Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Zaman nədir?!

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Zaman nədir?! Empty
PostSubject: Zaman nədir?!   Zaman nədir?! Icon_minitimeSat Jun 13, 2009 7:34 pm

Təsiri çoxdu, amma özü yoxdu.
Nədir bu zaman?
Yerdən yerə vurarıq çox vaxt.Göylərə uçurarıq bəzən.Dilimizdən salmadığımız,Bir günah keçididirmi, görəsən zaman?Yaman bir oğrudur zaman...Hər kəsin bir şeylərini qısqanan və hər kəsdən bir şeylər oğurlayan.Uşaqlığımızı, sevinclərimizi,ümidlərimizi, xülyalarımızı,sevdiklərimizi.Hiyləgər kimi əlimizdən alan,
üsyankar bir uşaqdır zaman...
Keçməsini istəyərsən heç keçmək bilməz.Bəzən də dayan deyərsən qulaq asmaz.Heç bir şeyi və heç kimi vecinə almaz.
Özbaşınadır.
Bəzilərinə dərmandır zaman.Yaşananların və yaşanmayanların.Ağrısını unutduran,ürəklərdə açılan yaralara məlhəmdir zaman.
Zamanla alışarsan,zaman hər şeyin dərmanıdır,zamanla keçər deyərlər.
Dərman olaraq təqdim edilən,amma tezdə bitən,bəzilərinə zəhərdir zaman,yavaş yavaş içilən və ölümə aparan 3 aylıq ömür verilən...
Bir xəstəyə dərmandırmı?
Yoxsa zəhərdirmi zaman?
Bəzi dərdləri daha çox deşməkdi zaman.
Müəllimdir zaman
Dərs verər,həyatı tanıyarsan,təcrübə qazanarsan,insanlara güvənməyi öyrənərsən.
Dost və düşmən zamanla qazanılar...Gerçəklər zamanla aydın olar.
Bəzən xainlik edər zaman,yol yoldaşı bilərsən,yola birlikdə çıxarsan
Amma o...
Bizə qalib gələr, bizləri udar,bəzən qisas alar zaman,bəzilərinə tərs gəlir zaman.
Sevgililərin və sevginin baş tacı edildiyi,həyatın həmişə bahar təzəliyində yaşandığı..
Zamanlar!!!
Zaman sizin istədiyiniz zaman deyil,ya doğulmamısınız ya da ölmüsünüz…
Bəlkə də heç bir şeydir zaman.
Edən həyatdır,edən insanın özüdür,
O, bir əliylə yaşanan dünəni alır,yaşanmışların üzərini ağ kəfənlə sarıb bağlayır
Digər əliylə yaşanacaq sabahı bizlərin xidmətinə verir.
Başqa bir şey etmir
Onun vəzifəsidir; ağrılı şirin hər şeyə pərdə çəkmək
Gün gələcək bizimdə üstümüzü bir örtüklə örtəcək bu sevimli,düşmən ZaMaN!!!
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Zaman nədir?!
Back to top 
Page 1 of 1
 Similar topics
-

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Chronokineziya-
Jump to: