla edilən böyük əməliyyatlar bildirilmişdir.

Ölkəmizdə hipnozun uzun illər laqeydliyə uğramış olmasını materialist yanaşmanın psixiatrlar arasında çox məşhur olmasına bağlayıram. Hipnoz altında baş verən bəzi fenomenləri tək maddə ilə açıqlamaq mümkün görünməməkdədir. Ayrıca psixiatriya praktikasında bioloji yanaşmanın ön planda tutulmuş olması da bunda bir faktor ola bilər. Hər kəsin asanca hipnotizə olmaması da bunda bir başqa faktordur.


HİPNOZ OLAN OYANA BİLMƏZSƏ NƏ OLAR ?
Hipnoz tamamilə təlqinlə meydana gətirilən bir vəziyyətdir və yenə təlqinlə normala çevirilə bilər. İndiyə qədər edilmiş milyonlarla hipnoz sınağında və mövzu ilə əlaqəli yazılarda oyana bilməmə deyə bir şeylə qarşılaşmadım. Bu tamamilə fantastik bir vəziyyət olub bəzi filmlərdəki səhnələrdən qaynaqlandığını düşünməkdəyəm.

Adama verilən təlqinin bitməsindən sonra adamı hipnotizə edən oyandırmasa belə trans səthiləşər və adam bir müddət sonra öz başına oyanar. Ən pis ehtimalla, hipnoz edənin adamı oyandıra bilmədən öldüyünü fərz etsək belə hipnoz olan adam bir müddət sonra normal yuxuya keçərək oyanar.

Qaldı ki həddindən artıq səs-küylər, ani istilik dəyişiklikləri kimi fizika şərtlərdəki dəyişmələr adamın transtan çıxmasına səbəb olar.


HİPNOZ ALTINDA SİRLƏRİMİ SÖYLƏYƏRƏMMİ?
Hipnoz olmaq üzrə olan kəslərin ən çox qorxduqları "çirkli paltarlarının" ortaya tökülməsidir. Ancaq bunu bilməkdə fayda vardır. Narko analiz ( Dərmanla hipnoz meydana gətirib edilər) xaricində adam sonradan peşman olacağı, ya da şəxsiyyətinə uyğun olmayan bir şeyi nə söyləyər nə də edər.

Bu mövzuda hipnozitor israrçı davransa trans səthiləşər və bir müddət sonrada adam özbaşına transtan çıxar. Bu cür vəziyyətlər ancaq filmlərdə olar. "Gözlərimə bax və yat" da filmlərdən çıxıb gəlmiş bir sözdür və gerçəklərə uyğun deyil.

Qısaca söyləmək lazım olsa, hipnoz olan adam əgər istəməzsə "çirkli paltarlarını" ortaya tökməz. Çox xüsusi metodlar tətbiq olunmadıqca təbii ki...


HƏR KƏS HİPNOZ OLA BİLƏRMİ? VƏ HƏR KƏS HİPNOZ EDƏ BİLƏRMİ?
Hər kəs Hipnoz ola bilərmi?

Demans xəstələri, geri zəkalılar, çox yaşlanmış, diqqətini bir nöqtədə yığa bilməyənlər, ciddi ağıl xəstələri və kiçik uşaqlar xaricində, demək olar ki, hər kəs hipnotizə ola bilər.

Hər kəs Hipnoz edə bilərmi?

Bəli . Şərtləri yerinə yetirdikdən sonra hər kəs hipnoz edə bilər. Amma bəzi insanlar bunu daha asan reallaşdırarlar. Hipnoz olmağa istəkli bir adam , həqiqətən hipnoz etmək istəyən biri tərəfindən asanlıqla transa salına bilər, amma sonrası nə olar bilmirəm. Başqa sözlə, həkimlərin xaricindəki insanların bu işlə məşğul olması bərpası çətin vəziyyətlərə səbəb ola bilər. Hələ ruhi problemlərin müalicəsində Psixiatrların xaricində insanların hipnozu istifadə etməsinin qəssabın əməliyyat etməsindən heç bir fərqi olmadığını xatırlatmaq istəyirəm. İşi əhlinə, yəni cərraha vermək lazım olduğu kimi hipnozu və ruhi problemlərin müalicəsini psixiatrlara buraxmaqda fayda vardır deyə düşünürəm. Nə deyirsiniz?
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Hipnoz nədir?!
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Tam hipnoz m?tni.
» Hipnoz texnikalar?.
» "Hipnoz Forum"dan Salamlar

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Alternativ tibb & İnsan psixologiyası :: Şüur & Şüuraltı-
Jump to: