Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Quranda UFO-lar 7.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Quranda UFO-lar 7. Empty
PostSubject: Quranda UFO-lar 7.   Quranda UFO-lar 7. Icon_minitimeSat Nov 29, 2008 1:58 pm

Məryəm sursində keçən, Hz İsanın "mən sizə palçıqdan bir quş edərəm və ona üfləyərəm o da uçar" şəklindəki ayət ilə bu ayət birlikdə zikr edildiyi zaman ikisi arasındakı əlaqə dəqiq aydın olar. Dağlardan əldə ediləcək mədənlərin əridilib quşa çevriləcəyi fikirini Allahdan ilham alaraq çox aydın şəkildə söyləyər. Çox uzatmağa gərək qalmadan görürük ki, yalnız ət və sümük olan quşlar söz mövzusu deyil. Mədəndən əldə edilmə quşlar da söz mövzusudur. Necə ki, bir çox tarixi əfsanədə və dastanda "dəmir quşlar"dan, "alov quşlar"dan danışılar.. Tayr sözü ətrafında etdiyimiz bu şərhlərdən sonra indi Fil surəsini ələ ala bilərik.. Məkkə, bünyəsində saxladığı Kəbə səbəbindən ən keçmiş zamanlardan bəri Ərəbisstanın həm mədəniyyət, həm ticarət mərkəzi idi. Buralarda hər il mədəniyyət şənlikləri təşkil edilər, şeir yarışları tərtib edilər və qurulan yarmarkalarda həm mədəniyyət alış verişi, həm də ticarət edilərdi. Bütpərəst Qüreyşlilər, bu fəaliyyətlər sayəsində böyük sərvətlər əldə etmişdilər. Həbəşistan, bütün səylərinə baxmayaraq, bu mədəni fəaliyyətləri və ticari prosesi öz üzərinə çəkə bilmirdi. Gün keçdikcə Məkkə daha zəngin olur və mədəniyyət mərkəzi olma baxımından önə keçirdi. Dövrün Həbəşistan kralı Əbrəhə, bütpərəst olan Qureyşlilərin bu üstünlüyü Kəbə sayəsində yaxaladıqlarını bilirdi. Əgər özü də bir məbəd tiksə, bəlkə ticarəti Həbəşistana çəkə biləcəkdi. Elə də etdi. Qızıl qübbəli möhtəşəm bir məbəd tikdirdi və hər kəsi bura gəlməyə məcbur etdi. Məkkəlilərə də bu yolda xəbər göndərdi. Bunun üzərinə Həbəşistana gedən bir Qüreyşli, bu da məbədmi deyərək, məbədin içini pislədi. Buna çox hirslənən Əbrəhə, Məkkəni alıb Kəbəni yıxmağa qərar verdi. Ordusunun qarşısında fillər yeriyirdi. Nəhayət Məkkə ətrafına gəlincə, otağını qurdu və Məkkəlilərin sürülərini qəsb etməyə başladı.. O sıralarda Məkkənin siyasi lideri, Hz. Peyğəmbərin babası Abdülmuttalib idi. Əbrəhə Abdülmuttalibin da 200 dəvəsini götürmüşdü.. Bu xəbər Abdülmuttalibə çatınca, Abdülmuttalib, Əbrəhənin qərargahına getdi. Əbrəhə, onun Məkkənin əfvi üçün yalvaracağını ümid edirdi. Amma elə olmadı. Abdülmuttalib, dəvələrini tələb etmək üçün gəldiyini söylədi.

Əbrəhə çaşdı. Onun Məkkə lideri olaraq özündən bağışlanma diləyəcəyini və Kəbəyə zərər verməməsini istəyəcəyini sandı. Və; "Sən dəvələrin üçünmü gəldin? Halbuki mən, sənin Kəbəyə zərər verməməm üçün xahişçi olacağını ümid edirdim" dedi. Abdülmuttalib ona bu cavabı verdi:

"Xeyr mən Kəbə üçün gəlmədim. Mən dəvələrim üçün gəldim. Mən dəvələrimin sahibiyəm. Kəbə isə Allahındır". Əbrəhə, alçaldıcı baxışlarla Abdülmüttalibi süzdükdən sonra; "Verin bunun dəvələrini, sabah hamısını birlikdə götürəcəyəm!" Abdülmuttalib oradan ayrıldıqdan dərhal sonra Fil surəsində keçən hadisə cərəyan etdi.. İndi surənin tərcüməsini diqqətinizə çatdıraq;

"Görmədinmi Rəbbin Fil sahiblərinə nə etdi? Onların tələlərini boşa çıxarmadımı? Üzərlərinə ´siccil taularc´ atan "uçan əbabil"lər göndərdi. Və onları "asfin məkul"a (çeynənmiş, ovxalanmış otlağa) çevirdi..

Burada üzərində dayanacağımız sözlər "tayr", "əbabil", "siccil" və "asf"dr. Tayr: Bu sözü yuxarıdan bəri izah edib gəlirik. Burada bu surəyə xüsusi bir iki nüansına təmas edəcəyik Bilindiyi kimi ´tayr´ uçan şeyə verilən ümumi addır. Bu surədə "tayr" sözünün "nakrə" (naməlum) bir ad olaraq istifadə edilməsi, bunların bildiyimiz quşlar olmadığına diqqət çəkmək üçündür. Almalılı Həmdi Yazar bu surənin təfsirini edərkən "Bu sözün nakrə istifadə edilməsi, bunların tanınmayan, bilinməyən, qəribə uçucular olduğunu xatırlatmaq üçündür" deyər. "Tanınmayan, qəribə quş" Bu ifadələr son dərəcə maraqlı deyilmi? UFO-ların ingiliscədəki qarşılığıyla tamamilə üst-üstə düşmürmü (Unknownly-təyin oluna bilməyən, Flighting-uçan, Object- cisim. Dilimizdə; Uçan Naməlum Obyektlər)?! Təxmin edirik ki, mərhum Yazar, bu təfsiri edərkən, UFO-lar görünmüş olsaydı, mütləq onlara dair bir təfsir edərdi. Çünki Almalılı Təfsiri, texnoloji inkişaflara ən çox diqqət çəkmiş təfsirlərdən biridir, hətta öz dövrü üçün ən yaxşısıdır. Almalılı eyni sözün təfsirində "Bunlar (siz bunu uçan cisimlər olaraq da anlaya bilərsiniz) o zamana qədər oralarda heç görülməmiş, irili-xırdalı, qara, yaşıl, ağ, dəstə-dəstə quşlar idi" deyər. Əgər surədə keçən "tayr" sözü bilinən bir növ quş olsaydı, bunların irili xırdalı olması və ya dəyişik rənglərdə olması lazım olmazdı. Halbuki irili xırdalı və müxtəlif rənglərdən danışılır və bunların dəstə-dəstə, yəni flotlar halında hücum etdiyi ifadə olunur. Amon-Ranın dönüşünü izah edən "Ulduz keçidi-Stargate" filmiylə, Amerikanın yadplanetlilər tərəfindən zəbtini izah edən və yeni-yeni göstərilən "İstiqlal günü-Independent Day" filmlərindəki kosmos vasitələri nəzərə alınacaq olsa, Əbabil (ki aşağıda izah edəcəyimiz kimi əbabil, flot deməkdi) deyə xarakterizə edilən quşların nə dərəcə həqiqətə uyğun olduğu da aydın olar. Bilinən bir gerçək varsa, bu surədə keçən Tayr, bildiyimiz quşlar deyildi və o daha əvvəl heç görülməmişdi.
Bu surədə keçən digər maraqlı bir söz də Əbabildir. Təfsirlərdə Əbabil quşun adı olaraq deyil, "uçuş şəkli" deyə xatırlanar. Uçan və aşağıdakılara ´siccil´ atan bu uçucuların uçma formasını izah etməyə istiqamətlidir. Əbabil sözünü izah edə bilmək üçün "şəmati" və "abadid" sözləri nümunə verilmiş. Şəmati, əsgəri ədəbiyyatda "dağınıq qitələr"i, "abadid" isə "manqa", "bölük" və "flot" ları izah edər. Bütündən ayrılıb kiçik birliklər meydana gətirməyə ´abadid´ deyilmişdir. Əbabilin maraqlı bir tərəfi də bu sözün təklikdə olmamasıdır. Daim çoxluq olaraq istifadə edilir. Eynilə flot kimi. Flot deyildiyində dərhal ağılınıza üç nəfərdən çox birlik ağla gəlir. Səhabədən məşhur təfsirçi İbni Məsud da bu sözü ´uçan firqələr´ deyə təfsir etmişdir. Bu gün buna qısaca "flot" deyə bilərik. Bir başqa məşhur təfsirçi İbni Cərir də Əbabili quşun adı olaraq deyil, uçuş formalarının xüsusiyyəti hesab etməmiz lazım olduğunu söyləyər və Əbabili, "dörd bir tərəfdən ayrı-ayrı və qruplar halında uçmanın adı" deyə zikr edər. Ancaq bəzi təfsirlərdə, bu sözün "ibbalə" sözündən gəldiyini, ibbalənin də qrup və dəstə mənasına istifadə edildiyini xatırladar. Görülür ki, hansı mənada istifadə edilirsə edilsin, Fil surəsində keçən uçucuların, Əbabil "QUŞ"ları ilə əlaqəsi yoxdur. Əbabil onların adı deyil, uçuş şəkillərini izah edən bir xüsusiyyətdir. Sonra bu uçan varlıqlarla əlaqədar başqa detallar da vardır. "Bunların ayaqları it ayağına bənzəyirdi." deyilir və dənizdən gəldikləri, qəflətən meydana çıxdıqları rəvayət edilir. Və rəngliliklərinə xüsusilə diqqət çəkilir.
Siccil sözü də surədə diqqət çəkən bir sözdür. Siccil sözü Qurani-Kərimdə başqa yerlərdə də keçər. Bir ayətdə isə "musavvəmə" sözü ilə birlikdə xatırlanar. Musavvəmə, "Haranı hədəf təyin edəcəyi müəyyən olunmuş" mənasınadır. Hədəfə kilitlənmiş roketə də "Musavvəmə deyilir. Siccil, təfsirlərdə kobudca "Bişmiş isti daş" olaraq keçər. Bu gün rahatlıqla bomba deyə biləcəyimiz siccil sözünün təfsirlərdəki şərhləri araşdırıldığında, müfəssirlərin, az qala, "bomba" deyə xarakterizə ediləcək bir mənanı yaxalamağa çalışdıqlarını hiss edərsiniz. Təfsirçi Zaməhşəri, "Sanki yolu yazılmış, tərtib edilmiş (yəni koordinasiya edilmiş və sabitləşdirilmiş) atəş dolu əzab" deyir siccil üçün. Siccil, "Keçi və ya qoyun gübrəsi iriliyində daşlar" deyə təyin olunmuş və quşların bunları ağızlarında və ayaqlarında daşıdıqları rəvayət edilmişdir. Bir döyüş təyyarəsini izah etmək üçün görəsən o dövrdə bundan daha gözəl tərif edilə bilərdimi? İbni Abbas isə "fındıq" izahını verir, çox-çox ağır cisimlər olduğunu söyləyir. Fındığın, bildiyiniz kimi, üzərində sərt bir qabıq vardır, amma özü, yəni işə yarayan qismi içindədir. Bu sizə gülləni xatırlatmırmı? Bəli, bu uçan cisimlərin Əbrəhə ordusuna atdığı bu siccillər onları bir anda "asfi məkul"a çevirdi. Asfi Məkul, yeyilmiş, yararsız hala gəlmiş əkin deməkdir. Bu hücum nəticəsində onlar yanmış, yerlər də dəlik deşik olmuşdu. Çöldən baxan biri, hücumun reallaşdığı yeri, biçilmiş və sonra tapdalanaraq bərbad halda samanlara çevrilmiş bir şəkildə gördülər. Bu təsvir bombardman sonrasının ən gözəl tərifi deyilmi?
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Quranda UFO-lar 7.
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Quranda UFO-lar 8.
» Quranda UFO-lar 9.
» Quranda UFO-lar 10.
» Quranda UFO-lar 11.
» Quranda UFO-lar 12.

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Kainat-
Jump to: