ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Quranda UFO-lar 4. Sat Nov 15, 2008 2:15 pm | |
| "Yadplanetlilər var" deyildiyi zaman dərhal irəli sürülən bir etiraz var. Deyilir ki, "Günəş sistemində başqa dünya yoxdur. Bizə ən yaxın ulduz qrupu, yəni qalaktika Andromedadır və bizə bu bir neçə milyard işıq ili məsafədədir. Bu qədər uzun bir məsafəni obyektiv varlıqların aşıb gəlmələri mümkün deyil.. Bu izah, daim irəliyə doğru axmaq üzrə nizamlanmış insan məntiqinin bir əsəridir. Halbuki şüalanma və relyativisiya bu etirazları nəticəsiz buraxmaqdadır. Qurani-Kərimdə Hz. Süleymanın "gudvvuha vəhrun və rəvahuha vəhrun´ (gedişi bir ay, gəlişi bir ay) deyə xarakterizə edilən miniyi ilə, Kralıçanın taxtının, bir saniyədən də az bir zaman içində Yəməndən bu günki Qüdsə şüalanması bu etirazlara açıq cavablar verir. (Səbə Surəsi, 10. Ayət və davamı)
Guduv gedişi, rəvah gəlişi izah edər. Qısacası Süleymanın miniyinin sürəti, gediş-gəliş altmış gün/saatdır. Quranın ifadəsində bir gün, bizim saydıqlarımızla 1000 (min) ildir. Demək ki, Süleymanın miniyinin sürəti 1.000 x 60 = 60 min il/saatdır. Bu da saniyədə 1000 işıq ili deməkdir. (22/ 47)
İnsanın qəbul edə bildiyi, ya da fərz etdiyi ən böyük sürət hələlik işıq sürətidir. (Halbuki, təsəvvüfdə ´nur sürəti´ deyilən və xəyaldan daha sürətli olan bir sürət vahidi vardır) işığın saniyədəki sürəti 300 min kilometr olduğuna görə -ki işıq kosmosun bütün guşəsini və zərrəsini keçər- Hz. Süleymana verildiyi ifadə olunan miniyin sürəti işıq sürətindən də yüksəkdir. Bu da ağla, bu günki məlumatların işığında izah edəcək olsaq, şüalanma sürətinin sürətini göstərir. Çünki, Kraliçanın taxtı, göz bağlayıb açana qədər Yəməndən Qüdsə daşınmışdır. Və üstəlik bunu da "Rəculn indəhu minəl kitabi elmin" (ensiklopedik məlumatlara (bu təcrübi məlumatları da ehtiva edir) sahib bir adam) deyə səciyyələndirilən bir insan bacarmışdı. Bu ifadə, bizə elmi işlərlə insanlığın vara biləcəyi sərhədləri çox dəqiq olaraq göstərir. Çünki, bu işi etməyə Cin taifəsindən bir ´ifrit´ də istəmişdi. Ancaq onun dediyi müddət bir az daha uzun idi. Yəni ´ayağa qalxıb oturacaq qədər´ bir müddət. Hz. Süleyman bu müddəti uzun hesab etdi və bu günün ifadəsiylə texnoloji məlumata da sahib olan köməkçisindən tələb etdi və Taxt bir anda hazır oldu.. Kraliça, gəlib də taxtını orada tapınca ona soruşuldu; "Bu taxt sənindirmi?" Kraliçanın verdiyi cavab, bu gün ´virtual həqiqətlər´ deyə xarakterizə edilən elmin də ilk tərifi idi: "Sanki odur!" Bu gün virtual varlıqlara ingiliscədə ´sanki odur´ deyilməsi olduqca maraqlı deyilmi? Demək ki, bizim özümüzü işıq sürətinə həbs edip, ondan daha sürətli obyektiv varlığın daşınmasını yadırğamamız, yalnız və yalnız məlumatlarımızın hələ primitivlikdən xilas olmamış olmasından qaynaqlanır.
Bizim işıq sürətinə həbs edilmiş olmamız, başqa varlıqların da bu sürətə həbs olunduğuna inanmamızı tələb etməz. Kosmosda, -əlbəttə təbiətləri yaşadıqları planetin təbiətinə uyğun dizayn edilmiş- varlıqlar vardır və olmalıdır. Necə ki, UFOların varlığı, demək olar ki, sabit olmuşdur. Amerika Birləşmiş Ştatlarının, 1960-cı ildə başlatdığı Apollon araşdırmaları kosmos uçuşlarına "müşayiətçi" uçan cisimlərin yoldaşlıq etdiyi, həm astronavtların səs qeydləriylə, həm də çəkilən şəkillərlə isbat edilmişdir. Bilindiyi kimi Aya ilk enən Apollon 14-dən çıxıb Ayda yeriyən və burada xatirə rəsmi çəkdirən astronavtların arxa planında iki UFO poza vermişdi. Bu tarixi kosmik səfərin iki UFO-nun bələdçiliyində reallaşdığını NASA çox yaxşı bilməkdədir. Hətta xatırlasanız, bu rəsmi çap edən "Time" jurnalı tez-tələsik yığdırılmışdı. Həmçinin astronavtların səs qeydlərində bu cisimlərdən açıq-açıq danışıldığı və Ayda son dərəcə ahəngli, əsrarəngiz bir musiqinin eşidildiyi xəbəri də o sıralarda mətbuata əks olunmuşdu. Burada, xüsusilə cinlərin ´təməssül etmə´ (istədiyi forma girib görünmə) qabiliyyətindən xəbərdar olanlar deyə bilərlər ki, UFO-lar, cinlərin bir oyunudur. Bu çox da ağla uzaq olmaz. Cinlər ancaq atmosfer içində belə görünüşlər verə bilərlər. Lakin Apollon 14-ə bələdçilik edən uçan cisimlər atmosfer xaricində bunu reallaşdırmışdılar. Demək ki, bunlar cinlər ola bilməzdilər. | |
|