ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Quranda UFO-lar 8. Thu Dec 04, 2008 2:37 pm | |
| "Bir də səndən Zülqərneyni soruşurlar. De ki; "Sizə ondan bir xəbər verəcəyəm. Biz ona yer üzündə bir mənzil təyin etdik. Və ona çatmaq istədiyi hər şey üçün bir vasitə verdik. Bu zaman Zülqərneyn, o vasitələrin birinə tabe oldu (o vasitələrdən birini seçib onu özünə minik etdi). Nəhayət Günəşin batdığı yerə çatdığı zaman onu, sanki quru bir palçığa batan gördü. Bir də bunun yanında bir qövm gördü. Biz ona dedik ki, "Ey Zülqərneyn, onlara zülm etməkdə və ya yaxşı davranmaqda sərbəstsən" (Onları cəzalandırarsan və ya yaxşı davranarsan)" O da dedi ki;"(Allah belə buyurdu) Kim haqsızlıq etsə, şübhəsiz, ona əzab edəcəyəm. Sonra onlar Rəblərinə döndərilər. O (Allah) da onlara görülməmiş bir əzab verər. Amma hər kim də iman edib yaxşı şeylər etsə buna da ən gözəl mükafat vardır. Biz ona dünyada asanlıq göstərər, çətin işlərə salmarıq". Sonra Zülqərneyn yenə bir yol tutdu. Nəhayət Günəşin doğulduğu yerə çatanda orada Günəşə qarşı heç bir sipərləri olmayan bir qövmün üzərinə Günəşin doğulduğunu gördü, bax Zülqərneynin qüdrət və səltənəti belə idi. Və biz onun yanında olan hər şeyi elmimizlə əhatə etmişdik.. Sonra yenə bir yol tutdu. Nəhayət iki dağ arasına çatdığında onların (dağların) qarşısında (arada tərcüməçi olmadan), demək olar ki, heç bir söz anlamayan bir qövm gördü(Yəni;"Bu qövm Zülqərneynin danışdığı dili bilmirdi). (Tərcüməçi vasitəsilə ona) dedilər ki; "Ey Zülqərneyn, Yəcüc və Məcüc bu yerdə fəsad törədirlər. Sənə bir qədər "xərac" versək, bizimlə onlar arasında bir sədd tikərsənmi?" (Zülqərneyn) dedi ki; "Rəbbimin mənə verdiyi şey sizin mənə verəcəyinizdən daha xeyirlidir. Siz mənə güc verin, mən də sizinlə onlar arasında bir sədd tikim. Mənə dəmir kütlələri gətirin". Nəhayət, dağın iki təpəsini (bir-birini körpü kimi birləşdirəcək şəkildə) doldurduğu vaxt, "Atəş yandırıb qızışdırın" dedi. Dəmiri bir odlu külçə halına gətirincə "Mənə ərimiş mis gətirin töküm" dedi. (Və əlavə etdi):"Artıq Yəcüc və Məcüc bunu əsla aşa bilməzlər. Bu Rəbbimin bir lütfüdür. Nə vaxt Rəbbimin əmri (qiyamət çağı) gələr, o sədd yıxılar və onları azad edər. Rəbbimin vədi də haqqdır və bu olacaq”. (Kəhf Surəsi, 83-98) Təfsirlərdə Zülqərneyn ilə əlaqədar çox rəvayətlər var. Onun Böyük İskəndər olduğunu söyləyənlər əksəriyyətdir. Ancaq çox qüvvətli bəzi qaynaqlarda Zülqərneynin "müsəlman", yəni Tək Tanrıya inanan (monoteist) bir insan olduğu ifadə olunur. Halbuki Böyük İskəndər çoxtanrılı (politeist), hətta Tanrı Kral inancında olan biriydi. Əslində tarix bizə Zülqərneyn adlı bir hökmdardan heç danışmır. Böyük İskəndərin Zülqərneyn deyə bilinməsinin tək səbəbi onun iki buynuzlu dəbilqə geyməsidir. Çünki Zülqərneyn bir ad deyil, bir SİFƏTdir. Yəni iki buynuzlu deməkdir. Vikinglər də iki buynuzlu dəbilqə taxardılar. Başqa sözlə, Zülqərneyn tarixi bir şəxsiyyət olmaqdan daha çox, Hz. Xıdır kimi hökmi (timsali) bir şəxsiyyətdir. Bir növ kosmos səyyahıdır. Necə ki, Zülqərneyn hekayəsi Qurani-Kərimdə Xıdır Əleyhissəlamdan dərhal sonra anladılmağa başlanar. Xıdır üçün bilinən rəvayətlər, onun zamanın tərsindən gələn və hadisələrin gələcəyini və keçmişini bilən “təməssül” qabiliyyəti olan bir şəxsiyyət olduğunu göstərir. O, ZAMANın axış istiqamətinin tərsinə hərəkət edən bir müqəddəs adamdır. Mələk deyil, insan da deyil. Amma insan surətinə bürünə bilən və insanların dar zamanlarında qarşılarına çıxıb yol göstərən ilahi bir ərdir. Necə ki, Hz. Musa, öz nəfsində "Görəsən Allahın qüdrət və hikmətini məndən daha yaxşı anlayan qullar varmı?" deyə düşününcə Cənabi-Haqq, ona Xıdır Əleyhissəlamı nümunə göstərdi. Bunun üzərinə Musa, "Mən onu tanımaq istəyirəm" dedi. Sonunda Cənabi-Haqq, ikisi arasında bir görüş reallaşdırdı və birlikdə çox maraqlı bir səfər etdilər. Bax, Qurani-Kərim "Zülqərneyn" hekayəsini bu mücərrəd səfərdən dərhal sonra izah etməyə başlayar. Beləcə Zülqərneynin də gizli (qeybi, qaib) bir qul olduğu fikrini gücləndirər. Zülqərneynin səfərlərinə gəlincə. İndi bu yumru kürəmiz üzərində günəşin batdığı yeri düşünün. Varmı elə bir yer? Günəş harada batır və ya harada doğur? Bunlar son dərəcə izafi (nisbi, qeyri-mütləq) şeylərdir. Əgər şərq Yaponiyadırsa Yaponyanın şərqi Amerikadır. Halbuki Amerika eyni zamanda Yaponyanın qərbindədir. Şərq və qərb anlayışı izafi şeylər olduğu üçün, insanlar İngiltərədəki "Greenwich"i sıfır nöqtəsi saymışlar, şərqinə şərq, qərbinə qərb demişlər. Deməli mütləq olaraq şərq və qərb yoxdur. Necə ki, Qurani-Kərim, iki şərqdən və iki qərbdən də danışır. Burada şərq və qərbi kosmik anlayışlar olaraq anlamaq məcburiyyətindəyik. (Burada dərhal bu qeydi də düşək. Yadplanetlilərlə əlaqədar təsvirlərin çoxunda da, kralların başında buynuzlu dəbilqələr olur). Elə isə, Zülqərneynin macərası bizim bildiyimiz tarixi bir macəra deyil. Əgər elə bir şey olsaydı, bu macəranın Tövrat və İncildə də olması lazım idi. Hətta dastanlarda da... Çünki insanlığın yaşadığı müştərək xatirələrin hamısı, həm səmavi kitablarda var, həm də dastanlarda. Amerika yerlilərinin dastanlarında və əfsanələrində "İki Buynuzlu Tanrılar"dan danışılar və bunlar ümumiyyətlə göylərlə əlaqədar təsvir edilmişlər. Bununla belə, tarixdə həm qərbi, həm şərqi tamamilə hakimiyyəti altına almış bir kraldan heç danışılmaz. Böyük İskəndərin hakimiyyət sahəsi, Yunanıstandan Çin Səddinə qədərdir. Yəni əgər quru torpaq səthi əsas alınaraq düşünülsə belə nə tam şərqə çatmışdır, nə də tam qərbə. Elə isə bu şərq və qərb anlayışını başqa cür anlamaq məcburiyyətindəyik. Bəlkə də bu şərq və qərb, insanlığın içində həbs edildiyi ölçünün alt və üst nöqtələridir. Bu da Günəş Sisteminin Samanyolu Qalaktikası içindəki alt və üst kənarlarıdır. Ayət mətinində "Fə-ətbəa səbəbə" deyilir. "Ətbəa"-"tabe olaraq peyk hökmünə görə hərəkət etdi" mənasına gəlir. "Səbəb" isə bir şeyin olması üçün lazımlı vasitədir. Başqa sözlə, bu ölçüləri keçmə, ölçülərarası keçiş etmə olaraq da qəbul edilə bilər. Çünki Zülqərneyn, bildiyimiz bir insandan daha çox Xıdır kimi hökmi bir şəxsiyyətdir. Bizim üstümüzdəki ölçüdə də Xızır (Xıdır) sayıla bilər. Onun üstündəki ölçüdə isə Allah tərəfindən göyə çəkilmiş Hz. İsanı göstərər. Xıdır bizə ən yaxın ölçüdədir, Hz. İsa isə üçüncü ölçüdə. Xıdır, tez-tez bizim ölçümüzə keçər, amma Hz. İsa bircə dəfə ölçümüzə girəcək və yer üzündə hökmran olacaq. Bu inanc həm Xristiyanlarda vardır, həm də müsəlmanlarda. Necə ki, Hədisdə də İsanın yenidən dünyaya dönüb İslamiyyət üzərinə hökmran olacağı xəbər verilər. Bütün bu izahlardan sonra çox yaxşı deyə bilərik ki, Zülqərneynin səyahət sahəsi insan mərkəzli kainatdır, yəni Günəş sisteminin içi. Ancaq bu sistem içində belə, bir-birinə keçmiş saysız ölçülər olduğunu elm adamları qəbul edirlər. Məsələn, burnumuzun dibində bizə şaquli bir ölçü vardır, amma biz onu hiss etmərik, iki ölçü arasında milyardlarla işıq ili məsafə olduğu halda, ölçü şaquli olaraq aşıldığında saniyəlik zamanlarla izah edilə biləcək yaxınlıqdadırlar. Zülqərneyn də Xıdır kimi "super bilgin"lərdəndir. Belə bir təmsil ilə izah edək. Big Bang reallaşdığında zaman iki yönlü axmağa başladı; sıfırın müsbət və mənfi yönünə doğru. Biri "Var ol" (+1) yönü, biri də”Yox ol” (-l) yönüdür. Əslində Allah qatında hər şey olub bitmişdir. Ona görə də Allah, "qiyamət qopdu" buyurar. Allaha görə qiyamət qopdu. Amma zaman ölçüsünə həbs edilmiş bizlər üçün, hələ o zamana çatmış deyilik. Bir nöqtədən başlayan bir dairənin iki yönü vardır. Bir nöqtədən çıxan iki xətt bir-birinin üzərinə dayanaraq eyni nöqtəyə çatdıqlarında dairə tamamlanar və iş bitmiş olar. Xıdır və Zülqərneyn, bizim istiqamətimizin tərsindən gələn ölümsüz varlıqlardır. "Qərn" sözü üzərində də bir az dayanacaq olsaq bəlkə məsələyə bir az daha işıq tutarıq. "Qərn" buynuz deməkdir. Amma eyni zamanda çağ və dövr mənası da vardır. Zülqərneyn iki buynuzlu mənasına gəldiyi kimi "iki zamanlı" mənasına da gəlir, iki zamanlı insan üçün əlbəttə iki şərq və iki qərb vardır. Çünki hər zamanın bir başlanğıc və bitmə nöqtəsi vardır. Başqa sözlə, iki zamanlı olanın iki şərqi və iki qərbi mövcuddur. Zülqərneyn iki ölçülü zamanın başlanğıc nöqtəsiylə bitmə nöqtəsini gördü, yəni insanlığın macərasını... Yəcüc və Məcüc isə, bu ölçülərarası gəl-getdə varlığını təsbit etdiyi iki cəmiyyətdir. Bunların yerlə əlaqəli olmaları isə yer üzündə icra edəcəkləri əməliyyatlarla əlaqədardır. Çünki Yəcüc və Məcüc ilə əlaqədar rəvayətlər bu iki qövmün insanlığın meydana gətirdiyi bütün sivilizasiyanı və mədəniyyəti yerlə bir edəcəkləri yolundadır. Yəcüc və Məcücün ortaya çıxış dövrləri eynilə Zülqərneyn hekayəsində izah edildiyi kimi qiyamət öncəsidir. Yaxşı və pis iki qrupun dünya üzərində cərəyan edəcək mübarizələri nəticəsində insanlığa aid bütün əsərlər yerlə bir olacaq. Elmi-fantastik filmlərdə də görüldüyü kimi, zaman irəlisindən gələn yadplanetlilər həmişə iki qrupdur. Bir qrup insanlığın gələcəyini qurtarmağa çalışarkən, digər qrup bu fəsadçı və azğın insanları yox etməyə istiqamətlidir. Ayətdə keçən "Və izə caə vadu Rabbi cəaləhu dəkikaə və qana vadu Rabbikə haqqə" (Və Rəbbin onlara (Yəcüc və Məcüca) O DƏQİQƏyə (Qiyamətə) qədər vədə verdi. Rəbbinin vədəsi haqq və mütləqdir) ibarəsi Zülqərneynin əliylə müəyyən bir ölçüyə həbs edilmiş olan bu qövmün zamanı gəldiyində bu ölçüdən xilas olaraq yer üzünə hücum edəcəklərini və bunun da reallaşması mütləq bir hadisə olduğunu göstərməkdədir. Qurana görə kosmos yeddi təbəqə olaraq dizayn edilmişdir. Bu həm yeddi qat göyü ifadə edər, həm də hər mərtəbədə yeddi kosmosun varlığını xəbər verər. Necə ki, ayətdə göyün "təbaqə-n-ən təbaq" (yəni "Təbəqə içində təbəqə") olaraq yaradıldığı bildirilmişdir. Üsdəlik Qurana görə yeddi qat kosmosun ilk qatı ulduzludur. Deməli, ulduzların səpildiyi sahə yalnız birinci qat göydür. Bu isə sonsuzluq fikrini verəcək qədər genişdir. Ancaq bu uzaqlıq tək istiqamətli zaman üçündür (yəni bizlər üçün). Cüt zamanlı varlıqlar üçün bir ölçüdən digər ölçüyə sıçramaq an məsələsidir. Necə ki, UFO deyə xarakterizə etdiyimiz cisimlər də birdən-birə gözdən itirlər. Üsdəlik radarlar belə təsbit edə bilmir onları. Çünki bizim radarlarımız da tək istiqamətli zamana görə düzəlmişlər. Başqa sözlə, ancaq bilinən zaman istiqamətində axan cisim və onların siqnallarını ala bilərlər. Halbuki UFO-ların istifadə etdiyi texnika ölçüdən ölçüyə keçə biləcək imkanı verir. Başqa sözlə, gözümüzün qarşısında olduqları halda bir anda sirrə qədəm basarlar. İrəlidə Tariq surəsini izah edərkən görəcəyik ki, Cənabi-Haqq bir anda görülüb və eyni sürətdə itən ulduzlardan danışır. Halbuki bilinən heç bir ulduz bir anda görünüb itməz. Həmçinin ayətlərdə keçən "yol" təbiri də yol olmaqdan daha çox "rota"nı ifadə edir. Necə ki "İki dağın ucu bərabər olunca (qovuşunca) mənə əridilmiş mədən gətirin töküm" buyurdu. Bu tam-tamına bu varlıqların mənfi və müsbət iki zaman qütbü arasında hörülən bir ölçü xəttiylə həbs edilmələridir. Və Axır-Zaman yaxınlaşınca bu zaman ölçüsü aşılacaq və bizim kosmosumuz içində olan bu varlıqlar dünyamıza gəlməyə başlayacaqlar. Necə ki, UFO-ların görünməsi də son 50 illik bir hadisədir. | |
|