ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Quranda UFO-lar 6. Tue Nov 18, 2008 12:29 pm | |
| "Uçan Ümmət". Bu təbir ətrafında bir az fikir yürütdüyümüz zaman, quşlarla birlikdə, yadplanetliləri də bir ümmət qəbul etməkdə çətinlik çəkmərik. Üstəlik "Biz kitabda xatırlanmamış heç bir şey buraxmadıq" tənbehi, bizləri, bilinənlərin kənarında, geniş düşünməyə sövq etmək üçündür. Çünki hər ayətin həm ümumi bir baxışı həm xüsusi baxışı vardır. Yəni bütün zamanlara ümumi xitab etdiyi kimi, hər bir zamana da ayrı-ayrı göndərmələr edər. Tayr sözünün Yasin Surəsində olduğu kimi ´uğursuzluk´, ´vəbal´ və ´məsuliyyət´ mənası daşıması da maraqlıdır. Xüsusilə Mülk Surəsində kosmosdan ediləcək hücum ilə birlikdə düşünüldüyü zaman insanlıq üçün bu sözün niyə bu anlamları daşıdığını anlamaqda çətinlik çəkmərik. .(27/47; 36/19) Nur surəsinin 41-ci ayəti də maraqlıdır. "Görmürsünüzmü, yer üzündəkilər də, göydəkilər də və bölük-bölük qruplar meydana gətirən ´tayr´lar da (Diqqət yetirin, “quşlar” yox, “tayr”lar, yəni uça bilən hər bir canlılar. Z. Bünyadovun tərcüməsi daxil, heç bir tərcümədə bu xüsusa diqqət yetirilməyib.) heç qürrələnmədən Allahı təsbih edirlər". Ayətdə keçən "Mən fis-səmavati vəl-ardi" ibarəsi üzərində xüsusilə dayanılması lazım olan bir ifadədir. Çünki Ard sözü tək olduğu halda ´Səma´ sözü çoxluqda istifadə edilmişdir. Yəni "mən fis-Səmai" deyilməmiş də, "mən fis-səmavati" deyilmişdir. Halbuki ayətin ümumi axışı içində Səma sözünün ´təklik´ ifadə etməsi daha məqbul görülür. Əgər bu söz tək istifadə edilmiş olsaydı, Tayr sözündən ancaq atmosfer içində həyatlarını davam etdirə bilən quşları anlamaq məcburiyyətində qalacaqdıq. Ayrıca ´mən´ ədatı da insanlar kimi şüurlu varlıqları izah etmək üçün istifadə edilmişdir. Quşlar üçün ´mən´ ədatı istifadə edilməz. Yaxşı, bəs səma sözünün tək deyil də "səmavat" (göylər) olaraq çoxluqda istifadə edilməsinin hikməti nədir? Əgər, daha sonra gələn "ət-Tayr" sözündən məqsədin bizim bildiyimiz və yalnız atmosfer içində varlıqlarını davam etdirə bilən uçucular (quşlar) olsaydı, bu sözün də "səma" olaraq istifadə edilməsi daha uyğun olardı. Halbuki Səmavat bütün laylarıyla "kosmosu" ehtiva edir. Demək ki, atmosferimizin xaricində də bölüklər meydana gətirərək yaşayan və bir növ ümmət (yəni birlik) olan uçucular vardır. Quran onlara da işarə edir. Və onların da özlərinə düşən vəzifələri bildiyini xatırladır, ardından da "Allah" onların da nə etdiyini bilər deyir. Nəml surəsində isə Cənabi-Haqq, ´tayr´ birliyi ilə ünsiyyət qurmanın yolunu göstərir. Hz. Süleyman bildiyiniz kimi bütün texniki qüdrətlərlə təchiz edilmiş böyük peyğəmbərlərdən biridir. Bu günki texnologiyamızın ilk ipuclarını həmişə Onun möcüzələrində görərik. Səs və əşyanın şüalanması, köçürülməsi, havanın daşıyıcılıq xüsusiyyəti (aerodinamika), rezonans, səsin gediş və gəliş müddətləri, səsin sürəti, fövqəl varlıqların bir çox işlərdə istifadə edilməsi (məsələn cinlərin Süleyman məbədinə bilavasitə işlədildikləri Quranda zikr edilir) kimi. Bax, fövqəl varlıqlarla əlaqə və ünsiyyət qurula biləcəyini də Hz. Süleymanın dilindən köçürülən bu ayətdən anlayırıq; Süleyman Davuda varis olub dedi ki; Ey İnsanlar! Bizə ´məntiqut-tayr´ (uçanların dili) öyrədildi və bizə hər şeydən verildi (Nəml, 16) Burada bizi maraqlandıran "məntiqut-tayr" dır. ´Məntiq´, ´nataqa´ sözünün məsdəridir. Nataqa ´söz söylədi´ ´(insan) danışdı´ deməkdir. Quşların danışmasını izah etmək üçün ilk etapda ağla gəlməsi lazım olan bir hərəkət deyil. Bunun yerinə ´kəlləmə´ felinin məsdəri olan ´takəllum´ da istifadə edilə bilərdi, amma istifadə edilməmişdir. Çünki takəllum, bilavasitə insana aiddir. İnsanın danışmasına ´takəllum´ deyilir. Buradakı danışma ´məntiq´ sözünün ikinci mənası olan ´maquliyyət´i də xatırladır. Beləcə ´uçan´ cin və ya quşlarla qurulacaq ünsiyyətin insanların danışmasına bənzəmədiyi xəbərdarlıq edilmiş olur. Nataqa sözü cansız varlıqlar üçün də işlənir. ´Nataqal-avdu´ (səs çıxardı) mənasınadır. Yəni ´nataqa´ feli, zehni ünsiyyəti və siqnalları ifadə edir.
Demək ´uçucularla´ ediləcək xəbərləşmə və ya ünsiyyət ancaq siqnallarla olacaq, bildiyimiz sözlərlə deyil.. Necə ki, atmosfer xarici varlıqlarla insanların qura bildiyi ünsiyyətlər radio-dalğaları və siqnallarladır. Bu ayətdə Hz. Süleyman, insanlara yadplanetlilərlə ünsiyyətin yollarını öyrədir. Bunun bildiyimiz dil formalarıyla deyil, daha universal bir ünsiyyət yolu olacağını xatırladır. Necə ki ´takəllum´ ünsiyyət qurma formalarının ən alt təbəqəsidir. Balinaların ünsiyyəti belə biz insanların ünsiyyətindən daha maraqlıdır. Yuxarıda zikr etdiyimiz ayətdən iki addım sonra gələn ayətdə də Süleymanın qarışqalarla qurduğu ünsiyyətə şahid olarıq. Süleymanın insanlar, cinlər və ´tayr´lardan (bu söz təəssüf ki, bütün təfsirlərdə ´quş´ deyə keçər. Çünki o dövrlərdə bilinən tək uçucu quşlardır) ibarət olan ordusu Nəml (qarışqa) vadisinə girdiyi zaman Süleyman qarışqalar kralının öz xalqına "Ey qarışqalar yuvalarınıza çəkilin. Süleymanın ordusu sizi bilmədən əzə bilər." dediyini eşitdi. Bu hissin və eşitmənin bizim bildiyimiz tərzdə olmayacağını çox yaxşı təxmin edərsiniz. Necə ki, Süleyman, bu çağırışı eşidib qəbul edincə təbəssüm etdi və "Mənə verdiyin nemətlərlə məni azdırma ya Rəbbi" deyə Allaha dua və şükr etdi.. Ənbiya surəsi, 79-cu ayət, Səbə´ surəsi 10-cu ayət və Sad Surəsi 19-cu ayətlərdə dağların və quşların Hz. Davuda baş əydirildiyi və onun əmrinə verildiyi ifadə olunar. Burada söz mövzusu etdiyimiz ayət Səbə´ surəsinin 10-cu ayətidir. Bu ayətdə Allah, dağları quşları Davudun əmrinə verdiyini xatırladar-xatırlatmaz, ona mədənləri əritməyi öyrətdiyini də xatırladır. Bir-biriylə əlaqəsiz kimi görülən üç şey arxa-arxaya sıralanar. Halbuki bu gün bu üç ünsür arasında çox rahat əlaqə qura bilirik. Dağlar hər cür mədənin qaynağıdır. Onların Davudun çağırışına eyniylə cavab verməsi, həm əks-sədaya (exo), həm də mədəndəki səs xüsusiyyətinə işarə var. Dağların canlı varlıq kimi Davuda səs verməsi, quşların ona boyun əyməsi və mədənlərin ilk dəfə onun tərəfindən əridilməsi bir möcüzə olaraq xatılanır. | |
|