Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Quranda UFO-lar 11.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Quranda UFO-lar 11. Empty
PostSubject: Quranda UFO-lar 11.   Quranda UFO-lar 11. Icon_minitimeSun Dec 07, 2008 4:01 pm

İndi, Qurani-Kərimin ətrafında ən çox müzakirə edilmiş iki ayətini ələ alacağıq. Mülk surəsinin 16 və 17-ci ayətləri olan bu ayətlərdə belə deyilər: "Göydə olanın, sizə qəflətən hücum edib sizi yerə göməcəyindən etibardasınızmı? O an bir də görərsiniz ki, yer təməlindən sarsılmışdır.Göydə olanın üzərinizə tüstüsüz atəşlərlə hücum etməsinə qarşı özünüzü necə zəmanətdə hiss edərsiniz? Bax, o an hədə necə olarmış, qorxu nəymiş anlayarsınız". Bu iki ayətdə keçən "mən fi´s-səmai" həm Allaha dair inancla əlaqədar müzakirələrə səbəb olmuş, həm də "göydəki" ndən məqsədin nə olduğu müzakirə mövzusu olmuş. Üzərində ittifaq edilən bir xüsus varsa, bu "mən" ilə tərif edilən varlıq və ya varlıqların Mələk əhatəsinə girmədiyidir. Elə isə bu "mən" ədatıyla işarə edilən bu, (və ya bunlar) kim(lər)dir? Bəzi təfsirçilər, "mən" in Allaha baxdığını irəli sürmüşlər və "Allah göydədir" demişlər. Bu yanaşma isə "Allahın məkansızlığı" qanununa tərs düşür. Cənabi-Haqq, öz Şəxsiylə əlaqədar "Onun kürsüsü (taxtı) göyləri və yeri içinə alar". (Bəqərə 255) deyə bəyan edər. Elə isə, onu "Göydəki" deyə təyin etmək yanlışdır. Çünki göyün hamısı onun təsir sahəsi içərisindədir. Üsdəlik "Heç bir şey onun bənzəri ola bilməz". (Şura, 11) ayəti işığında Onu göydə təsəvvür etmək və "Göydə olan" ifadəsindən Allahı anlamaq səhvdir, XƏTAdır. Elə isə, bu "göydəki" və ya "göydəkilər" kim(lər)dir? Mələk! deyil. Allah! o heç deyil. Cin isə bir Yer varlığıdır. Şeytan, yaradılış forması etibarıyla "mələk" sinfinə girər. Demək ki, bu iki ayətdə keçən və "mən fi´s-səmai" deyə xarakterizə edilən varlıqlar başqa növ bir varlıqdır. Almalılı Həmdi Yazar, təfsirində, "mən" ifadəsindən Allahın aydın ola biləcəyini qəbul etdirmək üçün üç səhifəlik bir şərh edər. Təbii nəticədə, o da bilinənlərdən və zamanının sahib olduğu məlumatlardan hərəkətlə təfsir etmişdir. Bu təfsirin edildiyi dövr üçün UFO-lardan danışmaq mümkün deyildi. Çünki belə bir məlumat yox idi və hələ onlar (UFO-lar) Zülqərneynin hördüyü ölçü (zaman) həbsində idilər. Lakin bunların tarixin heç bir dövründə istifadə edilmədiklərini söyləmək çətindir. Yox edilmiş qövmlərin yoxediliş formaları araşdırıldığında atom bombası da daxil, şüalanmaya qədər dəyişik üsulların istifadə edildiyi görülər. Məsələn; Ləykə Xalqı yox edilmişdir. Yəni sabahısı gün şəhərə gələnlər tamamilə bom boş bir şəhər gördülər. Üstəlik bir tək cənazə də meydanda yox idi. Tamamilə ortadan qaldırılmışlar və Geliboluda (Türkiyədə, Çanaqqala döyüşləri əsnasında) itən ingilis polku kimi yox olub getmişdilər. Həmçinin Lut qövmünün cəzalandırıldığı gecə, şəhəri səhərə yaxın tərk edən Lut Əleyhissalam və bərabərindəkilərə verilən ən möhkəm təlimat, partlama anında dönüb arxaya baxmamaları idi! Hətta bəzi rəvayətlərdə dönüb geriyə baxan birinin "kor olub, daş kəsildiyi" ifadə olunar. Bu və bənzəri təsvirlər və rəvayətlər bizə bir atom bombasını xatırladar. Əlbəttə ki, Cənabi-Haqq qüdrət sahibidir. Amma O, bu "səbəblər dünyası"nda qüdrətini vasitələrlə göstərər. Mələklər kimi, yuxarıdakı ayətlərdə "mən" işarəsiylə tərif edilən mələk xarici varlıqları da bu məqsədlə istifadə etmiş ola bilər və bu Onun qüdrətinə xələl gətirməz.. Nəticə olaraq, göydəkilərin (siz buna yadplanetli deyin) insanlara istiqamətli bir hücumları söz mövzusudur və bu çox şiddətli olacaq. Necə ki, eyni surənin 20-ci ayətində Cənabi-Haqq, "Rəhmanın nəzdindəki bu ordulara qarşı hansı ordularla müqavimət göstərəcəksiniz?" deyə soruşur. Rəhmanın ordularının xüsusiyyətləri isə 19-cu ayətdə izah edilər. "Onlar, üzərlərində uçan quşlara baxmırlarmı? Onları göydə tutan, boşluqda uçmalarını təmin edən Rəhmandır." deyilir. İndi 16-20-ci ayətlərini birlikdə şərh edək; "Kosmosdakıların qəflətən sizə hücum edib sizi yerə gömmələrinə qarşı necə etibarda ola bilərsiniz? Onlar bunu etməyə müqtədirdir. O zaman görəcəksiniz ki, altınızdakı yer sarsıntılar keçirir. Həm siz yadplanetlilərin sizə tüstüsüz atəşlərlə (hasb, həsb) (bu günün məlumatlarıyla lazer) hücum etməyəcəklərindən əminsinizmi? Xeyr-xeyr, əmin olmayın. Bunu edəcəklər. Və siz o zaman qorxudulmaq necə olarmış, dəhşət nəymiş anlayacaqsınız. Xatırlayın, daha əvvəl də bizim xəbərdarlıqlarımızı, peyğəmbərlərimizin gətirdiyi məlumatları vecinə almayan qövmlər oldu. Onları necə cəzalandırıb yox etdiyimizi görmürsünüzmü? Bunu edə biləcəyimiz mövzusunda bir şübhənizmi var? Şübhəniz olmasın. Üzərinizdə uçuşub dayananlara (quş, təyyarə, vertolyot, mərmi və UFO) baxmırsınızmı? Onları o boşluqda tutan Rəhmandan başqası deyil. O hər şeyi görəndir. Həm onlara qarşı özünüzü nə ilə müdafiə edəcəksiniz? Bu əlinizdəki ordularlamı? Rəhmanın qüdrətli ordularına qarşı özünüzü bu ordularlamı müdafiə edəcəksiniz? Təəssüf! Gerçəyi görməməkdə israr edənlər, hiyləçi bir qürur içindədirlər. Nə üçün gizlədirlər?" Bəli, hiyləçi bir qürur içində, kimimiz UFO-ları minik olaraq istifadə edən varlıqları vecinə almazlıqdan gəlirik, kimimiz inanmırıq, kimimiz işi təhrif edirik. Necə ki, Cənabi-Haqq; "Biz sizləri bir quşluq vaxtı, oyunla-oynaşla məşğulkən və qəflət içində haqlayarıq. Siz buna qarşı tədbir görmək məcburiyyətində olduğunuz halda (ey müşriklər) dayanıb-dayanıb eyni sualı soruşursunuz; "Haydı söyləyin bu iş nə vaxt olacaq!" Ey Məhəmməd, de ki; "Onun nə vaxt olacağının məlumatı Allahın qatındadır. Mən yalnız bir xəbərdarlıqçıyam" deyə buyurur. Bu gün də bütün UFO ilə əlaqədar olanlar əldə etdikləri məlumatları cəmiyyətlərdən gizləyirlər. Xüsusilə Amerikanın əlində UFO-ların varlığını isbat edəcək qədər məlumat və sənəd mövcuddur. Bunların böyük bir qismi zaman-zaman mətbuata da sızdı. Amma heç bir rəsmi şəxs çıxıb bu mövzuda bir şey söyləmir. Bu da İlahi bir hökmdür. Çünki insanlıq buna layiq olacaq və tədbir görmədiyi üçün qəflətən yaxalanacaq. İnsan qədərindən qaça bilmir . Əgər etiraf edilsə ki yadplanetlilər var və bunlar insanlarla ünsiyyət qurub insanlığı səhvlərindən vaz keçirməyə çalışırlar, bəlkə ciddi bir tədbir görülər. Amma vəd edilən olacaqdır. Ona görə də, boş bir qürura qapılıb hadisəni görməzlikdən gəlmək bizə bir şey qazandırmayacaq.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Quranda UFO-lar 11.
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Quranda UFO-lar 12.
» Quranda UFO-lar 1.
» Quranda UFO-lar 2.
» Quranda UFO-lar 3.
» Quranda UFO-lar 4.

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Kainat-
Jump to: