Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Quranda UFO-lar 5.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Quranda UFO-lar 5. Empty
PostSubject: Quranda UFO-lar 5.   Quranda UFO-lar 5. Icon_minitimeSun Nov 16, 2008 2:29 pm

Dabbə; Bu sözə öncəlik verməmizin iki səbəbi var. Birincisi, bu söz ilə qəsd edilən varlıqların maddələr mübadiləsi olaraq bizə bənzəyən varlıqların qəsd edilmiş olmasıdır. Almalılı Həmdi Yazır, "Haqq Dini Quran Dili" adlı təfsirində dabbə sözünə bu şərhi gətirir; "Yüngül, hiss etdirmədən yerimə, dəbələnmə deməkdir. Heyvanlar və böcəklər üçün istifadə edilər. İçkinin bədənə yayılması, bir çürüyün ətrafına bulaşması kimi hərəkəti gözlə təsbit edilə bilməyən canlılar üçün istifadə edilər..." (qatar, avtomobil, velosiped kimi. Bunu da xatırladaq ki, bu təfsir yazıldığında bilinən mexaniki yeriyicilər bunlardan ibarət idi). Bunlara bu gün robotlar daxil daha bir çox əlavələr etmək mümkündür. Bununla birlikdə, "Allah hər dabbəni sudan yaratdı. Onların bir qismi ayaqsızdır, qarını üzərində sürünər, bir qisimi iki ayaqlıdır, bir qisimi dörd ayaq üstündə yeriyər..." (Nur surəsi 24/25) ayətində zikr edildiyi kimi, bütün yeriyən canlı növlərini içində ehtiva edər. İkincisi, dabbə deyə xarakterizə edilən varlıqların yerdə və göydə olduğunun ifadə olunmasıdır. Dabbə sözünün Qurani-Kərimdə ilk keçdiyi yer Bəqərə Surəsinin 164-cü Ayətidir. Bu ayətdə ´dabbə´ sözüylə yer üzündəki quşlar xaric hər cür yeriyən canlılar qəsd edilmişdir. İkinci ´dabbə´ sözü isə Hud Surəsinin 6-cı ayətində keçər. Burada da yer üzündəki dabbələrdən danışılar. "Yer üzündə ruzisi Allaha aid olmayan heç bir canlı yoxdur ki, onların qərar etdikləri yeri də çatacaqları yeri də bilər. (Bu məlumatların) hamısı Kitabi-Mubindədir." Burada Kitabi-Mubində məqsədin nə olduğuna girmək mövzumuzun xaricində qalır.. Ayətdə "dabbə"nin "nakrə" (naməlum ad) olaraq istifadə edilməsi çox maraqlıdır. Bu ifadə tərziylə Cənabi-Haqq, ayətdə keçən dabbənin qətiliklə "heyvan" tərifi içinə girəcək dabbədən olmadığına, onun tam fərqli bir varlıq olduğuna diqqət çəkər. Aşağıda təfsirini edəcəyimiz Nəml Surəsinin 82-ci Ayəti, bu dabbədən məqsədin nə olduğunu dəqiqləşdirər. Dabbə, təfsirlərə görə, ´doğrulub dayanan hər növ canlı´ mənasında istifadə edilmişdir. Ayətdə keçən "fil-Ardi" (yer üzündə) ifadəsi, sadəcə söz demək xatirinə deyilməyib. Yəni bu sözün yalnız dörd və daha çox ayaqlıları deyil, eyni zamanda iki ayaqlı (insan kimi) varlıqları da əhatəsinə aldığını xatırlatmaq üçündür. Digər bir maraqlı xüsus da, bu ayətdən dərhal sonra, kosmosu və kosmosun altı gündə yaradıldığını izah edən ayətin gəlməsidir. Dabbə sözü eyni surənin 56-cı ayətində də keçər. Burada da bənzər ifadələr istifadə edilər. Ancaq bu səfər dabbənin məkanı ifadə olunmamışdır və bütün varlıqların Allah tərəfindən idarə edildiyi xatırladılar. Bu ana qədər, ´dabbə´ sözüylə yer arasında davamlı bir əlaqə vardı. Amma aşağıda verəcəyimiz ayətdə ´dabbə´ yerə xas qılınmamışdır, əksinə yer ilə birlikdə göydəki dabbələrdən danışılmaqdadır. Budur, bizi yaxından maraqlandıran ayət! Nəhl Surəsinin 49-cu ayəti dəqiq bir şəkildə yer və göy dabbələrindən bəhs edər. Dabbə sözüylə maddələr mübadilələri bizə bənzəyən varlıqların qəsd edildiyini bir dəfə daha xatırladaraq əlaqədar ayəti verək: "Göylərdə və yerdə mövcud bütün ´dabbələr´ və mələklər (dabbənin göy deyilincə dərhal ağla gələn mələklərdən ayrı tutulduğuna özəlliklə diqqət yetirmək lazımdır) heç böyüklənmədən Allaha səcdə edərlər" Yəni onun əmrinə uyarlar. Burada xüsusilə diqqət yetirilməsi lazım olan xüsuslar belə sıralana bilər. Birincisi; Dabbə sözüylə maddələr mübadiləsi bizə bənzəyən, daha doğrusu elementar canlı varlıqlar zikr edilməkdədir. İkincisi, ilk iki ayətdə dabbə sözü ´dünya´ ilə məhdud tutulduğu halda bu ayətdə ´göydəki dabbələr´dən, yəni yadplanetli deyə xarakterizə edə biləcəyimiz, şüurlu, təşəbbüs sahibi varlıqlardan danışılmaqdadır. Üçüncüsü, ´dabbə´ ilə izah edilmək istənən canlıların, mücərrəd varlıqlar olan ´mələk´lərdən fərqli olduğunun vurğulanmış olmasıdır. Və nəhayət dördüncüsü, hər topluluq kimi göy və yer dabbələrinin də ilahi əmrlərə uymaqdan başqa çarələri olmadığı vurğulanar. Casiyə Surəsinin 4-cü ayəti də maraqlıdır. Bu ayətdə isə dabbə sözü, insanlardan ayrı tutulur və belə buyurulur: "Sizin yaradılışınızda və çoxaldıb yaydığı dabbələrdə ibrət götürməsini bilənlər üçün dəlillər vardır" (Casiyə, 4) Təfsirçilər, ayətin mətinində ´yer´ sözü keçmədiyi halda, bu çoxaldılıb yayılan varlıqları yer ilə əlaqələndirmişlər. Halbuki mətin, "Və fi halkikum və ma yəbussu min dabbətin" şəklindədir ki, "min" ilə dabbələr içində bir növə diqqəti çəkər. Bu növün "insan", insan sözüylə birlikdə xatırlanması da ona bənzərliyi xəbər verir. Əslində ayətdə insan sözü də keçməməkdədir. ´Halkikum´ sözündəki "kum" əvəzliyi insana aiddir. Bu ´kum´ əvəzliyi, bilavasitə insana aid olduğu və çoxluq ifadə etdiyi halda, Dabbə sözünün "min" ilə təsis edilməsi və "nakrə" (naməlum) olaraq istifadə edilməsi, istər-istəməz zehini, kifayət qədər bilinməyən bir növə istiqamətləndirir. "Yabussu" sözü ilə də bu varlığın ardıcıl bir şəkildə çoxalıb yayıla bildiyinə diqqət çəkilər. Və gəldik, "dabbə" sözü mövzusunda bizə ən maraqlı fikirləri verəcək ayətə. Nəml Surəsinin 82-ci ayətində insanlarla danışacaq dabbədən danışılar. Və bu qiyamət əvvəlində görüləcək bir növdür ki, insanlığa aqibətini söyləyəcək; "Söz sabit olacağı zaman (yəni qiyamət əvvəlində), onlar üçün yerdən bir canlı çıxararıq. İnsanlara, Allahın ayətlərini və məqsədini anlaya bilmədiklərini söyləyər". İndi UFO-larla əlaqədar məlumatları nəzərdən keçirək və məlumatlarımızı yeniləyək. Bu günə qədər edilən bütün araşdırma və incələmələr, onlardan alınan mesajlar və məlumatlar, UFO deyilən vasitələrlə bizim dünyamıza qədər soxulub yer kürəsini yaxından araşdıran bu varlıqların bir tək məqsədi var; İnsanlığı, sürətlə diyirlənib getdiyi aqibəti mövzusunda xəbərdar etmək. Sanki bizə verdikləri mesajlarla bizi bu başıpozuqluqdan, bu fəsadlardan və qan tökücülükdən qorumağa, imtina etdirməyə çalışırlar. Burada dərhal yaradılışı xatırladaq və mələklərin etirazını düşünək. Nə deyirdi mələklər: "Ya Rəbb, yer üzünə xəlifə olaraq təyin edəcəyin bu insan, orada pozğunçuluq edəcək və aləmə fəsad verəcək". İndi biz, istehsal etdiyimiz texnologiya ilə sürətlə aqibətimizi, yəni qiyaməti hazırlayırıq. Halbuki Cənabi-Haqqın, insandan gözlədiyi barış və sağlamlıq idi. Necə ki, göndərdiyi dinə həmişə ´İslam´, yəni barış adını qoydu. Amma insanlar, adı barış olan və insanlar arasında barış və qardaşlığı təsis etməsi üçün göndərilən bu dinləri nifaq, ayrılıq və döyüş səbəbi halına gətirdilər. Özlərinə əmanət edilən bu cənnəti cəhənnəmə çevirdilər. İrəlidə daha geniş təmas etməyi ümid etdiyimiz Tariq Surəsində keçən, "ən kullu nəfsin ləmma aləyhi hafiz" ayəti, açıq-seçik, insanların hamısının qorunma və müşahidə altında olduğunu ortaya qoyar. Budur, indi biz qiyamət əvvəlindəyik və bu günə qədər özlərini gizləyən bu varlıqlar insanlarla danışmağa, yəni əlaqə yaratmağa başladılar. UFO-ların görünməsi yaxın dövrlərdədir. Keçmiş bəzi əfsanələrdə, göydən gələn varlıqlardan danışılar. Bunların rəsmi də çəkilmişdir. Amma UFO-lar günümüzün mesajçılarıdırlar və bizimlə bizim texnikalarımızı (radio dalğaları, səs, görünüş və s.) istifadə edərək ünsiyyət qururlar. İnsanları xəbərdar edirlər. Bu gedişatın fəlakət olduğunu xəbər verirlər. Yəni artıq bizimlə danışırlar və bizə Allahın ayətlərini, dinini anlamadığımızı söyləyirlər.
Raqib əl-Isfahani, "Müfrədat" (Ərəbcədə "Tədris planı" deməkdir) adlı təfsirində (səhifə 165) "İnsanlarla danışacağı" ifadə olunan bu dabbənin, o ana qədər bilinən, görülən bir varlıq olmadığını xüsusilə vurğulayar və qiyamət əvvəlində çıxacağını ifadə edər. Ayətdə keçən "Fil-Ardi" (yerdə) ifadəsi də "Atmosferin içində" mənasına gəlir. Çünki Ard, atmosferiylə birlikdə Ard (Yer planeti) xüsusiyyəti daşıyar. Ard sözünün "artikl" (qrammatikada "Müəyyən isim") olaraq istifadə edilməsi göstərir ki, bu varlıqlar atmosfer içində görülməyə başlayacaqlar. Necə ki, biz də UFO-ları ancaq atmosfer içinə girdikdən sonra görə bilirik. Halbuki, onların atmosfer xaricində görüldüklərini də bilirik ("Apollon 14"ün məlumatları). Müsəlmanlar 14 əsrdir bax bu dabbədən (dabbətul ard) danışıb dururlar, amma hər dönəmdə onunla əlaqədar təriflər dəyişib qarmaqarışıq bir hal alıb. Bunların qəflətən hücuma keçəcək (ki bu da olsa-olsa bəşərin artıq yararlı tərəfinin qalmaması nəticəsidir) yadplanetlilər olduğu deyilə bilər. Çünki, bu dabbə ilə əlaqədar rəvayətlərin birində onların gizli bir ümmət olduqları və zamanı gəldiyində içinə həbs edildikləri ölçüdən çıxıb hücuma keçəcəkləri ifadə olunur. Tayr sözünün bizi maraqlandıran şəkliylə ilk keçdiyi ayət Ənam Surəsinin 38-ci ayətidir. Bu ayətdə "Yer üzündə elə bir canlı və iki qanadıyla uçan bir ´uçucu´ yoxdur ki, sizin kimi özlərinə xas qanunları olan bir ümmət olmasınlar" deyilər. Burada ´tayr´ sözündən məqsədin bilinən quşlar olduğu açıq-seçik müəyyən olur. Çünki onlar "Ümmət" (birgə yaşayanlar) deyə xarakterizə edilirlər. Cənabi-Haqq, "tayrun yatiru bi cənahayhi" deyərək ikiqanadlı quşlardan danışdığını xüsusilə vurğulayır. Ancaq bir sonrak ayətdə Cənabi-Haqq "Kitabda (xatırlanması lazım olan) heç bir şeyi əskik buraxmadıq" deyərək, bilinən ´dabbə´ və bilinən ´tayr´ın xaricində irəlidə və gələcəkdə qarşılaşıla biləcək digər uçucuların və ya canlıların da öz varlığı və öz qüdrəti altında olduqlarını xatırlatmış olur. Qurani-Kərim də tez-tez bu cür şərhlər verir. Bir ayətdə Cənabi-Haqq, dövrün bilinən minikləri olan eşşək, at, qatır və dəvəni andıqdan sonra; "Biz daha onlar kimi nə qədər miniklər yaratmışıq" deyərək, həm o dövrün insanlarına ağla zidd olmayan bir ibrət dərsi vermiş olur, həm də çağımızda artıq təyyarə, roket, vertolyot, qatar, avtomobil və gələcəkdə çıxarılması mümkün olan miniklərə də insan zehnində qapı açmış olur. Həmçinin, bir başqa ayəti-kərimədə, Cənabi-Haqq insana, yerlərdə, dənizlərdə və göylərdə keçidlər və yollar yaratdığını söyləmişdir ki, bu ayət, bu gün dünənkindən çox daha dərin mənalar ehtiva etməkdədir. Necə ki, texnologiya inkişaf etdikcə, elmi işlər yeni-yeni gerçəklər ortaya çıxardıqca Qurandakı bir çox ayət də məna qazanır və nə demək istədiyi daha yaxşı aydın olur. ´Tayr´ sözü də bu növdən bir sözdür. Qurandakı hər ´tayr´ sözünün quş olmadığını bu gün çox daha yaxşı anlayırıq.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Quranda UFO-lar 5.
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Quranda UFO-lar 1.
» Quranda UFO-lar 2.
» Quranda UFO-lar 3.
» Quranda UFO-lar 4.
» Quranda UFO-lar 6.

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Kainat-
Jump to: