Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Quranda UFO-lar 12.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Quranda UFO-lar 12. Empty
PostSubject: Quranda UFO-lar 12.   Quranda UFO-lar 12. Icon_minitimeMon Dec 08, 2008 5:31 pm

"Və´s-Səmai və´t-Tariki". Surə bu andla başlayar. Mənası; "Səmaya və Tariqə and olsun." deməkdir. Cənabi-Haqq, bir şeyin həqiqətinə, əhəmiyyətinə diqqət çəkmək istəyirsə onun adına and içmişdir; "Fəla uksimu bi-məvaki`i´n-nucumi" (ulduzların mövqeyinə, yerinə and olsun). Burada Cənabi-Haqq, ulduzların yerinə and içərək bu məsələyə diqqət çəkir ki, bu da ölmüş ulduzların kosmos içində meydana gətirdikləri dərin anaforları xatırladar. Ulduzların, kainatın genişləməsindəki əhəmiyyəti bu gün çox yaxşı bilinməkdədir. Bilindiyi kimi, hər ulduzun müəyyən bir ömrü vardır. Yanacağı bitdikdən sonra soyuyar və işığını itirər. Kütləsi kiçilər və sıxlaşar. Həcminə görə super bir ağırlık qazanar və kosmosu bükər. Eynilə dörd ucundan tutulmuş bir çarşafın ortasına qoyulan çox ağır bir cismin çarşafı dibə doğru qıf kimi bükməsi kimi. Ölü ulduzlar da eynilə elə kosmosu bükərlər. Beləcə o əyimə yaxalanan bütün cisimlər, ulduzlar, planetlər bu qıfa diyirlənərək o ölü ulduzla yenidən birləşərlər. Bu birləşmə ölü ulduzun genişləməsinə və həcm olaraq yenidən böyüməsinə gətirib çıxarar və sonra ani bir sıçrayışla partlayar və saysız yeni ulduzların doğulmasına səbəb olar. Cənabi-Haqqın bu hadisəyə and içməsi əlbəttə bunun kainatdakı əhəmiyyətinə diqqət çəkmək üçündür. Tariq surəsinin başında da buna bənzər bir andla "kosmos" və "tariq"ə diqqət çəkər. Sətir aralarında "Səma" sözüylə iligili məlumatlar verdik. Burada Tariq sözü üzərində öncəliklə dayanacağıq. Tariq, "tərq" kökündən ismi-feldir. Tarq çarpmaq, şiddətlə vurmaq mənasındadır. "Gecə gəlib qapını döyən" mənası da var. Həmçinin, "yol" mənasına gələn "Tariq" (Təriq) də bu sözdən gəlir. Bu ad, gəlib keçən yolçuların ayaqlarını yerə vurmalarından kinayə olaraq yol üçün ad olmuşdur. Amma daha sonra "gecə gələn", "gecə görünən" anlamında xüsusi məna qazanmışdır. Almalılı Həmdi Yazar, Tariq sözünə "Gecə gəlib qapı döyən və könül hopladan ziyarətçi" şəklində şərh gətirər. Və sonra bu maraqlı cümləni söyləyər: "Gecə ortaya çıxıb, gözə-könülə çarpan hər şeyə, hətta xəyali görüntülərə belə tariq deyilmişdir". İkinci və üçüncü ayətdə "Və ma ədrakə ma´t-Tariq. Ən-Nəcmu´s-Sakib". (Tariqin nə olduğunu haradan biləcəksən? O qaranlığı yarıb gələn ULDUZdur) buyurular. Burada üzərində xüsusilə dayanılması lazım olan söz Sakib sözüdür. Almalılı Həmdi Yazar, "Ən-Nəcmu´s-Sakib"in izahını edərkən belə deyir:"Nəcmu´s-Sakib, dəlik mənasında "sakb" kökündən "deşən ulduz" demək olub, işığının qüvvəsindən ötrü qaranlığı deşirmiş kimi görünən hər parlaq ulduza deyilir. Necə ki, eyni məna ilə şihablara (meteorlara) və sayrışan ulduzlara da "sakib" deyilmişdir. Bir də, "Quş yuxarı yüksəldi" mənasında "Sakaba´t-Tayru" olduğu kimi sakb, alçalan-yüksələn ulduz olaraq da aydın olmuşdur. Bəzi təfsirçilər ona görə "nəcmu´s-Sakib"i yüksək ulduz deyə də şərh edərlərlər. Bu halda "Ən-Nəcmu´s-Sakib"in başındakı "Ləm" (sözü müəyyən edən ön əlavə) növ ifadə edən "Ləm" olmaq üzrə, gecə görünən hər hansı bir ulduz və ya parlaq cisim bu tərifə girər". İndi bu ifadələri diqqətlə araşdıraq. "Dələn ulduz" təbiriylə diqqət çəkilən şey, əgər həqiqətən ulduz olsaydı, bunun bütün ulduzlar üçün etibarlı olması lazım idi. Çünki nəticə olaraq bütün ulduzlar bir şəkildə qaranlığı deşib bizə çatırlar. Lakin bu sözün meteor və sayrışan ulduzları da məna tərəfindən içinə aldığını düşünəcək olsaq, bu ayətin, atmosferin içindəki bir deşmədən danışdığını anlayarıq. Necə ki, UFO-lar, daha çox gecə görünərlər. Həm "Nəcm" sözü, həm də "sakib" sözü artikl götürmüş müəyyən sözlərdir. Demək ki, bu, başlı-başına bir növdən xəbər verir. Bu cür ulduzlar gecə ortaya çıxıb könül hopladan və qorxudan ulduzlardır. Qorxutmalarının səbəbi tanınmamış, bilinməmiş olmalarıdır. Halbuki ayət onların "tanınan, bilinən" şeylər olduğunu xatırladır(Sözə artırılmış artikl ilə. Bir az ərəbcəsi olanlar ayətdən bunu sezə bilər). Necə ki biz; "Gecə ortaya çıxıb ulduzları xatırladarcasına bir görünüb bir itən və birdən ortaya çıxıb birdən gözdən itən bütün bu ulduzu xatırladan uçucular"a UFO deyirik. İndi ayəti bir dəfə daha tərcümə edək: "Səmaya və qəflətən göy üzündə meydana çıxaraq ürəyinizi hopladan ulduzu xatırladan uçuculara and olsun". Yaxşı, Cənabi-Haqq nə üçün belə bir and içir?
1- Bu şeylərin mahiyyətinə diqqət çəkib onu anlamamıza təşviq üçün.
2- Bu iki ayətin dərhal ardından gələn "Ən kullu nəfsil-ləmma aləyhə hafiz" sirrinə dəlil təşkil etməsi üçündür. Yaxşı, bəs bu nə deməkdir? "Biz heç bir şüurlu nəfs yaratmadıq ki, onun üzərində bir müşahidə edici, bir qoruyucu olmasın" gerçəyinə diqqət çəkmək üçündür. Ayət bizə, o ulduzu xatırladan şeyləri başıboş və idarəsiz sanmamamız lazım olduğunu xatırladır. Və deyir ki "O gördüyünüz və gecə qəflətən ortaya çıxıb ürəyinizi hopladan ulduzu xatırladan uçucular boş deyil. Onları da idarə edən qullarımız var. Onların da üzərində müşahidə edicilər var". Hər bir üst ölçü bir alt ölçü üzərində müşahidə edici və qoruyucudur. Necə ki, biz əlimizin altındakı əşya və heyvanları müşahidə edər və onları qorumağa çalışarıq. Bizdən üstdəki varlıqlar olan mələklər və kosmosun sair varlıqları da bir alt ölçü olan bizləri güdər və qoruyarlar. Burada zikr edilən qoruyucular, bizim mühafizə mələkləri dediyimiz qoruyuculardan daha fərqlidirlər. Yenə başqa bir ayətdə "Üzərinizdə mütləq müşahidəçilər və etdiklərinizi bilən yazıçılar vardır" (İnfitar; 10, 12) buyurular. Burada bəhsi keçən qoruyucular və yazıçıların mələk olduğu bütün təfsirlərdə zikr edilməkdədir. Ancaq yenə də ayət mətnində "mələk" sözü keçməz. Təbii ki, hər şeyin üzərində gerçək müşahidə edici və qoruyucu tək olan Cənabi-Haqdır.
Sadəliyinə və kiçikliyinə baxmayaraq bu qədər şənləndirilmiş və hər zərrəsi canlılarla təchiz edilmiş yer üzünə əvəz, qəsrlər və bürclərlə bəzənmiş kosmosun boş olduğunu fərz etmək mümkün deyil. Hər planetin, hər ulduzun öz təbiətinə uyğun "sakənə"ləri mövcuddur. Göylərdə də şüurlu bir həyatın varlığı qaçınılmazdır. Quran-Kərimin bildirdiyi növlərin müəyyən başlıqları mələklər, şeytanlar, cinlər, ruhanilər, dabbələr və insanlardır. Yaradılış forması etibarilə mələklər və şeytanlar bir-birinə bənzərlər, ruhanilər və cinlər bir-birinə bənzərlər, dabbələr və insanlar da bir-birinə bənzərlər və yaxın formalardır. Bunlardan mələk təşəbbüssüz, mütləq xeyir varlıqlar, şeytanlar təşəbbüssüz mütləq şər varlıqlar, cinlər, dabbələr və insanlar təşəbbüs sahibi, həm şərə, həm xeyirə qabiliyyəti olan varlıqlardır. Bunlardan cin, insan nəslindən əvvəl yer üzünün xəlifəsi idi. Onun xilafəti, insan nəslinin bu kürəyə göndərilməsiylə sona çatdı. İnsan nəsli də istiqamətini pozunca qiyamət qopacaq. Ancaq bu nöqtəyə gəlmədən əvvəl, kainatdakı hadisələrin yaradılmasında və tənzimində istifadə edilən varlıqlar buna müdaxilə edəcəklər. Ancaq, seçim etmə haqqı olan insanın davamlı pisi və fəsadı seçərək öz kainatını çirklətməsi və kosmosu da pozmağa başlaması səbəbiylə, üzərinə göydən bəlalar və ordular göndəriləcəyi Quranda əyan-bəyan izah edilməkdədir. Buraya qədər izah etdiklərimizlə insan zehnini yeni-yeni görülməyə başlayan və gedərək də gəlişləri sıxlaşan, istifadə etdikləri vasitələrə qısaca UFO dediyimiz varlıqlara (yadplanetlilərə) dair bir beyin məşqi etdik. Daha sağlam və mövzunun ekspertləri tərəfindən ediləcək bir araşdırma ilə çox daha geniş vəsait və məlumat tapılacağı şübhəsiz olan Qurani-Kərimdən onlara dair bir qədər bilgi təqdim etməyə çalışdıq. Təbii ki, hər şeyin ən doğrusunu ALLAH bilər.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Quranda UFO-lar 12.
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Quranda UFO-lar 1.
» Quranda UFO-lar 2.
» Quranda UFO-lar 3.
» Quranda UFO-lar 4.
» Quranda UFO-lar 5.

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Kainat-
Jump to: