Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Fiziki bÉ™dÉ™n tÉ™rk edilÉ™ bilÉ™r.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Fiziki bədən tərk edilə bilər. Empty
PostSubject: Fiziki bÉ™dÉ™n tÉ™rk edilÉ™ bilÉ™r.   Fiziki bÉ™dÉ™n tÉ™rk edilÉ™ bilÉ™r. Icon_minitimeSun Oct 19, 2008 2:20 pm

Özümüzü o qədər çox fiziki bədənimizlə bir görməyə alışmışıq ki, onu keçici bir müddət də olsa tərk etmək fikiri belə bəzilərimizə qəribə duyğular verə bilər... İnsanı yalnız fiziki bədəndən ibarət görənlər, ya da israrla belə görmək istəyənlər üçün bu qabiliyyətin olması böyük bir talehsizlikdir!... Çünki bu qabiliyyətimiz bizim yalnız fiziki bir quruluşa sahib olmadığımızın ən böyük dəlillərindən biridir.
Çox keçmiş çağlardan günümüzə qədər, demək olar ki, bütün cəmiyyətlərdən Astral Səyahət edə bilən kəslər çıxmışdır.

Hal-hazırda edilən laboratoriya təcrübələri isə bizlərə son dərəcə maraqlı və sanki əllə tutula biləcək bəzi nəticələr vermişdir. Ölməkdə olan xəstələr tərəzidə çəkilmiş, tərləmənin gətirdiyi itkilər göz önünə alınmış və qeydlər aparılmışdır. Ölümə doğru, saatda cəmi 28 qramlıq yüngülləşmə izlənilmişdir. Ölüm reallaşdığında isə, bir anda bədən 21 qram yüngülləşmişdir. Ayrıca bir çox ölüm anı fotoşəkillərində, bədənlərin üzərində buludu xatırladan görünüşlər meydana çıxmış, hətta bunların bir qismi fotoşəkillərlə də sənədləşdirilmişdir... Demək ki, bədəndən çölə çıxan bir şey vardır. O şey gərək ölüm, gərək normal yuxu, gərəksə astral ayrılma anlarında fiziki bədəni tərk etməkdədir.

Mənliyin və bədənin bir-birindən ayrılması; bəzən yuxuda, bir huşunu itirmə ya da ağır bir xəstəlik anında da ortaya çıxa bilməkdədir. Belə bir hadisə ilə qarşılaşan bir çox adam bədənini yuxarıdan seyr edə bilməkdədir. Bəziləri özlərini bir bulud olaraq təsfir etmişlər. Bu da bədəndən çölə çıxan bir şeyin olduğunun ən böyük dəlillərindən biridir. Bir qismi də bədənlərinə göbək bağına bənzər işıltılı bir bağla bağlı olduqlarını izah etmişlər. Ayrılma hadisəsini yaşayan adam ümumiyyətlə çox xoşbəxtdir və yüngülləşmişdir. Divar, qapı kimi bütün bərk maneələrdən rahatca keçə bilər. Bəzi hadisələrdə astral səyahət edənlərin, ölmüş yaxınlarıyla qarşılaşdıqları da görülmüşdür. Fiziki heç bir əşyaya və ya yaxında olan bir başqa adama təmas edilə bilməməkdədir.

Hadisənin başında və sonunda hiss edilən təməl duyğular, bir boşluğa doğru eniş və iflic olma hissidir. Bu iki duyğunu hər kəs yaşamışdır. Xüsusilə yuxuya keçiş anlarında bir boşluğa eniş duyğusu və arxasından gələn müdhiş bir qorxu hamımız üçün tanışdır. Hətta bəzən hərəkət etmək istəyərik amma heç cür edə bilmərik, sanki əlimiz ayağımız bağlanmışdır.... Bir güc bizə mane olmaqdadır... Yəni bədənimiz mənliyimizi dinləməməkdədir. Bunun səbəbi astral bədənimizin fiziki bədənimizlə olan əlaqəsinin o anda zəifləmiş olmasıdır. Xalq arasında ümumiyyətlə bu cür hərəkətsiz qalma vəziyyətlərinə qarabasma gəldi insanı təsirsiz buraxdı kimi şərhlər edilməkdədirsə də, bu hadisələrin qarabasmalarla filan heç bir bağlılığı və əlaqəsi yoxdur.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Fiziki bədən tərk edilə bilər.
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Manyetizmin fiziki qanunlar?.
» Astral s?yah?t? h?r k?s ç?xa bil?rmi.

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyÉ™ylÉ™r :: Astral sÉ™yahÉ™t-
Jump to: