ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: ÖZ ÖZÜNÜ HİPNOZ (AVTO HİPNOZ)1 Sat Aug 02, 2008 2:46 pm | |
| Bir adamın öz özünü hipnoz edə bilməyəcəyinə dair köhnə bir inanc vardır və bu hipnoanaliz üçün də etibarlıdır. Hipnoanaliz qıdıqlama və ya qıcıqlanmağa bənzər. Adamın öz özünü hipnoanaliz etməsi olduqca çətindir. Yenə də rahatlama, anestezi və məhdud digər vəziyyətlər üçün self hipnoz tətbiq oluna bilər və davamlı vəziyyətlər üçün də self hipnozu tövsiyə etməyi düşünə bilərsiniz. Ən təsirli olacaq olanı, xəstə tamamilə özündə olmağa yaxın olmalı və xəstə ümumi hipnoz haqqında əməlli-başlı məlumat sahibi olmalıdır. Əgər xəstə transta ikən təlqinlər verilsə, self hipnozu öyrənmə daha asan olacaq. Xəstənin nizamlı seansları əsnasında faydalı olana paralel bir metod seçimi ediləcək. Sizin tövsiyə etdiyiniz təklifləri möhkəmlətməsi üçün xəstə self hipnozu istifadə edə bilər. Bir hipnotik transda təlqinlə xəstəyə "Sən mənim səninlə olduğumu və sənə etdiyim kimi sənə hipnoz üçün verdiyim təklifləri düşünərək öz özünü hipnotizə edəcəksən. Sənə vermiş olduğum və sənin öz özünə verə biləcəyin eyni oyanma təlqinlərini verə biləcəksən ki, self hipnozdan oyanmama qorxusuna sahib olmağına gərək qalmasın. Əlavə olaraq sizin avtomatik olaraq oyana bilməniz üçün biri sizin yanınızda olmalı, ya da başqa bir adam hipnotik vəziyyət əsnasında sizə lazımlıdır." Self hipnozu bacarmaq üçün istifadə edilən daha az məşhur üsullar və ya metodlar vardır. Bunlar, kaset lent yazıları ilə xəstəni hipnotizə edərək müalicə etmək, müalicə edici təkliflər və ya təlqinlər və öz üsulunuzla oyanmaq kimi müxtəlif metodları içinə alır. Hipnoz sonrasında xəstə bəzi təlqinlər yazılmış kaset dinləyəcək və daha sonrakı xəyali vəziyyətlərdə xəstə öz özünə hipnotik vəziyyətə girə biləcək. Yazılı təlqinlərlə və eyni yolun tətbiq olunmasıyla bu bacarılmışdır. Aşağıdakı nümunə “Cinsi Problemlərdə Hipnoterapiya” adlı kitabdan alınmışdır. A. TƏMƏL AVTO HİPNOZ Cinsi Problemlərdə Hipnoterapiyada birinci pillə, təməl self-hipnozun (avto hinozun) öyrənilməsidir. Təməl self-hipnozu yaxşıca öyrənmənizdən sonra, onu öz spesifik cinsi ehtiyaclarınıza necə adaptasiya edəcəyinizi hissə 6 və 7-də görəcəksiniz. Təməl avto hipnoz beş fazadan meydana gəlir: 1. Təbii ritmik tənəffüs. 2. Elmi bədən boşalması. 3. Müsbət xəyal qurma. 4. Avto-təlqin. 5. 'Reentry' (Geri Çevril) B. TƏBİİ RİTMİK TƏNƏFFÜS Təbii ritmik tənəffüs, bədəninizi öz tənəffüs ritminə keçməsinə buraxmanızı mümkün edər. Dərin-dərin nəfəs almaq üçün, özünüzü məcbur etmənizə ehtiyac yoxdur. Yalnız, özünüzü yatan bir körpənin rahatlığı və sükunətiylə nəfəs almağa buraxın. Fiziki olaraq, təbii ritmik tənəffüsün, bədənin boşalmış bir vəziyyətdə qalmasına kömək edərək, simpatik sinir sistemi funksiyasını azaltma meyli vardır. Sinir sisteminizin simpatik hissəsi, bədəninizin öz normal tutumunun üstündə artıq yüklənmənin məcbur edilməsindən məsuldur. Stress və ya təhlükə zamanlarında, təhlükəni qarşılaması lazım olan bütün orqanlar aktivə edilər. Simpatik sistem ürək sürətini artırar, hər döyüntüdə daha çox qanın vurulmasına səbəb olar. Göz qapaqlarınızı genişlədər, görmə həssaslığınızı artırar. Əlavə adrenalin istehsal edilər və bu da, qaraciyərinizi daha çox qlikoza ifrazı üçün xəbərdar edər. Stresi qarşılamaq üçün ehtiyac duyulmayan orqanlara (mədə kimi) gedən qan azaldılar. Buna, təhlükəyə cavab olaraq, bədənin mübarizəsi və ya qaçması deyilir, çünki, bədən təhlükəylə üz-üzə gəlmə və ya ondan qaçma yoluyla həyatda qalmanın yolunu axtarar. Bu mübarizə və ya qaçma vəziyyətində qalma, bədənin erroziyasına və zəifləməsinə gətirib çıxarar. Təbii ritmik tənəffüs, bədəninizi rahatlaşdırmağa kömək etmək və normal funksiyasına geri çevirmək üçün bir yoldur. Davamlı və nizamlı tənəffüs yoluyla, simpatik sinir sisteminin rahatlaşdırılması, prixoloji faydalar da təmin edər. Rahatlıq hissini artırar, əsəbiliyi yatırar, düşüncə mexanizmində rahatlama edər və yaxşılıq hissini oyandırar. Sadəcə təbii ritmik tənəffüs, parasimpatik sinir sistemini aktivə edərək bütün bədənin stresdən uzaq funksiyasını təmin edər. Bu tənəffüs tipinin faydalarını, müasir elm adamları kimi, keçmiş yoqa filosofları da bilirdilər. Təbii ritmik tənəffüs, maddi fəaliyyətdən uzaqlaşmanıza şərait yaradar, beləcə zehninizi hipnotik təcrübə üçün hazırlayar. C. ELMİ BƏDƏN BOŞALMASI 'Relaksasiya Cavabı' adlı əsərində Dr. Herbert Benson, sadə boşalma (skelet əzələsi gərginliyində azalma) ilə, relaksasiya cavabı (simpatik sinir sistemi fəaliyyətində azalma) arasındakı fərqi ifadə etməkdədir. Elmi bədən boşalması hər ikisini də əhatə edər. Təbii tənəffüs yoluyla eynizamanlı olaraq, əzələ gərginliyini azaltmağa və simpatik sinir sistemi akitivitəsini yavaşlatmağa çalışar. "Elmi" adını alar, çünki, eksternal işarələrə nəzarət edərək və ölçərək, bədənin nə vaxt boşaldığını təsbit etmək mümkündür. Bu eksternal əlamətlər, yavaşlamış bir tənəffüs sürəti, üz əzələlərinin boşalması, letarjik bir bədən posturu və biləkdən yüngülcə qaldırıldığı zaman, əldə və barmaqlarda bal mumu yumşaqlığı hissidir. Bu vəziyyəti, bir içki içmək, televiziya seyr etmək və ya siqaret çəkmək kimi yalançı boşalma adı verilən daha süni vasitələrdən ayırd etmək üçün də 'elmi boşalma' adı verilmişdir. Təcrübi işlər, elmi bədən boşalmasının dəyişik yollarla təmin edilə biləcəyini göstərmişdir. Harvard Universitetində bir fizioloq olan və boşalmanın xəstəliyi önləyə biləcəyi şəklindəki inancı səbəbiylə bu əsrin başlarında relaksasiya üzərinə araşdırma edən Edmund Jacobson, reziduel gərginliyin (hiss edə bilmədiyimiz əzələ gərginliyi) sıxlıqla xəstəliyin başladıcısı olduğu nəticəsinə vardı. Yalnız bir əzələni gərmə düşüncəsiylə belə, əzələ ilə elektrik reaksiyanın başlayacağını kəşf etdi. Daha sonra, Jacobson, bir əzələni boşaltma düşüncəsinin elmi relaksasiya edə biləcəyi nəticəsinə vardı. Elmi relaksasiyanı meydana gətirmək üçün bir texnika olaraq proqressiv relaksasiynı təklif etdi. Ancaq, onun metodu o qədər kompleks idi və o qədər çox praktik etməyi tələb edirdi ki, əsla məşhur ola bilmədi. İllər boyunca, elmi bədən relaksasiyasını təmin etmək üçün, başqa metodlar inkişaf etdirildi. 1920-lərdə, Almaniyada avto genetik təhsil hazırlandı və psixiator J. H. Schultz tərəfindən inkişaf etdirildi. Vizual xəyaletməni əzələ boşalmasıyla kombinə etməsinə baxmayaraq bu metod çox uzun idi və zaman itkisi idi. Elmi bədən boşalmasını təmin etmək üçün meditasiya da istifadə edilmişdir. Biofeedback, relaksasiya təmin etmək üçün, bədən-zehin ünsiyyətini istifadə etmənin daha müasir və irəli bir metodudur. Elmi bədən boşalmasını təmin etmək üçün, təməl self-hipnozun 4 fazasında sadə bir texnika təklif edilməkdədir. Bu texnikanın üstünlükləri çoxdur. Bir dəfə öyrənilincə, mövcud alternativ metodları istifadə edərək qısaldıla bilər. Hər hansı bir yerdə edilə bilər və xüsusi bir bacarıq tələb etməz. Bu relaksasiya vəziyyətini təmin edincə, zehininizi aydınlaşdıra biləcək və onu öz təlqinlərinizə açıq hala gətirə biləcəksiniz. D. MÜSBƏT XƏYAL QURMA Ağılınızın idarəsi əlinizdədir. Onu istifadə edərək, analiz və qiymətləndirmə edə bilərsiniz, hadisələrə obyektiv gözlə baxa bilərsiniz. Təcrübə edə bilər, yenidən yaşaya bilər, xəyalınızda canlandıra bilərsiniz. Birincisi, məntiq və fikir yoluyla real düşünmədir. Sonuncu, təxəyyülü və təcrübi düşüncəni istifadə edərək xəyal qurmadır. Cinsi Problemlərdə Hipnoterapiyanın ən əhəmiyyətli nöqtəsi olan müsbət xəyal qurma, təxəyyülün, müsbət zehni tablolar yaratmaq üçün elastik şəkildə istifadə edilməsidir. Müsbət xəyal qurma reallaşdığı zaman, zehinə və bədənə tam olaraq təsir edər. Uyğun olaraq reallaşdırılsa, belə xəyallar, bütün hislərinizə təsir edəcək qədər canlı və gerçəkdirlər. Zehininizdəki varlıqları iyləyə bilər, eşidə bilər, dadına baxa bilər və hiss edə bilərsiniz. Bu necə edilərr? Birinci pillə, bədənin tam olaraq boşalmasını təmin etməkdir, belə ki, zehin belə xəyalları qurmaq üçün sərbəst qalacaq. Təməl self-hipnozun təbii ritmik tənəffüs və elmi bədən boşalması fazalarından keçmənizin səbəbi budur. Kalifornia Böyük Tibb Araşdırma İnstitutundan Dr. Kroger və Dr. Fezlerə görə, daha sonra duyusal xatırlama yoluyla canlı olaraq xəyal qura bilər. Dr. Kroger və Dr. Fezler bir dəfə yaşanmış bir duyğunun, hər vaxt xatırlanacağını və hiss edildiyi zamanı xatırlama yoluyla, o duyğunun yenidən yaşana biləcəyini iddia edirlər. Fərz edin ki, özünüzü çimərlikdə istirahət edərkən xəyal edirsiniz. Başınızda duzun qoxusunu canlandıra bilərsiniz. Bunu öz-özünüzə 'Duz qoxusu hiss edirəm' deyə təkrarlayaraq deyil, qoxunu duyduğunuz xatirəni yenidən yaşayaraq edə bilərsiniz. Dr. Barbara Haritonun qabaqcıl çalışması kimi bir çox işlər, müsbət xəyal qurmanın, cinsi zövqün təməl bir parçası olduğunu göstərmişdir. Çünki, müsbət xəyal qurma, eşqdən uzaqlaşmağa gətirib çıxaran mənfi yanaşmaları təsirsiz hala gətirər və zehini daha çox cinsi zövq verəcək olan avtotəlqinə açar. Cinsi Problemlərdə Hipnoterapiya cinsi zövqü artırmaq üçün müsbət xəyal qurmağı öyrənmənizi təmin edəcək. E. AVTOTƏLQİN Hipnoz altındakı avtotəlqinlər həyatınızda mövqe tutmaq hiss etmək və ya cavab vermək yolunuzu dəyişdirməyə istiqamətlənir. Dr. Kroger və Dr. Fezler avtotəlqinlərin 3 qayda yönümündən idarə olunduğunu ifadə etməkdədirlər. 1. Konsentrə Diqqət Qaydası: Qəbul edilə bilər bir zehni mövhum üzərində həddindən artıq konsantrasiya sıxlıqla mövhumun reallaşmasına gətirib çıxarar. Lakin bu vəziyyət, yalnız fərdin mövhumu estetik və əxlaqi yönlərdən qəbul ediləbilir hesab etməsi halında hasilə gələ bilər. Tamamən zehni bir təlqinin təsiri yoxdur. Yəni, ejakulasiya problemləri olan bir adam, yalnız, öz özünə sadəcə, "Ejakulasiya refleksimi idarə edə bilərəm" deyərək irəliləmə təmin edə bilməz. Bunun yerinə, özünü hər detalından zövq aldığı və özbaşına ejakulasiyasını nəzarət etdiyi bir cinsi səhnədə canlı olaraq xəyal etməlidir. 2. Tərs Təsirlər Qaydası: Yalnız daha çox səy göstərdiyinizdə xatırlamaq daha çətin olar. Məsələn bir adı və ya açarlarınızı qoyduğunuz yeri xatırlamağı sınadığınızı düşünün. Xatırlamanın ən təsirli yolunun, yaddaşınızdakı şərtlərə, səhnələrə və yerlərə gedərək tamamilə həyati xatırlama olduğunu bəlkə də bilirsiniz. 3. İnadlı Təsir Qaydası: Qüvvətli bir hiss, zəif bir hissin yerini alır. Buna görə, müsbət hissləri qüvvətləndirmək lazımdır. Bu, Cinsi Problemlərdə Hipnoterapiya proqramındakı müsbət avtotəlqinlərin əhəmiyyətini vurğulamaqdadır. Müsbət avto-təlqinlər başınızdan mənfi düşüncələri atmanıza kömək edər. Xeyli çox kimsə, cinsi zövqü azaldan mənfi cinsi düşüncələrə sahib oldruğundan, maksimum cinsi zövq almaq istəyirlərsə, müsbət avto-təlqinləri istifadə edərək bu düşüncələri atmaları özləri üçün əhəmiyyətlidir. F. GERİ ÇEVRİL Geri Çevril, zehinin, hipnozik vəziyyətdən gerçəyə dönməsidir. Geri çevril, zehininiz qarışmadan tədrici olaraq və sakit/sakin bir şəkildə hər zamanki dünyaya geri dönmənizə icazə verər. Geri çevril yoluyla, hipnotik vəziyyətdən sakit/sakin, dinlən/istirahət etmiş və rahatlamış olaraq çıxacaqsınız. Artıq, təməl self-hipnozun beş fazı arasındakı əlaqəni anlayırsınız. Təməl otohipnoz üçün hazırlanmağa başlaya bilərsiniz. [You must be registered and logged in to see this link.] | |
|