ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Parapsixologiya 2. (PARAPSİXOLOGİYA ELMİNƏ QISA BİR GİRİŞ) Sun Jul 19, 2009 7:24 pm | |
| Parapsixologiya, keçdiyimiz əsrin başlarında ortaya çıxmış, ruhi qabiliyyətləri və onunla əlaqədar hadisələri araşdıran bir araşdırma sahəsidir. Başqa bir deyişlə, paranormal (fövqəl-normal) gücləri, faktları və qabiliyyətləri araşdıran bir elm sahəsidir. Parapsixologiyanı ləfzi məna olaraq araşdırsaq "Para" kənarında, fövqündə "Psixologiya" da psixiatriya deməkdir. Dilimizdə psixologiyanın fövqündə olmaqdadır. Parapsixologiya, metapsixik terminindən sonra Oesterreich tərəfindən icad edilmiş bir sözdür. Qədim materialist metapsixikaya verilən yeni addır. Prof. J. B. Rhine, tədqiqatları nəticəsində bəzi kəslərin fiziki duyğuları istifadə etmədən xarici dünyadan, ya da digər insanların zehinlərindən məlumat əldə edə biləcəklərini müşahidə edirdi. Bu fakta hislər xaricində qəbul etmə (İngiliscə qısaldılmışı: ESP extra sensory perception) adını verdi. Daha əvvəldən bu işlər üçün Fransız alim Boirac tərəfindən parapsixika ifadəsi istifadə edilirdi. Prof. Rhine və Prof. W. McDougall bu adı parapsixologiya terminiylə dəyişdirərək bu terminin beynəlxalq sahədə qəbul görməsini və ədəbiyyatda yerini almasını təmin etmişdir. | |
|